Nəfəs üçün Tənəffüs Yollarının açılması: alt çənənin irəli çəkilməsi Zərərçəkəndə baş ya boyun zədələnməsi var, ya siz onurğa sütununun zədələnməsindən şübhələnirsinizsə, 2 xilasedici tənəffüs yolunu açmaq üçün başqa yoldan istifadə edə bilər: alt çənənin irəli çəkilməsi (Şəkil 14). İki nəfər boyunu tutub tərpənməyə qoymur, torba-maska ventilyasiyası verərək alt çənəni irəli çəkir. Alt çənənin irəli çəkilməsi tənəffüs yolunu açmadısa, başın arxaya çəkilib-çənənin qaldırılması üsulundan istifadə edin.
Şəkil 14. Başı arxaya doğru çəkmədən alt çənənin irəli çəkilməsi. Çənə başı arxaya doğru çəkilmədən qaldırılır. Zərərçəkəndə onurğa sütununun zədələnməsinə şübhə olan hallarda tənəffüs yolu üçün seçim üsuldur.
Alt çənənin irəli çəkilməsində aşağıdakı addımlara riayət edin:
Addım
Fəaliyyət
1
Əllərinizi hər iki tərəfdən zərərçəkənin başına qoyun, dirsəkləriniz zərərçəkən uzanan səthin üstündə qalsın.
2
Barmaqlarınızı alt çənənin bucaqlarının altına keçirdib çənəni iki əllə irəli çəkərək qaldırın (Şəkil 14).
3
Dodaqlar bağlıdırsa, onları açmaq üçün aşağı dodağı baş barmağınızla basın.