Verilən Nəfəs Maskadan istifadə edərkən, tək xilasedici zərərçəkənin böyüründə durur. Tək başına ÜAR- sı aparan xilasedici üçün bu pozisiya ən idealdır, çünki həm nəfəs verib, həm də ürək massajı etmək olur. Tək xilasedici maskanı zərərçəkənin üzünün üstündə tutub, başı arxaya çəkib -çənənin qaldırılması üsulu ilə tənəffüs yolunu açır.
Zərərçəkənə nəfəs vermək üçün tənəffüs yolunun açılmasında başın arxaya çəkilib-çənənin qaldırılması və maskanın istifadəsində aşaqıdakı addımlara riayət edin:
Addım
Fəaliyyət
1
Zərərçəkənin böyüründə durun.
2
Maskanı zərərçəkənin üzünə qoyun, düzgün yerləşdirmə üçün burnun üst hissəsi ilə uyğunlaşdırın.
3
Maskanı üzə taxın:
Zərərçəkənin başına yaxın olan əlinizin baş barmaqla şəhadət barmağını maskanın kənarlarına qoyun
İİkinci əlin baş barmağını maskanın aşağıdakı kənarına yerləşdirin.
4
İkinci əlin yerdə qalan barmaqlarını çənə bucaqına qoyub çənəni qaldırın. Tənəffüs yolunu açmaq üçün başı arxaya çəkib-çənəni qaldırın (Şəkil 10).
5
Çənəni qaldırarkən, maskanı üzdə bərkitmək üçün maskanın xarici kənarlarını üzə möhkəm taxın.
6
Zərərçəkənin döş qəfəsinin qalxması üçün hava ilə
1 saniyədən çox təmin edin.
Şəkil 10. Ağızdan- maskaya verilən nəfəs, 1 xilasedici.
Tək xilasedici üçün uyğun olan pozisiya- zərərçəkənin böyüründə durub ÜAR-sının icra edilməsi. Maskanı üzün üstündə tutaraq, tənəffüs yollarını açmaq üçün başı arxaya çəkib -çənəni qaldırın.