Taxirəsalınmaz Yardımın Əsasları (TYƏ) (Amerika Ürək Assosiasiyası 2010)



Yüklə 11,26 Mb.
səhifə55/98
tarix10.01.2022
ölçüsü11,26 Mb.
#107813
1   ...   51   52   53   54   55   56   57   58   ...   98
Baçlıca Faktlar

Kompressiyaların Dərinliyi,

Böyüklərdə və Uşaqlarda

Kompressiyaların tövsiyə edilən dərinliyi:

●Böyüklərdə: ƏN AZI 5 sm

●Uşaqlarda: döş qəfəsinin ön-arxa dərinliyinin azı üçdə biri ya

TƏXMİNƏN 5 sm

______________________________________________


Tək Xilasedici üçün Uşaqlarda Əsas Yaşam Dəstəyi (ƏYD)

Ardıcıllığı

Tək xilasedici uşaqda aşağıdakı ƏYD ardıcıllığına riayət etməlidir:




1

Uşağı cavab verib-verməməsinə və uşağın nəfəsini yoxlayın. Əgər uşaq cavab vermir və nəfəs almır ya boğulursa, kimsəni köməyə çağırın.


2

Kimsə köməyə gəldisə, onu təcili yardım sisteminə zəng etməyə və AXD gətirməyə göndərin.
Qeyd: Uşaq qəfildən kollapsa düşüb və siz təksinizsə, uşağı qoyub təcili yardım sisteminə zəng edin və AXD əldə edib, uşağın yanına qayıdın.


3

Uşağın nəbzini yoxlayın (buna azı 5, amma 10 saniyədən çox vaxt sərf etməyin). Uşaqda karotid ya femoral nəbzi təyin etməyə çalışa bilərsiniz.


4

Əgər10 saniyə ərzində siz nəbzi aydın təyin edə bilmirsinizsə, və əgər, adekvat oksigenləşmə və havalandırmaya ramən, ürəyin vurğu sayı, perfuziyanın pis əlamətləri ilə, dəqiqədə 60/dan az qalırsa, onda 30:2 nisbəti ilə, ürək massajından başlamaqla, kompressiya və nəfəs dövrələrini icra edin.


5

5 dövrədən sonra, kimsə hələ etməyibsə, təcili yardıma zəng edin və AXD əldə edin. AXD-ru mümkün qədər tez istifadə edin.

______________________________________________

Femoral arteriyası nəbzinin tapılması
Uşaqda nəbzi yoxlamaq üçün, karotid ya femoral nəbzi əlləyin. Əgər 10 saniyədən çox vaxt ərzində nəbzi aydın təyin etməyibsinizsə, ürək massajına başlayın.
Femoral arteriyanın nəbzini təyin etmək üçün aşağıdakı addımlara riayət edin:


Addım

Fəaliyyət

1

2 barmaginizı budun içəri hissəsinə, qalça və qasıq sümükləri arasındakı məsafənin ortasina və bud-çanag büküşünün həmən aşağısına qoyun.


2

Nəbzi təyin etmək üçün azı 5, amma 10 saniyədən çox vaxt sərf etməyin. Əgər nəbzi dəqiq hiss etmirsinizsə, ilk növbədə ürək massajından (C-A-B ardıcıllığı ilə), ÜAR-sını başlayın.




Yüklə 11,26 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin