Yüksək keyfiyyətli ÜAR-nın önəmliliyi
AÜA-nın ÜAR və TKY 2010 ilin təklifləri təkrar ÜAR-nın yüksək keyfiyyətli olmasına diqqəti cəlb edir:
kompressiyaların tezliyi ən azı dəqiqədə/100 olması (əvvəlki “təxminən” dəqiqədə/100-ün əvəzinə).
kompressiyaların dərinliyi böyüklərdə ən azı 5 sm, uşaqlarda və körpələrdə (1 yaşa qədər) kompressiyaların dərinliyi ən azı ön-arxa (anterio-posterior) diametrin 1/3 olmalıdır. Bu təqribən körpələrdə 4 sm, uşaqlarda 5 sm edir. Diqqət edin ki, əvvəllələr böyüklərdə tövsiyyə edilən 4sm-dən- 5 sm qədər çərçivə artıq istifadə olunmur, və uşaqlarla körpələrdə təklif olunan mütləq rəqəmlər əvvəlkindən daha dərindir.
yüksək keyfiyyətli ÜAR-nın çox önəmli sayılmağa davam edən komponenti hər kompressiyadan (ürək massajından) sonra döş qəfəsinin tam yerinə qayıtma imkanın verilməsi, kompressiyalarda məsafələrin mümkün qədər qısa olması, artlq havalandırmaya imkan verilməməsi.
AÜA-nın ÜAR və TKY 2010 ilin yenilənmiş təklifləri ÜAR-nın keyfiyyətini artırmaq yolunda ÜAR-nın yardımçı qrup şəraitində aparılmasının önəmli olduğunu nəzərə çarpdırır. Əsas Yaşam Dəstəyinə aid olan alqoritm tək xilasedici üçün işlənən yardım addımları idi.
ÜAR-nı qrup şəraitində aparılmasının vacibliyi ondadır ki, təcili tibbi yardım təşkilatlarının çoxunda xilasedici qrupun üzvləri eyni vaxtda bir neçə işi icra edə bilər. Məsələn, xilasedicinin biri təcili yardım sistemini aktivləşdirənə (zəng edənə) qədər, ikinci ürək massajını başlayır, üçüncü havalandırmanı təmin edir ya tənəffüsün təmini üçün torba-maskanı quraşdırır, dördüncü defibrillatoru istifadəyə hazırlayır.
___________________________________________________
Dostları ilə paylaş: |