2-ci addım: təcili yardım sisteminin aktivləşdirilməsi
AXD - Avtomatik xarici defibrillatorun əldə edilməsi Əgər siz təksiniz və nəfəs almayan zərərçəkən tapmısınızsa, köməyə çağırın. Kimsə cavab vermirsə, təcili yardım sistemini aktivləndirin (zəng edin), AXD ya defibrillatoru götürüb, zərərçəkənin yanına qayıdın və onun nəbzini yoxlayıb, ÜAR-sı başlayın (C-A-B ardıcıllığı ilə).
Şəkil 4.Cavab verib/verməməsini və tənəffüsü yoxlayıb təcili yardım sistemini aktivləndirin (dəyərləndirin və zəng edin ).
A. Zərərçəkənin çiyninə toxunub “Yaxşısanmı?” bərkdən soruşun. Eyni zamanda, tənəffüsə baxın.
B. Əgər böyük yaşlı zərərçəkən cavab vermir və nəfəs almır ya tənəffüsü normal deyilsə (məsələn, yalnız boğulur), yardıma qışqırın. Əgər başqa bir xilasedici cavab verirsə, onu təcili yardım sisteminə zəng etməyə yollayın, və AXD ya defibrillatoru götürün. Kimsə cavab vermədi sə, təcili yardım sisteminə zəng edib, AXD ya defibrillatoru götürün, zərərçəkənin yanına qayıdıb nəbzini yoxlayın və ÜAR-sına başlayın (C-A-B ardıcıllığı ilə).