Addımlarının İcmalı Böyüklərdə ƏYD-nin aşağıdakı başlanğıc addımlarını edin:
Addım
Fəaliyyət
1
Zərərçəkəni cavab verə bilib/bilməməsinə və normal/qeyri-normal tənəffüsə görə dəyərləndirin. Zərərçəkən cavab vermir, nəfəs almır, ya boğulursa, köməyə çağırın.
2
Siz təksinizsə, təcili yardım sisteminə zəng edin, AXD ya defibrillatoru götürüb, zərərçəkənin yanına qayıdın.
3
Zərərçəkənn nəbzini təyin edin (buna ən azı 5, amma 10 saniyədən çox vaxt sərf etməyin)
4
10 saniyə ərzində nəbzin təyin edilməsinə əmin deyilsinizsə, 5 dövrə ürək massajı və tənəffüslər edin (30:2 nisbəti ilə), kompressiyalardan (massajdan) başlamaq şərti ilə (C-A-B ardıcıllığı)
1-ci addım: Qiymətləndirmə və
fəaliyyət yerinin təhlükəsizliyi Zərərçəkənin yanına çatan ilk xilasedici az vaxtda fəaliyyət yerinin təhlükəsizliyindən əmin olmalıdır. Sonra xilasedici zərərçəkənin cavab verib /verməməsini təyin etməlidir:
Addım
Fəaliyyət
1
Fəaliyyət yerinin sizin və zərərçəkən üçün təhlükəsizliyindən əmin olun. Siz özünüzü zərərçəkən etmək istəmirsiniz.
Zərərçəkənin nəfəs alıb/almamasını təyin edin. Zərərçəkən nəfəs almır, ya normal nəfəs ala bilmirsə (məsələn, boğulursa), siz təcili yardım sisteminə zəng etməlisiniz.