2 barmaginizı körpənin döş qəfəsinin mərkəzinə, həmən məməcik xəttdən aşağı qoyun. Döş sümüyünün alt hissəsinə təzyiq etməyin (Şəkil 24).
3
Möhkəm və tez-tez basın. Ürək massajını etmək üçün, körpənin döş sümüyünü azı döş qəfəsinin üçdə bir dərinliyinə qədər basın (təxminən 4 sm). Massajı hamar qaydada, dəqiqədə azı 100/dəq. sürəti ilə edin.
4
Hər kompressiyadan sonra döş qəfəsinin tam yerinə qayıtmasından (yenidən genişlənməsindən) əmin olun. Döş qəfəsinin tam yerinə qayıtması (yenidən genişlənməsi) ürəyə qanın axıb daxil olmasına imkan verir, və kompressiyalar zamanı qan dövranının yaranması üçün vacibdir. Döş qəfəsinin tam yerinə qayıtmaması kompressiyaların yaratdığı qan dövranını azaldacaq. Döş qəfəsi kompressiyaları və döş qəfəsinin tam yerinə qayıtması/relaksasiyası zamanı təqribən bərabər olmalıdır.
5
Kompressiyalararası fasilələri (məsafələri) mümkün qədər qısaldın.
Şəkil 24. Körpədə 2- barmaq texnikası ilə ürək massajı.