6
|
Zərərçəkəni “təmizləyin” və ritmi Analiz edin (Şəkil 18).
AXD sizə işarə verirsə, analiz zamanı zərərçəkəni təmizləyin. Zərərçəkənə kimsənin toxunmadığına, hətta nəfəs verən başqa xilasedici belə, tam əmin olun.
AXD-lərin bəziləri AXD ürək ritminin analizini başlanması üçün sizə düymənin basılmasını deyəcək; digərləri bunu avtomatik olaraq edəcək. AXD-nın analiz etməsi 5-15 saniyə çəkə bilər.
Cərəyana ehtiyac olan hallarda AXD sizi xəbərdar edəcək.
|
7
|
AXD sizə cərəyanın edilməsini məsləhət görürsə, o sizə zərərçəkənin təmizlənməsini deyəcək.
Cərəyanın ötürülməsindən əvvəl zərərçəkəni təmizləyin (Şəkil 20A): zərərçəkənə kimsənin toxunmadığına tam əmin olun.
Bərkdən “zərərçəkəni təmizləyin” xəbər verin, “Hər kəs təmizdir” ya sadəcə “Təmiz”, kimi.
zərərçəkənlə kimsə təmasda (kontaktda) olmadığına əmin olmaq üçün baxın.
“Cərəyan” düyməsini basın (Şəkil 20B):
Cərəyan zərərçəkənin əzələlərinin birdən-birə yığılmasını əmələ gətirəcək.
|
8
|
Əgər cərəyana ehtiyac yoxsa, və hər hansı bir cərəyanın ötürülməsindən sonra, təcili sürətdə, ilk növbədə ürək massajından, ÜAR-nı başlayın(Şəkil 21).
|
9
|
ÜAR-nın 5 dövrəsindən, ya təxminən 2 dəqiqədən sonra, AXD sizə 6-cı və 7-ci addımların təkrarlanmasını işarə edəcək.
Əgər “Cərəyan lazım deyil” məsləhəti verilirsə, təcili, ilk növbədə ürək massajından, ÜAR-nı yenidən başlayın.
|
Şəkil 16. İkinci xilasedici AXD –ru zərərçəkənin yanına qoyur.
Şəkil 17. AXD-ru idarə edən xilasedici AXD-ru işə salır.
Şəkil 18. Xilasedicilər AXD yastıqcıqlarını zərərçəkənə bərkidib sonra elektrodları AXD-ra qoşurlar
Şəkil 19. AXD-ru idarə edən xilasedici ürək ritminin analizindən əvvəl
zərərçəkəni təmizləyir. Ehtiyac varsa, AXD-ru idarə edən
xilasedici sonra AXD-n ANALİZ işarəsini aktivləndirir.
Dostları ilə paylaş: |