Taxirəsalınmaz Yardımın Əsasları (TYƏ) (Amerika Ürək Assosiasiyası 2010)



Yüklə 11,26 Mb.
səhifə24/98
tarix10.01.2022
ölçüsü11,26 Mb.
#107813
1   ...   20   21   22   23   24   25   26   27   ...   98
Zərərçəkəni yerindən

yalnız ehtiyac olanda

tərpədin
Zərərçəkənin yalnız təhlükəli yerdə olması (məsələn, yanğın olan bina) onun ÜAR-sı zamanı yerindən tərpədilməsinə səbəb ola bilər. Başqa yer dəyişdirmə səbəbi o ola bilər ki, sizin zərərçəkənə bu yerdə edəcəyiniz ÜAR-sı effektsiz olacaq. Zərərçəkənin tapıldığı yerdə aparılan ÜAR-sı daha effektli olur və fasilələr daha qısa olur.

___________________________________________________


Tənəffüs Yollarının

Nəfəs üçün açılması:

Baş Arxaya -Çənə Yuxarı
Tənəffüsü təmin etmək üçün tənəffüs yollarının 2 açma üsulu var: başın arxaya çəkilib-çənənin qaldırılması və alt çənənin irəli çəkilməsi. İki xilasedici adətən alt çənəni irəli çəkib torba-maska üsulu ilə tənəffüs təmin edirlər. Bu mövzu “2 xilasedici ilə böyüklərdə ƏYD ÜAR-sının ardıcıllığı” seksiyasında müzakirə edilir. Alt çənənin irəli çəkilməsi boyunun və kürəyin hərəkətini azaltdığına görə, bu üsuldan yalnız baş ya boyunun zədələnməsinə şübhə hallarında istifadə edin. Alt çənənin irəli çəkilməsi tənəffüs yollarını açmadısa, başın arxaya çəkilib--çənənin qaldırılması manevrinə keçin.

Başın arxaya çəkilib -çənənin qaldırılmasını aşağıdakı addımlarla edin:





Addım

Fəaliyyət

1

Bir əlinizi zərərçəkənin alnına qoyub əlinizin içi ilə başı arxaya çəkin.

2

Digər əlin barmaqlarını çənəaltı nahiyyədə alt çənənin sümüyünə qoyun

3

Çənə qabağa getməsi üçün alt çənəni qaldırın.





Şəkil 8. Cavab verə bilməyən zərərçəkəndə başın arxaya çəkilib -çənənin qaldırılması tənəffüs yollarının obstruksiyasını yüngülləşdirir.

A, Obstruksiyanı dil yaradıb. Zərərçəkən huşsuz (cavab verə bilməyən halda) olduqda, dil yuxarı tənəffüs yollarını bağlaya bilər.

B, başın arxaya çəkilib -çənənin qaldırılması manevri dili qaldıraraq, tənəffüs yollarının obstruksiyasını yüngülləşdirir.
___________________________________________________


Yüklə 11,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin