Böyüklərdə Sağqalma Silsiləsinə giriş
AÜA uzun illərdir ki, təcili kardiovaskulyar yardım (TKY) təsəvvürünün qəbul edilməsi, dəstəyində, və inkişafında kömək edir. “Sağqalma Silsiləsi” termini TKY konsepsiyasının elementləri üçün faydalı bir metaforadır (Şəkil 1). Böyüklərin Sağqalma Silsiləsinın 5 zənciri aşağıdakılardır:
Ürəyin dayanmasının təcili təyin edilməsi və təcili yardım təşkilatlarının aktivləndirilməsi (təcili yardım təşkilatlarına zəng etmə)
Ürək massaji əsas olmaq şərti ilə erkən ürək-ağciyər reanimasiyası (ÜAR)
Tez zamanda defibrillasiya
Effektiv irəlidilmiş yaşam dəstəyi
Ürəyin dayanmasından sonrakı müalicə tədbirləri
Şəkil 1. Böyüklərin Sağqalma Silsiləsi.
Əsas yaşam dəstəyi bacarıqları və prioritetləri daha yaxşı yadda qalmaq üçün konkret addımlar ardıcıllığı kimi öyrədilsə də, bir neçə xilasedici olan hallarda, müxtəlif addımları bir vaxtda etmək olar (məsələn, ÜAR-sı başlayıb təcili yardım təşkilatlarına zəng etmə, aktivləndirmə).
Dostları ilə paylaş: |