2-Xilasedici AXD ilə 2-Xilasedici AXD ilə ƏYD addımlarına riayət edin:
Addım
Fəaliyyət
1
Cavab verib/verməməsini və tənəffüsünü yoxlayın: Əgər zərərçəkən cavab vermir və nəfəs almırsa, ya normal nəfəs almır (məsələn, yalnız boğulur):
İkinci xilasedici AXD –ru götürüb qayıdınca, birinci xilasedici zərərçəkənin yanında durub növbəti addımları edir.
İkinci xilasedici təcili yardım sistemini aktivləndirir (zəng edir) və AXD –ru götürür.
2
Nəbzi təyin edin:10 saniyə ərzində nəbzin təyin edilməsinə əmin deyilsinizsə:
Birinci xilasedici zərərçəkənin döş qəfəsini örtən geyimi çıxardır (AXD gəlib çıxanda AXD-n yastıqcıqlarının qoyulmasına imkan verəcək).
Birinci xilasedici ürək massajından ÜAR-sı başlayır.
3
AXD-la defibrillasiya cəhdi edin:
AXD gəlib çıxan kimi, onu zərərçəkənin yanına, onunla çalışan xilasediciyə yaxın qoyun. AXD adətən ürək massajı edən xilasedicinin əks tərəfində qoyulur, zərərçəkənin digər böyründə (Şəkil 16).