Taxirəsalınmaz Yardımın Əsasları (TYƏ) (Amerika Ürək Assosiasiyası 2010)



Yüklə 11,26 Mb.
səhifə61/98
tarix10.01.2022
ölçüsü11,26 Mb.
#107813
1   ...   57   58   59   60   61   62   63   64   ...   98
Nəbzin təyin edilmə yeri:körpələrdə braxial arteriya




  • Kompressiyanın edilmə texnikası: tək xilasedici üçün 2 barmaqla, və 2 baş barmaqla əhatə etmə texnikası 2 xilasedici üçün.

kompressiyaların dərinliyi: döş qəfəsinin azı üçdə bir dərinliyi,

təxminən 4 sm dərinlikdə

2 xilasedici üçün kompressiya/havalandırma nisbəti: uşaqlarda

olduğu kimi- 2 xilasedici üçün nisbət 15:2

təcili yardım sistemini nə vaxt aktivləndirmə, zəng etmə (uşaqlardakı

kimi):


  • Əgər siz ürək dayanmasının şahidi olmamısınız və təksinizsə,zəng etmək üçün və AXD (ya defibrillatoru) əldə etmək üçün getməzdən əvvəl körpəyə 2 dəqiqə ərzində ÜAR-sı təmin edin.

  • Əgər ürək dayanması birdən birə olub və yanında şahidlər olubsa, təcili yardıma zəng edib AXD (ya defibrillatoru) götürmək üçün körpəni qoyub gedin, sonra yanına qayıdın.

____________________________________________





Qeyd: Punktirlə əhatə olunan qutulardakılar yaxında olan xilasedicilər tərəfindən yox, tibb işçiləri tərəfindən icra edilir,
Şəkil 22. Pediatrik ƏYD alqoritmi

____________________________________________

Braxial arteriya nəbzinin

təyin edilməsi


Körpədə nəbzi təyin etmək üçün, braxial nəbzi əlləyin. Hər bir zərərçəkəndə nəbzin təyin edilib/edilməməsini ayırd etmək tibb işçilərinə çətin ola bilər, körpələrdə isə özəlliklə çətin ola bilər.
Əgər körpə reaksiya vermir və nəfəs almır ya boğulursa, və 10 saniyə ərzində siz nəbzi aydın təyin edə bilmirsinizsə, ÜAR-sını başlayın.

10 saniyə ərzində nəbzi aydın təyin edə bilməyib ürək massajı başlamanız çox vacibdir.

Braxial arteriyanın nəbzini təyin etmək üçün aşağıdakı addımlara riayət edin:


Addım

Fəaliyyət

1

2 ya 3 barmaginizı qolun yuxarı iç hissəsinə, körpənin dirsəyi ilə çiyni arasına, qoyun.


2

Şəhadət və orta barmaginizla qolun yuxarı iç hissəsini incə şəkildə basın. Nəbzi təyin etmək üçün azı 5, amma 10 saniyədən çox vaxt sərf etməyin (Şəkil 23).



Şəkil 23. Körpədə mərkəzi nəbzin palpasiyası; braxial arteriyanın tapılması.
____________________________________________


Yüklə 11,26 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin