Taxirəsalınmaz Yardımın Əsasları (TYƏ) (Amerika Ürək Assosiasiyası 2010)


Xilasedici Torba-Maskası İstifadə Edir



Yüklə 11,26 Mb.
səhifə35/98
tarix10.01.2022
ölçüsü11,26 Mb.
#107813
1   ...   31   32   33   34   35   36   37   38   ...   98
2 Xilasedici Torba-Maskası İstifadə Edir
3 ya daha çox xilasedici mövcuddursa, 2 nəfər daha keyfiyyətli torba-maska ventilyasiyası verə bilər, nəinki 1 nəfər. 2 nəfər torba-maska cihazını istifadə edəndə, biri başın arxaya çəkilib-çənənin qaldırılması

(ya alt çənənin irəli çəkilməsi) üsulu ilə tənəffüs yolunu açıb maskanı üzdə tutur, eyni zamanda digər xilasedici kisəni sıxır (Şəkil 13). Bütün ixtisaslaşmış xilasedicilər torba-maska ventilyasiya texnikasını həm təklikdə, həm də 2- xilasedici şəraitində, öyrənməlidirlər. Təlim kursu imkan verirsə, həm torba-maska, həm də ağızdan-maskaya aparılan havalandırma üsulu ilə təcrübə əldə edin.






Şəkil 13. 2 nəfər kisə-maska ventilyasiyası verir. Zərərçəkənin başında duran xilasedici zərərçəkənin başını arxaya doğru çəkib, hər əlin baş və şəhadət barmağının köməyi ilə “C” forması qurub, maskanı zərərçəkənin üzündə möhkəm bərkidir. Digər 3 barmaqla (“E” forması) çənəni qaldırır (bu manevr tənəffüs yollarını açır) və zərərçəkənin üzünü yuxarı, maskaya qarşı tutur. İkinci xilasedici asta-asta (1 saniyədən çox), döş qəfəsi qalxana qədər, kisəni sıxır. Hər iki xilasedici döş qəfəsinin qalxmasını izləməli.
______________________________________________


Yüklə 11,26 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin