Taxirəsalınmaz Yardımın Əsasları (TYƏ)
(Amerika Ürək Assosiasiyası - 2010)
ABŞ - Amerika Birləşmiş Ştatları
AXD - Avtomatik Xarici Defibrillator
AÜA -Amerika Ürək Assosiasiyası
ƏYD -Əsas Yaşam Dəstəyi
ÜAR- Ürək-Ağciyər Reanimasiyası
TKY- Təcili (Təxirəsalınmaz) Kardiovaskulyar Yardım
1-ci Hissə
Ümumi anlayışlar
GİRİŞ
Sizə Sağlığı Təmin Edənlərə aid Taxirəsalınmaz Yardımının Əsasları (TYƏ) kursunu təqdim edirik. Bu kursda əldə etdiyiniz bilik və bacarıqlarla siz həyat qurtara bilərsiniz. Zərərçəkənlərin yaşından asılı olmayaraq ürək-ağciyər reanimasiyasına (ÜAR) aid bacarıqları mənimsəyib xilasediçı qrup şəraitində ÜAR-sı təcrubəsi qazanacaqsınız. Avtomatik xarici defibrillatorun (AXD) istifadə qaydasını və kəskin tənəffüs çatmamazlığında (məsələn, nəfəs yollarının yad cismlə obstruksiyasında) yardım tədbirlərini öyrənəcəsiniz. Bu kursda əldə etdiyiniz bacarıqlarla siz ürəyin dayanması kimi təxirəsalınmaz vəziyyətləri düzgün qiymətləndirib müvafiq yardım göstərməyə qadir olacasınız.
Profilaktikasında mühüm irəliləməyə baxmayaraq, ürəyin dayanması dünyanın bir çox yerində, önəmli ictimai sağlıq problemi və ölümün aparıcı səbəbi kimi qalır. Ürəyin dayanması həm klinika şəraitində, həm də klinika xaricində rast gəlinir. ABŞ və Kanadada, ildə təqribən 350000 (onlardan təxminən yarısı klinika şəraitində) adamda ürəyin dayanması olur və onlara reanimasion tədbirlər təşəbbüsü edilir. Bu rəqəmə ürəyin dayanması halda reanimasion təşəbbüsü görməyən zərərçəkənlər daxil olmayıb; onlar da önəmli miqdar təşkil edir.
Dostları ilə paylaş: |