Son kompressiya (ürək massajı) və cərəyanın ötürülməsi arasında zamanın qısaldılmasının önəmliliyi Cərəyanın ötürülməsindən əvvəl və sonra edilən minlərlə ritm lentlərinin analizi göstərmiş ki, əgər xilasedənlər son kompressiya ilə cərəyanın arasındakı vaxtı 10 saniyə ya daha az qısalda biliblərsə, cərəyan daha effektli olur (məsələn, mədəciklərin fibrillyasiyasını aradan qaldırıb nəticədə spontan qan dövranına qayıtma).
Son kompressiya ilə cərəyanın arasındakı əlavə keçən hər 10 saniyə cərəyanın ötürülmə effektivliyini önəmli dərəcədə azaldır. Bu intervalın qısaldılması təcrübə və xilasedici qrupun əla koordinasiyasını tələb edir, özəlliklə ürək massajı edənlə defibrillatoru işlədən xilasedici arasında.