TariXİn küSÜFLƏRİ 8- ci məqalə Azərbaycan Toponimlərinin kök Araşdırması (6-ci Bölüm)



Yüklə 371,93 Kb.
səhifə3/3
tarix29.12.2017
ölçüsü371,93 Kb.
#36362
1   2   3

"dır və öz yerində bu da mürəkkəb söz və addır və "Pır" və "ız" şəkilçidən yaranmış addır. "Pır" sözü qədim türkcəsində,uçuş səsindən alınaraq ,"qanad","qanad çalma", "uçmaq haləti" anlamındadır.Quş uçmağa qalxanda və uçuşa başlarkən ,sür`ətlə qanad çalıb,"pırr" səsi qalxır və eşidilir.Deməli ilkin türklər (protürklər) bu səsdən yana ,quşun uçan üzv və organına "pırr"//"pır" adı veriblər və hətta quşun özünə də ,bu "pır" sözün sonuna "ız" artıraraq ,"pırız" deyiblər və hətta "uçuş"un və "uçuş" əməlinə də "pıraz" deyiblər.Hind-Avropa dilli xalqlar bu əraziyə köçüb gəlib və Türk xalqların içində və qonşuluğunda və ya tabeçiliyində olarkən bu türk sözlər və terminləri əxz edərkən ,öz qamuslarına salıb,işlədib ,mənimsəmişdilər və digər tərəfdən də türklərin Avropaya köçləri vasitəsilə , Avropalılar da bu söz və terminləri türklərdən alaraq ,öz dillərində işlətməyə başlayıb və indi də işlətməkdədirlər. İlkin türk soylu tayfaların qanad çalma sözünə "pır" dedikləri sözü ,neçə minilliklərdən sonra qonşuluğunda və tabeçiliyində olan Hind-Avropa dilli "Fars" adlandırdığımız xalq ,onu türkdən alıb "Pər" formuna çıxardıb və "Qanad" anlamında işlədib və indi də işlədir. "Fars" adlandırdığımız xalq ,qədim İran türkünün "uçuş"a işlətdiyi "pırraz" // "pıraz" sözünü türkdən alaraq ,bir az fonetik dəyişiliklə ,Fars dili fonetikasına və leksikasına uyğun edərək "Pərvaz" şəklinə salıb və indi də işlədir və artıq bu qədim türk metirkasını daşıyan "pırraz" sözü ,"pərvaz" formunda ,bir fars termini kimi özünü göstərməkdədir. Avropa dilli və Avropa soylu xalq da öz nöbəsində , o da bu qədim türk qamusu və söz xəzinəsindən nəsibsiz və paysız qalmayıbdır və türkcə "pırız" (=uçan ,quş) sözünü ,"p" səsinin "b" səsi ilə ifa edərək və həmçinin ikinci "ı" qıssa saiti salaraq ,bu qədim türk sözünü onlar da "quş" anlamında işlədirlər.Biz bu "pırız"ın Avropalıların dilinə keçməsi prosesini belə göstərə bilərik : "Pırız" -----> pırıth -----> bırıth -----> bırth -----> bırt -----> bırd -----> "bird" . "Bird" ingiliz dilində "Quş" deməkdir. Deməli bu məlumat və informasiya əsasında Moğolca sanılan "Zivirs" sözü və ya adı ,qədim İran- protürkcə mifik sözdür və anlamı da "Zi//Zu quşu"dur və bu mifə başqa bir Türk xalqı da onu başqa mifik variantı əsasında ,"Anzo"//"Anzu" deyirmiş. "Anzu" və "Zuvirs"(zivirs) adları ,hər ikisidə eyni mifik anlamda və eyni xarakteri daşımaqdadır və hər ikisidə söz konusu olan Yardımlı rayonun "Anzo" ya "Zivirs" kənd adına eyni anlamı və mifi ,özündə əks etdirməkdədir və bu kəndin adlarının heç birisi başqa yad dillərdən və yad ellərdən deyildir və eyni buna oxşar ki,bu ölkəmizə bizim xalqın bir hissəsi "Aturpatkan" desin və bir hissəsi isə "Azərbaycan" desin. Hər halda ikisi də eyni türk sözüdür və anlamları da eynidir ,yalnız zahiri fonetik forma dəyişiliyi vardır. əsas budur ki xalq öz yaşadığı kənd və toponiminin rişə, mənşəyini,etimologiyasını(anlamını),və haradan kök aldığını və başqa detaylarını bilmiş olsun və bilsin ki kəndinin adı haradan və hansı dildən və xalqdan qaynaqlanır və nə kimi proseslər keçirdib ta indiki formasını əldə edibdir. "Zivirs" adının tərkibində olan "virs" və ya "pırz"(pırth) sözündən Fars xalqı , yarışda üstün gələn adama istifadə edirlər və o adama "piruz"(Firuz) deyirlər ki əslində qədim türkcəsi olan "pıruth" ya həmən "pıruz"deməkdir . çünki yarışda üstün gələn və qalib gələn adam ,başqalarına nisbət ucalıb yüksək pillədə yer alır və onlara görə göydə olur və bu göyə ,yüksəkliyə qalxan da bir quş kimi yüksəkliyə və göylərə qalxıb yer tutduğuna görə quş ilə müqaisə olunur və "pırth"(pırz) sözündən alınaraq "piruth"(piruz) deyilir və eyni halda göy və ucalıq və yüksəkliyin özü də elə həmən bu sözdən alınaraq "pırath" ya "praz" deyilibdir ki Farslar həmən bu kəlməni Türkdən əxz edərək onu "Fəraz" şəklində indiyə qədər öz dil və ədəbiyyatında işlədibdir. Avropalılar isə adamın ödülləndirməsində verilən ödülə və mükafata ,bu türk kökənli "pırth" ya "pırz" sözündən istifadə edərək ,"prayz" deyirlər. Qədim Türklər eyni halda çox gözəl və dəyərli və bahalı olan zi`nət üçün və bəzək üçün işlənən daşa da ,göy rəngində olmağına görə , "pırth"(pırz) sözündən alınaraq , "pıruza" dedilər ki indilikdə bu söz,az fonetik dəyişiliklə ,"Firuzə"yə çevirilibdir. Bu izahlar və açıklamalar bizə göstərir ki "sulu yer" anlamında və eyni halda Moğolca sandığımız "Zivirs" söz ya adı ,əslində qədim protürkcə sözdür və anlamı da "zu quşu" ,"tufan və fırtına quşu" deməkdir və "Anzu" sözü ilə bir anlam və qavramdadır bir-biri ilə heç bir fərqləri yoxdur və hər ikisi də Yardımlının "Anzo" kəndinin adı sayılır və bu adların qədimlik stajı çox keçmişlərə ayiddir və staj baxımından deyə bilərik ki bu "Anzu" adı mezopotamiyada və şumerlər zamanından(eradan əvvəl 4-cü minillikdən bəri) işlək və bəlli bir türk şumer mif adıdır. Bizcə mifologia baxımından "Zivirs" adının sonundakı "s" səsini "d"//"t" səsi nəzərdə alsaq, görünür ki "zivirs" əslində həmən "zivirth" dir və iki türk sözü "ziv"//"zuv" (=volkan ,əjdaha,Dragon,həyula,Dev ilan,ağzından od püsgürən əjdaha) və "ırth"//"Erth"(=yer) tərkibindən yaranıb və külliyyətdə anlamı "Yer əjdahası" ,"Yeraltından çıxan əjdaha" deməkdir. Anzu//Anzo//Anzov//Anzob isə "An" (=göy,hava tanrısı)və"Zuv"//"Zov"//"Zu"(=əjdaha,od püsgürən dev ilan,Dragon) sözlərinin tərkibindən yaranıb və anlamı külliyyətdə"Göy və hava əjdahası" , "Tufan və fırtına kuş-əjdahası"deməkdir.Deməli Yardımlının bu kəndinin hər iki adında "əjdaha" elementi iştirak edibdir.Bizcə çox ehtimalı var ki bu kəndin adı mürkkəb iki addan yaranmış ola,yəni adı"Anzov-Zivirs"və ya"Zivirs-Anzov" olmuş ola ki bu son zamanlarda və son əsirlərdə qıssalmış olsun deyə,xalq "Zivirs" hissəsini atmış olsun və "Anzov" hissəsini kullanmış olsun."Anzov-zivirs" ya "Zivirs-Anzov"adı,"yer əjdahası-göy əjdahası"deməkdir.Zivirs sözün "virs" hissəsi ,"z"-"d" səslərinin türk dillərində bir-birisinə çevirilməsi əsasında "vird" formasına düşür."Vird" sözü ,qədim türk dilində"danışmaq","ardıcıl söz demək" ,"bir quş kimi bir sözü ağızda daim təkrarlamaq və oxumaq" ,"zümzümə etmək" deməkdir. Biz bu sözü indiki zamanda "dua" ,"cadı-cəmbəl","sehr və ovsun" qismində işlədirik və "vird oxuma" deyirik. Buradan bir nəticə də əldə edirik ki "vird" demək olar ki həmən "quş dili"dir. "Birth" //"virth" sözündə iki ardıcıl samitdən birisinin düşmə qaydasına görə , "vır" və "vıt" formaları da əldə olunub ki hər iki formada olan sözləri biz ancaq danışıq mövzusunda və danışıq halətlərində işlədirik.Məsala deyilir:"vır-vır danışma " və ya "vıt-vıt danışmaq. "vıt"//"vit","bit" formasında,hər zaman kulldan və bütpvdən bir kiçik zərrəni bizim üçün ifa edir."vit"//"bit"danışığşn bir kiçik vahid elementi anlamını verərək , eyni halda ba.qa sahələrdə də ,həmən anlamda işlənməkdədir. "vit"//"bit" sözü kampyuter və bilgisayar cahazında ,"bayt" formasında ,hər hərfin müxtəlif kiçik hissələrinə ayid olunub və neçə bitdən(bayt`dan) bir hərf yaranıb ,təşkil tapır. "Bit" ərəb dilində "ev" və "xana"deməkdir ,çünki hər ev ,bir toponimin (kənd ya şəhərin) kiçik bir vahid hissəsi sayılır. Şeir aləmində də şeir`in bir hissəsinə "beyt" deyilir. Bu söz hətta biologiyada işlənir və "vitamin" sözünün tərkibində iştirak edibdir,çünki vitamin bir ünsür və ya mineral maddənin bir kiçik vahid hissəsi sayılır. Vitamin yəni Aminlərin (Amino ased ,Amino...) bir kiçik vahid hissəsi deməkdir. "Bit"//"vit"dən gül,ağac tingi dediyimiz "fidə" və "fidan" və "bitgi" sözləri yaranıbdır. Bit(ə) ----> vit(ə) -----> Fit(ə) -----> Fid(ə) -----> Fidan . Deməli "Fidan" bir gül ,ağac ya bitginin kiçik və körpə bir vahid hissəsi (həmən tingi) deməkdir. Qədim türk dilində olan "Biti"//"bitik" (= yazı ,yazılı bir tikə kağaz) sözü də həmən bu "Bit" sözündən törənibdir. Bunlar "bit" sözünün qədim protürklərin dilində , geniş əhatə dairəsinə malik olduğunu bizə göstərməkdədir. Qanad üzvü və organı heç zaman təl ola bilməz və daima cüt halda ola bilər ,çünki qanad tək ola bilməz və üçüşa yaramaz ,bunun üçün kökü və mənşəyi türkcə olan "pır"(=qanad) sözündən ,paralel anlamı daşıyan "para","par" sözləri (=bərabər, ölçü bir, həm istiqamət) yaranıbdır. Hətta "bərabər" sözüdə əslində həmən "parapar" (=eşit,eşitlik,ölçü bir) deməkdir. Pul anlamında işlənən "Para" sözü də həmən bu anlamları daşımakdadır ,çünki "para" aldığımız malın bərabəri olan dəyər və puldur."Pır" qədim protürklərin dilində "Qanad"dan başqa "uçan quş" anlamını da daşıyırdı. Buna görədə paralel ,bərabərlik və eşitlik anlamını daşıyan "Quşa" ya "Qoşa" sözünü də ,"paralel" və "bərabər","yanaşı","yan-yana" anlamında işlədiblər.Beləliklə biz lazimi qədər burada "Anzu" və "Zivirs" kənd adlarını açıklamış olmağını düşünürük . Yardımlı rayonun digər bir kəndinin adı və eyni halda Cəlil Abad rayonunun bir kəndinin adı da, "Astanlı"dır. Əslən Astanlı kəndindən olan Füzuli Astanbəyli bu kəndin haqqında belə məlumat verir :" Astanli kəndi bura ilk dəfə gələn Astan bəyin adı ilə bağlıdır. Üz-üzə dayanmış daglardan birinin ətəyində yerləşir.Ətrafı meşə massivləri ilə örtülüdür. Əhalisi əkincilik və maldarlıqla məşğuldur. Rayon mərkəzindən 25 km aralıdır. Bir tərəfdən İran ilə digər tərəfdən Cəlilabad rayonunun ərazisi ilə sərhəddir.İqlimi qışda sərt, yayda normal olur.Talış sira daglarına aid olan Burovar dağ silsiləsinin ətəyində yerləşir"Fuzuli Astanbeyli. Tarix fənni üzrə universet təhsilatını bitirmiş Astanlı kəndindən olan Ramil Mirzəzadə ,Astanlı kəndi haqqında onun öz facebook səhifəsində soruşduqda belə deyir :" Astanli kendinde yaşayan əhali sonradan meskunlaşanlardandir bele ki onlar teqriben 19-cu esrin evvellerinde gelmişler. kendin əsl tarixi" becrevan" adlanan yer adi ile bağlıdır. toponimkaya muraciet etdikde "bacrevan"la bagli yer adları vardır ki bu da bu menteqenin tarixini qedim dovre baglayır. İmanxan qebristanlığında aşkar olunan kup qebir medeniyyeti sahali korpusu deve cuxuru qarovul gediyi her biri qədim tarixdir. butun bunlara regmen deye bilerem ki qədim türklere mexsus bu kendin tarixini özünde yaşadan "İmanxan" qebristanlığındaki baş daşlarındaki işareler qədimden xeber verir. yardımlı yolunun ustunde yerlesen bazar yerine yaxin olan bu kend boyuk bir erazini ehate edir". O sonra digər bir vaxtda astanlı haqqında belə məlumat verir :" Astanli qedim turk mekanidir bele ki burda 14 15 esre aid imanxan qebristanligi kendin qedim tarixe malik olmasinin subutudur kend ona yaxin olan tuk kokenli kendlerin telavar gugavar bercan zevin kimi cografi mekanlarin astanasini teskil edir belke ele kendin adi astana giris sozunden goturulmusdur. ipek yolu üzerinde yerleşib bele ki Ərdebile geden yolun üstündeki dəvə çuxuru buna tutarli subutdur.......isteseniz daha genis melumat vere bilerem. Astanli haqqinda qarovul gediyi 20 ci esrin evvellerinde ssriye qarsi baslayan mubarizede esas istinad noqtesi olub gedikden bir terefi celilabad bir terefi de yardimli rayonunun mueyyen erazisi aydin gorunur bu da qacaqlarin tehlukeni gormek sansini artirmisdir". Ramil Mirzezade

Məhəmməd Mahmudov adlı digər bir Azərbaycanlı öz facebook səhifəsində Astanlı kəndinin digər bir rayonlarda adaşı və tayı olduğunu bizə açıklayıb dedi ki :" Qazax rayonunda da Astanbəyli kəndi var,Məlumat üçün bildirmək istədim".Mahammad Mahmudov Azərbaycanın Akademik ünlü toponimşunas alimi "Budaq Budaqov" və N.G.Məmmədov, AZƏRBAYCANIN LƏNKƏRAN REGİONU TOPONİMLƏRİNİN İZAHLI LÜĞƏTİ adlı əsərində "Astanlı" toponiminin etimolojiası haqqında belə yazırlar : " AŞAĞI ASTANLI KƏNDI. Yardımlı r. Oykonimin tərkibindəki Astan şəxs adı, «lı» isə etnik mənsubiyyət bildirən Şəkilçidir. Aşağı komponenti isə kəndin coğrafi mövqeyini əks etdirir.89 Görünür ki Bu iki ünlü alimin nəzərinə görə "Astanlı" toponimi "Astan" adlı şəxs ilə bağlıdır və bundan da artıq izah vermirlər ki "Astan"ın şəxs adını olduğunu haradan ələ gətiriblər.B.Budaqov bu toponimin adını yalnız bir şəxs adı olduğuna hökm verib kifayətləniblər və bu əzəmətlikdə və möhtəşəm mifik adı,sadəcə bir şəxs adı olduğunu qeyd ediblər.Görünür Budaqov və Məmmədov kimi akademik alimlər ,Azərbaycan ərazisində olan toponim adlarına çox səthi və sadəcə üzdən baxıblar və onları dərindən etimolojisini mənimsəməyiblər və düzgün araşdırma və tədqiqdən vaz geçiblər.Çox təəsüflər olsun ki bizim alimlər toponim araşdırmada ,başardıqca çalışmalarına rəğmən,düzgün və həqiqi ,köklü-dibli bu konu ilə ilgilənməyiblər və üzdən geçmə ,xala-xatırın qalmasın ,bu işdə çalışıblar və əsərlər yaradıb-yazıb və Azərbaycan toponim şunaslıq elmi sahəsinə sunublar , amma əsasi və köklü olmayıb və təməlsiz olub və çox sadə və aşağı səviyyədə tədqiqat aparılıbdır və bununla da bu sahədə yazılmış əsərlər də çox səthi və aşağı səviyyədə və qeyr-i elmi və əsassız olubdur.Bu Astanlı kəndin adının etimologiasını müxtəlif yönlərdən açıklamağına girişmək olar və biz burada o yönləri izahlandırmaq istəyirk. Bu toponimin ilk hissəsi ,"Ast" tərkibindən ibarətdir."Ast" bir çox Türk və o sıradan Azərbaycan toponimlərinin ad tərkibində iştirak edibdir. Misal üçün "Astara" ,"Astaraxan" ,"Astar abad"(Xəzərin cənub-şərqində yerləşən indiki "Qorqan" şəhərinin əski adı) ,Astamal,Astur(Güney Azərbaycanın Miyana şəhərinin ətrafında kənd adı) və sairəni ad aparmaq olar. "Ast" qədim türkcə sözdür və anlamı "aşağı" ,"alt" , "aşağı tərəf" ,"cənub","güney səmti" deməkdir. Alt anlamını daşıyan "Astar"(iç üz,alt üz) sözüdə ,həmən "Ast" sözü ilə bir kökdəndir. Biz bu Astar sözünü indilikdə paltar və geyim qismində işlədirik. c:\users\azerbaycan\pictures\10419432_1462165090718981_7545133228828202218_n.jpgAstanlı kəndindən bir görüntü /Şəkili göndərən Fuzuli Astanbeyli Astanlı toponim adının ikinci hissəsi "An" , tanrı,göy tanrı ,və "lı" isə mənsubiyyət şəkilçisidir. Belə məlum olunur ki bu kənd adında ,"Ast.An " yəni "Altdakı allah" ,"yeraltı tanrı" ,"alt dünyanın tanrısı" deməkdir.Bizcə qapı astanası dediyimiz keçid yeri ,elə həmən "Astan" (=yeraltı dünyanın tanrısı) mifik sözündən alınmadır. "Astana" sözü haqqında ünlü mifolog "J.C.Kooper" yazır:"Astana mifologia baxımından,küfrdən qudusluğa (müqəddəsliyə),küfürlü dış atmosferindən müqəddəs,pak iç atmosferinə , yeni bir aləmə və dünyayə keçiddir və mərz,sərhəd bəlgəsi sayılır.Astana doğa və doğa üstü`nun bir-birini qət eliyən xətti sayılır.Astana ayin və sünnət baxımından"zincir və qandalları qırma"törənlərində , yer və məkanı yenidən düzəldib,inşa edir,necə ki yeni il törənlərində,zaman yenidən təkrarlanır.Suya batma və suda cumub qalma ,bir qaranlıq cəngəlliyə keçid və tıfardakı qapıdan içəri girib daxil olma ,tanınmamış təhlikələrə girişin və giriş astanasının bəlgələri sayılır. Bəkarət Tanrıçaları və eyni halda "Lar"lar ,Astananın Tanrıçaları sayılır. Astana`nın qoruyucuları onlardılar ki müqəddəs və kutsal hövzəyə (zonaya) girmədən öncə ,gərəkdir onlara qalib gəlmiş olasın və bu qoruyucular ibarətdir əjdahalar,ilanlar,dev-həyulalar,itlər,aslanlar və sairə." 90 Astanlı kənd adının birinci hissəsi "Ast"// "Aset" ,Misir mifologiasında çox əski və əsli miflərdən birisi sayılır. Bu ilahə ,İzis`dən öncə ,bir Ana ilahəsi kimi pərəstiş olunurdu.Əslində "Aset"neçə yüz il idi ki pərəstiş olunurdu,ki Rumilər (Romalılar) İzis`i Misirə gətirib və Misir panteonuna daxil etdilər. Bundan belə "Asıt" ilahəsinin pərəstişi Misirdə unudulmağa doğru gedir və Misir xalqı ,yeni ilahəni(izisi) ,Ana ilahəsi kimi pərəstiş etməyə başladılar və "Asıt" ilahəsinin adı yalnız məbəd tıfarlarının yazılı hirogliflərində yadigar qalıbdır. 91 Afriqanın mifologiasında olan "Astar" tanrısının adında da "Ast" sözü iştirak edibdir. Afrika mifologiasında Etiopia ölkəsində "Astar" Göy Tanrının adıdır və bu ölkədə üçlük Tanrıların birisi sayılır". 92 "Ast" və "Astar" sözü Azərbaycan , kiçik Asya və ön Asya bölgəsinə gəlmiş qədim Fin-uyğur soylu "Finiki" türklərinin də mifologiasında ,artım,bərəkət,gözəllik,cinsəl aşk və sevgi ilahəsi "Astarte" adında da iştirak edibdir. "Finikilərin bu ilahəsi Babillərin "İştar" ilahəsi ilə bərabər sayılırmış və bu ilahə sonralar başqa ilahələr ilə birləşərək "Ay Tanrısı" sayılırdı." 93 "Ast" sözü eyni halda Türk soylu Hurrilərin də mifologiasında savaş Tanrısı vəzifəsində olan "Astabis" ,özünə özəl yer tutmuşdur. Türk soylu Hurrilərin savaş Tanrısı "Astabis"i ,Akkadların "Ninorta" Tanrısı ilə bir və bərabər tutulub və Hittitcə adı "Zamama"dır. 94 Astanlı kənd adını qədim Misir mifləri arasında "Astennu" formasında görmək olar.Astennu qədim Misir mifologiasında bir quyruğu qıssa maymundur ki "Thoth"(Tus) Tanrısı ilə birgə və ortaq imiş. Astennu ,oddan olmuş bir gölün ətrafında qərar tutmuş dörd meymundan birisi sayılırmış. Astennu meymunun adı ölülər kitabının 17-ci övsununda zikr və zahir olunubdur. 95 Misirlərin ən qədim Tanrılarından olan "Asten" demək olar ki onların "Thoth" (Tos//Tus) Allahının bəlgəsi kimi sayılırmış. Gahdan "Thoth" Tanrı ,başı it başı olan meymun formasında rəsm olunub ki əski Tanrı "Asten"ə oxşayırmış. Astanlı kənd adının izlərini Avropada ,Britaniya adasında həmçinin görmək olar.Bizcə çox ehtimala görə ,indiki Astanlıların ulu əcdadı ,eradan neçə minillər öncə , "Gölütlər" (Gilit//kilit//kelt//Selt)lər ilə birlikdə və ya onların tərkibində ,Avropaya və Britania adasına köç etmişlər. Astanlılar indiki Britaniada yerləşdikdən sonra ,"Stanti" (Setanti) adı ilə qəbilə adları adlanıb və tanınıbdır. Hətta Britanianın Selt//Kelt türklərin "Kohalen" mifik qəhrəmanı`nın adı "John X.W.P. Corcoran"a görə "Stanta"(Setanta) imiş ki ehtimala görə bu "Stanti" qəbilənin qəhrəmanı sayılırmış. Bu Türk seltlərin qəhrəmanın uşaqlığı elə bir formada təsvirə çəkilib ki bütün insani-əxlaqi nimunə sifətlərin iyesi imiş və bir Selt//Kelt Türk zadəganlarının balalarına yaraşan şəraitdə boya-başa çatmışdır .96 Astanlı -----> Stanlı -----> Stanti (qəbilə adı).............. Astan.ta ----> Stan.ta (şəxs adı). Lazim görünür qeyd edək ki "Astanta"//"Stanta" şəxs adında , Astan yəni "Günəşin qızarması","qızarmış od" və "ta" isə "tağ" ya "dağ" deməkdir və külliyyətdə bu adın anlamı :" Qızarmış od püsgürən dağ" ya "volkan dağı" deməkdir. Astanlı kənd adının tərkibindəki "As",qədim türk dilində işlənən "od" və "Günəş" anlamında işlənən sözdür ki "us/is/es/ot/ud" onun müxtəlif fonetik variantları sayılır. "Tan" isə "Günəşin və odun qızarması" deməkdir və həmən "Dan yeri"(səhər tezdən günəş çırtdamadan qırmızı rəngdə olan yer) ilə birdir. "Astanlı" kənd adındaki "Astan" ,əslində "günəş və od qızarma yeri" deməkdir və od yanan yer deməkdir. Astan sözü məcazi olaraq Türk mifologiasında "cəhənnəm" ,"yeraltı dünya" deməkdir. Qədim Türklər "dan" //"Tan" sözünun belə anlamları daşıdığı üçün , "Tan" sözündən "Təndir" , "Tamu" sözlərini yaradıblar. Çörək pişirmək üçün Təndir , od yanma yeridir və onun içində od yanmalıdır. Təndir sözü əslində "Tan tanrısı" deməkdir . "Tan.Tar" ----->"Tan.Tır" -----> "Tən.Tir" -----> "Tən.dir" "Tamu"(Tanu//Damu) ,cəhənnəm anlamında olan söz də elə həmən "Tan"ın başqa variantları olan "Tün" və "Tin"(tüstülü-dumanlı od)sözlərindən alınma və yaranma sözdür. Mezopotamia mifologiasında "Domuzi"//"Damuzi"// Tomuzi" //"Tamuzi" tanrının adı da ,həmən bu "Tan"//"Dan" sözündən alınıma ad və sözdür. Əski Türk sözü olan TAMU , türk sözü TÜNOY (TİNOY) ya TÜNOYİ (TİNOYİ)–nin zaman sürəsində dəyişilmiş formasıdır. TÜNOY sözü , qədim türk sözü olan TÜN /TİN(= gecə,qaranlıq , zülmət , qara toz-dumanlıq , qara tüstü) və OY(ev , yurd , məkan , yer, məskən) sözlərinin tərkibindən yaranmış mürəkkəb türk sözüdür və külliyyətdə anlamı olur : Qaranlıqlar yurdu ,Qara Toz-Dumanlı və odlu yer,yeraltı dünya .Bu anlam,türklərin inamları və dünya görüşlərilə uyğun bir inanc`iymiş və sonralar hər türk dilli xalqın fonetik və səs dəyişmə özəlliklərinin əsasında türlü formalarda səslənməyə başlayıb. Bu söz sonralar türk dilli kəngərlərin mifik aləmində özünə özəl yer tutub və kəngərlər panteonunda ən sevimli tanrılardan birişi olub. Bu söz kəngər mifologiyasında teofor ada çevirilib və " DAMUZİ" // TAMUZİ // DOMUZİ // DOMUZ adı formasında özünü zahir edir. Вu həmən kəngər (şumer) ilahəsi İnanna və Babil ilahəsi İştarın sevgilisi və eşi olan "çobanlar tanrısı", "əkinçilər hamisi" Domuzi tanrısıdır.İnanna yeraltı dünyayə səfər edib görüşündən sonra yerində birisini qoymadan qayıda bilməzdi,buna görə yeraltı tanrıları (devlər),onun əri və sevgilisi olan Domuzi`ni ona canişin seçərək yeraltı dünyayə gətirdilər. Beləliklə Domuzi ölür və yeraltı dünyanın (ölüm)Tanrısı seçilir və o göndən bəri onun İnana ya İştarın eşqi və sevgisi yolunda ölməsi və o dünyayə getməsini anmaq üçün şumerlər(kəngərlər) yeni il bayramı açılış törənini Domuzi və İnana (İştər) evlənməsilə (kutsal evlənmə) başlardılar belə ki güya ilin 6 ayını Domuzi ölür (qış fəslinin təmsilcisi)və yeraltı dünyada keçiri və 6 ayını dirilib(yay-yaz fəsli) yer üzündə keçirir.Bu tanrını anması üçün ilin bir ayının adını ona həsr etdilər.Bu rivayətdən belə çıxır ki Domuzi türk (kəngər )tanrısının adı həmən türkcə TÜNOY sözünün başqa forması və biçimidir və bu türk sözünün anlamı`yla tam bağlı və uyğundur. Biz burada TÜNOY sözünün DOMUZİ tanrının adına zamanla çevirilmə prosesini AZ.türk dilçilik elmi əsasları və özəllikləri əsasında belə göstərə bilərik : Tün.oy-----> Tum.oy -----> Tomuy --(y---> z) Tomuz -----> Domuz . //////////TÜNOY sözünün TAMU-ya çevirilmə prosesini də belə göstərmək olar : Tünoy ----> Tanoy ---->(n-->m) Tamuy ----->(yumuşq "y" səsinin düşməsilə) "Tamu" (= qranlıq ev , qara toz-dumanlı yer)//////// Türkcə olan TÜN sözü TAN // DAN və TİN sözlərinin başqa variyantları sayılır. Dan sökülmə yəni Günəşin işığı qaranlıq və zülmət pərdəsini söküb dağıltması və Günəşin çırtdaması deməkdir. TÜN sözü qədim hamamların od tonqalı yandırılan yerin adında da işlənir: Tün anbar (hamam cəhənnəmi ya od anbarı) ki hamamın bu hissəsi suyu qızdırırdı. Bir ölən adamı pisləyərkən deyilir : Tün bə tün düşsün yəni yeraltı dünyanın (7 zülmət və qaranlıqlı qatdan ibarətdir) bir qatından o birisi qatına düşsün və ən son qatına düşüb tullansın. UÇMAQ ya Behişt sözünə gələndə qeyd etmək lazimdir ki bu sözün əsl variyantı və deyimi qədim türk dilində ÇİNOY ya ÇİNOD dur və anlamı "HƏQİQİ EV" , " Həqiqi və düzgün saray" , "Axırət evi və sarayı" deməkdir və o da TÜNOY-ın (yeraltı dünya) əksinə olaraq göylərdə və onun 7 qatlarında yerləşir və biri öləndən sonra (yaxşı adam olsa) ora gedir və ora getməyə də mələklər onu qanadlarında aparmalıdılar yəni bu adam mələyin uçuşu`yla göyün 7 qatına o həqiqi saraya və axirət ev ya saraya gedir ona görə burada qanadla uçuş prosesi var və bir növ uçmaqdır göydəki saraya və behiştə. Demək hər ölü behişt sarayına və evinə getməli olsaydı ,o mütləq qanata minib qanadla getməli`ydi və buna görədə şumer (kəngərlər) mifologiyasında bu inam əsasında "Ganad" söz və termini behişt və göydəki həqiqi və axirət sarayına getmə məsələsində özünə yer açıb və Behişt , göydəki mənzil və saray anlamında işlənməyə başlayır və indiki ərəblərin əcdadları da (semit soylu xalqlar ) türkcə GANAD sözünü götürüb ərəb dili qalibinə salıb və ərəb dili fonetikasına uyğunlaşdıraraq onu CƏNAT/CƏNNƏT formasında işlətməyə başlayır. Bu proses də belə bir şəraitdə olunur : Ganad -----> Ganat ------> (ərəb dilində "g" olmadığına görə) canat -----> cənət -----> cənnət . //////////// ÇİNOD türk sözü (çin = həqiqi , düzgün , vaqei , daimi və həmişəlik olaraq + OY//OD = ev, yurd, mənzin, saray, küşk === axirət evi , həqiqi və düzgün saray ) zərdüşt dinində də (farslar bu türk sözünü eybəcər hala salaraq ) ÇİNVƏD / ÇİNVƏT formunda və məhşərə , hesab-kitaba aparılan yolun körpusu anlamındadır və dəfələrlə bu körpudən ad aparılıb. Demək belə əldə olunur ki GANAD və UÇMAQ türk sözləri hər ikisidə bir anlamda türk mifologiyasının terminləri kimi işlənməkdədir və farslar birini (çinod`u) və ərəblər də o birisini (qanadı) götürüb işlədirlər. "Tan" və ya "Dan"a gəlincə ,qeyd etməliyik ki "Dan" ,Britania adasının "İrlandia" mifologiasında "Donn" formunda "ölüm tanrısı" ,"ölüm sərvəri və ağası" sayılır. 97 "Dan"ın mifologiada "ölüm" anlamı daşıması da ondan irəli gəlir ki səhər tezdən Günəşin işığı və şuası ilə "Dan yerinin sökülməsi " yəni qaranlığın ölümü və aradan getməsi deməkdir. Dan yerində günəşin çırtlaması ilə ,qaranlıq ölür və məhv olur.Deməli belə məlum olunur ki Türk mifologiası baxımından ,"Dan" //"Tan" əslində ilkin anlamı "ölüm Tanrısı" deməkdir və yuxarıda saydıqlarımız anlamlar ,"Dan"ın 2-ci ,3-cü dərəcəli anlamları sayılır."Dan" tanrısı ,"Donn" formasında ,bir sıra türk etnonimlr və etnitoponimlərin ad tərkibində iştirak edibdir. Misal üçün "Qaradonlar" (=Böyük ölüm Tanrısı, Qara və ulu ölüm Tanrısı) , "Danqaralı" (Qara ölüm Tanrısı) Güney Azərbaycanda Urmiyənin ətraf kəndlərindən birisinin adı . Qeyd etməliyik ki "Qaradonlar" türklər ilə ilgili Azərbaycanda "Qaradonlu" adı altında kəndlərimiz vardı və eyni halda Türkmənlərdə və Özbəklərdə "karaton" adlı tayfalarımız var. Bu etnos ilə ilgili indiki Ermənistan Kordçayk mahalında "Karatonis" adlı kəndimiz var. Astanlı kənd adındakı"Astan"//"Astana",Azərbaycan Türk mifologiası baxımından ,ölülər dünyası ilə dirilər dünyasının mərzi və sərhəddi sayılır.Bu mifik təfəkkür və düşüncə bizcə,Azərbaycanın "Gilar"ları vastəsilə(Yardımlının indiki Gilar kənd əhalisinin ulu əcdadı vasitəsilə) Avropanın mərkəzinə (özəlliklə indiki Fransa`ya) və şimalına (Britania adasına) aparılıbdır.Biz bu məlumatdan "Astanlı"kəndi ilə"gilar"kəndi arasında bir bağlayıcı və gizli bir ilgi və bağlantının (mifik və şayəd də tayfa)olmasını da hiss edib sezirik."Dr.Ray Dunning`ə görə Selt //Kelt mifologiası əsasında ,Sehirli ağaşlıqlar (=meşəliklər,cəngəlliklər), bulaqlar və göləklər(=kiçik su gölləri, gölməçələr) bu iki dünyanın sərhəddi və astanası sayılır. 98 Astanlı kənd adındakı "Astan" mifik adı ,Rum(Roma) mifologiasında "Actaeon" (indiki oxunuşu Aktayon) Tanrı adı kimi özünü göstərməkdədir. Yunan miflərinin mifik nağıllarını bir yerə toplayıb latin dilində yazıya alan müəllif "Ovid"(e.ö 43-cü il) ,"The Metamorphoses" adlı əsərində , ikiyüz qıssa və əlli uzun nağılı şərh edərkən , "Actaeon"(Aktayon) adlı Tanrının kin və intiqamından da söz açır.Ovid`in nağılı əsasında ,Aktayon "Diana"nı lüt və çılpaq görən kimi,bir ceyrana çönür və Aktayonun ov itləri onu pardaxlayıb ,öldürürlər. 99 Bir adı bəlli olmayan Fransalı şair 1300 -cü ildə "Ovid"in əsərindəki nağılları , İsa Məsih tə`limatını daşıyan əfsanələri toplum halına salıb ,şərh edir. Bu əsərdə "Diana" müqəddəs üçlükdə və Aktayon ,İsa Məsih və "Phaethon"(Faytun) ki Günəşin arabasını(kalıskasını) oğurlayır,"Lusifer"in (ki özü ilə nur daşımaqdadır) yerinə,və "Demeter" kilisa ananın yerinə qoyulubdur. Bu məlumatlardan belə əldə olunur ki Azərbaycanın "Astan" adlı mifi , türklər vasitəsilə Roma`ya da gedib çıxıb və roma panteonunda ("s"səsini "c"ilə qeydə alaraq və eyni halda "c" hərfini "k" səsi ilə tələffüz edərək) "Aktayon" adı altında özünə yer tutubdur. "s" səsini latin dilində "c" hərfi ilə qeydə almaq və onu sonra"k"səsi ilə ifa etmək,latin dilində və grafikasında səciyyəvi haldır. Beləliklə deyə bilərik ki Azərbaycanın "Astan" adlı mifi ,Avropaya və latinlər içrə gedib yerləşərkən , latin grafikası ilə "Actan" formunda qeydə alınıb və "c" hərfi bu dildə "k" səsini əldə edərkən,"Aktan" kimi səslənibdir və latin dilinin saitlər qanununa uyğunlaşaraq ,"Aktaon" ya "Aktaeon" //"Aktayon" kimi səslənibdir. Yardımlı və Cəlil Abad rayonlarındakı "Astanlı" adlı toponimlərin "Astan" mifinin,Avropa və latinlərdə "Actaeon"(=Aktayon) formasına çıxma prosesini belə göstərmək olar : Astan-----> "s">"c" Actan-----> (sait dəyişiliyi üz verərək) "Actaeon"----->latin dilində"s" səsli"c","k"səsini əldə edərkən "c">"k" Aktaeon----->oxunuşu:Aktayon.

Yazar : Fərhad Cavadi Abdulla oğlu / Güney Azərbaycan Urmiya /10- Sentyabr 2014 QAYNAQLAR : 1 – Dr.Ray Dunning , The Times World Mytholojy,General Editor:William G.Doty, London:Times Book,2002,Tr.By Abolghasem Esmailpour,Tehran 2013 , p.227

2 - Richard Cavendish, – Mitholojy An İllustrated Enscyclopedia of The Principal Myths And Religions of The World ,Tr.By R.Behzadi,Elm Nəşriyyatı,Tehran 2007, səh.301

3 - Gholamreza Ma`sumi , Encyclopedia Of Mythology & Ancient Religions Of The World ,Vol 1(a) , 1-ci çap, Sure Mehr Nəşriyyatı , Tehran 2008 , səh.977

4 – Michael Grant & John Hazel , Who,s Who in Classical Mythology , Tr.By. Rza Rzai , Nəşr-i Mahi , Tehran 2002 , səh.143/113 5 - Richard Cavendish, Həmən qaynaq ,səh.160

6 - Michael Grant & John Hazel, Həmən qaynaq, səh. 164

7 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.877

8 - B.Ə.Budaqov, N.G.Məmmədov. Azərbaycanın Lənkəran regionu toponimlərinin izahlı lüğəti. Bakı 2007,səh.6 9 - B.Ə.Budaqov, N.G.Məmmədov,Həmən qaynaq,səh.15 10 - Gholamreza Ma`sumi , Həmən yerdə

11 – P.Damerow & R.K.Englund ,(1985) , Die Zahlzeichensysteme der Archaischen Text aus Uruk,Berlin

12 – Walter Hinz , (1971b),Persia ,c.2400-1800 BC ,CAH 1/2 , 644-80

13 – Daniel T.Potts , The Archaeology of Elam : Formation and Transformation of an Ancient İranian State ,1999 , Tr.By. Zahra Basti , Tehran ,səh.14-15

14 - Daniel T.Potts ,Həmən mənbə,səh.83

15 – M.Voigt & R.H.Dayson , The Chronology of Iran,ca . 8000-2000 BC , in Ehrich,R.W.,ed.,(1992) /Chronologies in Old World Archaeology J, Chicago/London : University of Chicago 122-78

16 – H.Weiss (1977), Periodization,population and early state formation in Khuzistan , in Levine, L.D. and Young,T.C.,Jr.,eds.,

17 – Daniel T.Potts ,Həmən mənbə,səh.136 18 - Daniel T.Potts ,Həmən mənbə,səh.136 19 - Fərhad Cavadi Abdulla oğlu , Türkcə İnsan Adları -4-cü kitab , səh.358 20 - A.Bernshtam (1962),On the origin of the kirrgiz people,in Michael, R.N.,ed.,studies in Siberian Ethnogenesis, Torento:Arctic Institute of North America Anthopology of the North, Tr.from Russian Sources/No.2,119-28

21 – M.W.Stolper (1989),Awan,Enlr3,113-114

22 – İ.J.Gelb & B.Kienast ,Die altakkadischen Königsinschriften des dritten Jahrtausends v. Chr., Stuttgart : Freiburger altorientalische Studien 6, 1990 / Daniel T.Potts ,Həmən mənbə,səh.142

23 – Loren Auerbach , The Times World Mytholojy,General Editor:William G.Doty, London:Times Book,2002,Tr.By Abolghasem Esmailpour,Tehran 2013 , p.129 24 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.406

25 - Mir Əli Seyidov ,Azərbaycan xalqının soy kökünü düşünərkən – Tərcümə:R.Şavanlı , Əxtər nəşri ,Təbriz 2006 ,səh 595 26 - B.Ə.Budaqov, N.G.Məmmədov,səh.15 27- F.Guirand – the Myths of Assyria and Babylonia – New Larousse Encyclopedia of World Mythology- Tr.By: A.Esmailpur- Ferkre Ruz publication- Tehran 1995 , p.65

28 –Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.106 29 - L. Delaport , the Myths of Assyria and Babylonia – New Larousse Encyclopedia of World Mythology,p.183

30 - L.Delaport , Həmən qaynaq , həmən yerdə

31 - L.Delaport , Həmən qaynaq ,səh.172-173

32 - L.Delaport , Həmən qaynaq ,səh.177

33 - Rüqəyyə Behzadi , Qafqaz ,Zaqafqaziya və Mezopotamiyada yaşamış əski etnoslar , Ney Nəşriyyatı ,Tehran , 2002 ,səh.284-298 34 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.113 35 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.405 36 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.404 37 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.456 38 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.559 39 – Elman Mirzəyev ,BƏZİ MİKROTOPONİMLƏRİN MƏNŞƏYİNƏ DAİR(DİALEKT VƏ ŞİVƏ MATERİALLARI ƏSASINDA), Filologiya məsələləri – №10, Bakı,2013,səh.33

40 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.481.514 41 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.456 42 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.480 43 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh. 502-504 44 - J.C.Kooper , An İllustrated Encyclopedia of Traditional symbols , London 1993 ,Tr.By. Malihe Karbasian , Fərhəng nəşr nov , 2-ci çap,Tehran 2006,səh.452-453 45 - Jeremy Black and Anthony Green – illustrations By Tessa Rickards, Gods, Demons and symbols of Ancient Mesopotamia (An Illustrated Dictionary) – Translated by peyman Matin , p . 224 46 – Roy Willis ,The Times World Mytholojy,General Editor:William G.Doty, London:Times Book,2002,Tr.By Abolghasem Esmailpour,Tehran 2013 , p. 47 - Richard Cavendish, Həmən qaynaq ,səh.154 48 – Alain Gheerbrant & Jean Chevalier ,Dictionnaire des symboles, Tr.By Sudabeh Fazaili, Ceyhn Nəşri, 3-cü baskı , Tehran 2009 ,səh.394 49 - Richard Cavendish, Həmən qaynaq ,səh.206 50 - Mir Əli Seyidov, göstərilən əsəri ,səh.129 51 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.174 52 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.349-350 53 - Giyaseddin Geybullayev , Eski Türkler ve Ermenistan , Azerbaycan Dövlet Neşriyyatı , Baku 1992 54 - Bilal Alarlı , "Alar Türk Tayfası" adlı tədqiqi məqaləsi 55 - Richard Cavendish, Həmən qaynaq ,səh.161 56 - Richard Cavendish, Həmən qaynaq ,səh.162 57 - Richard Cavendish, Həmən qaynaq ,səh.224 58 - J.C.Kooper , Həmən qaynaq , səh.446-458 46 59 - N.M.Xudiyev & Ə.A.Quliyev , Qədim Türk Abidələrinin sözlüyü, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti , Bakı 1992 , səh.72 60 - Richard Cavendish, Həmən qaynaq ,səh.60 .75 61 - J.C.Kooper , Həmən qaynaq ,səh.325 62 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.1506-1507 63 - F.Guirand – göstərilən əsəri ,səh.59 64 - N.K.Sanders – Heaven and Hell in Mesopotamian Mythology- printed in the Iran – Nashre Ghatreh Pub. Tr. By A. Esmailpour .səh.255 65 - http://en.wikipedia.org/w/index.php?title=Anzov&oldid=586889931"

66 – https://www.facebook.com/Goyturk 4 iyun 2013 67 - Jeremy Black and Anthony Green – illustrations By Tessa Rickards, Gods, Demons and symbols of Ancient Mesopotamia (An Illustrated Dictionary) – Translated by peyman Matin , p .177 68 - N.K.Sanders – Heaven and Hell in Mesopotamian Mythology- printed in the Iran – Nashre Ghatreh Pub. Tr. By A. Esmailpour .səh.15 69 -Feofilakt Simo katta , Tarix , 1957 ,səh.161

70 – Musa Qağanqatlı , Ağvan(Alban) ölkəsinin tarixi , moskova 1860 ,səh.191

71 – Əhməd ibn-i Fədlan , Siyahət naməsi (volqa çay boyu 921-922 ci illərdə səyahət naməsi) 1956

72 – Əbdulqadir İnan, Tarixdə və bu gün şamanism, Ankara,1954 , səh.2

73 – Əbdulqadir İnan , göstərilən əsəri ,səh.9

74 - Əbdulqadir İnan , göstərilən əsəri ,səh.165

75 - Mir Əli Seyidov ,Azərbaycan xalqının soy kökünü düşünərkən – Tərcümə:R.Şavanlı , Əxtər nəşri ,Təbriz 2006 ,səh 307-308

76 – Murat Uraz ,Türk Mitholojisi , İstanbul 1967 , səh.132

77 - Əbdulqadir İnan , göstərilən əsəri ,səh.308

78 - Əbdulqadir İnan , göstərilən əsəri ,səh.68

79 - Əbdulqadir İnan , göstərilən əsəri ,səh.168

80 – Murat Uraz , göstərilən əsəri ,səh.79-80

81 – Q.P.Sensarov ,Xarəzm özbəklərinin islamdan qabaq ilkin inancları və ayinləri

82 - Mir Əli Seyidov, göstərilən əsəri ,səh.317

83 – Türk Tarixinin ana xəttləri , 1931 İstanbul ,səh.57 / Əbdulqadir İnan , Tarixdə və bugün şamanizm ,Ankara,1954 ,səh. 55

84 - J.C.Kooper , Həmən qaynaq , səh.17-18-19

85 - J.C.Kooper, göstərilən əsəri,səh.234

86 - Jeremy Black and Anthony Green , göstərilən əsər ,səh.177

87 - Gholamreza Ma`sumi , göstərilən əsəri ,səh.441

88 - F.Guirand – göstərilən əsəri ,səh.108

89 - B.Ə.Budaqov, N.G.Məmmədov, Həmən qaynaq,səh.14 90 - J.C.Kooper, göstərilən əsəri,səh.7-8

91 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.258-259

92 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.259

93 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,həmən yerdə

94 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,həmən yerdə

95 - Gholamreza Ma`sumi ,Həmən qaynaq,səh.264

96 - F.Guirand & John .X. W. P. Corcoran , New Larousse Encyclopedia Mythology , Tr.By M.Ş.Fomeşi , Qətrə Nəşri , Tehran 2005 , səh.144

97 - F.Guirand & John .X. W. P. Corcoran , həmən qaynaq,səh.170

98 - Dr.Ray Dunning , The Times World Mytholojy,General Editor:William G.Doty, London:Times Book,2002,Tr.By Abolghasem Esmailpour,Tehran 2013 , p.126



99 - Richard Cavendish, həmən qaynaq ,səh.230
Yüklə 371,93 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin