tərpədin Zərərçəkənin yalnız təhlükəli yerdə olması (məsələn, yanğın olan bina) onun ÜAR-sı zamanı yerindən tərpədilməsinə səbəb ola bilər. Başqa yer dəyişdirmə səbəbi o ola bilər ki, sizin zərərçəkənə bu yerdə edəcəyiniz ÜAR-sı effektsiz olacaq. Zərərçəkənin tapıldığı yerdə aparılan ÜAR-sı daha effektli olur və fasilələr daha qısa olur.
Baş Arxaya -Çənə Yuxarı Tənəffüsü təmin etmək üçün tənəffüs yollarının 2 açma üsulu var: başın arxaya çəkilib-çənənin qaldırılması və alt çənənin irəli çəkilməsi. İki xilasedici adətən alt çənəni irəli çəkib torba-maska üsulu ilə tənəffüs təmin edirlər. Bu mövzu “2 xilasedici ilə böyüklərdə ƏYD ÜAR-sının ardıcıllığı” seksiyasında müzakirə edilir. Alt çənənin irəli çəkilməsi boyunun və kürəyin hərəkətini azaltdığına görə, bu üsuldan yalnız baş ya boyunun zədələnməsinə şübhə hallarında istifadə edin. Alt çənənin irəli çəkilməsi tənəffüs yollarını açmadısa, başın arxaya çəkilib--çənənin qaldırılması manevrinə keçin.
Başın arxaya çəkilib -çənənin qaldırılmasını aşağıdakı addımlarla edin:
Addım
Fəaliyyət
1
Bir əlinizi zərərçəkənin alnına qoyub əlinizin içi ilə başı arxaya çəkin.