Təlimin
məqsədi
Bu bölümün sonunda siz ağızdan- ağıza nəfəs verməsini göstərməyə qadir olacasınız.
_____________________________________________
Böyüklərdə Ağızdan- ağıza tənəffüs
Ağızdan- ağıza tənəffüs zərərçəkəni oksigenlə tez və effektiv təmin etmə yoludur. Xilasedicinin verdiyi nəfəsin tərkibində təxminən 17% oksigen və 4% karbon dioksidi var. Oksigenin bu miqdarı zərərçəkənin ehtiyacını qarşılamağa kifayətdir.
Zərərçəkənə ağızdan- ağıza tənəffüs vermək üçün bu addımlara riayət edin:
Addım
|
Fəaliyyət
|
1
|
Zərərçəkənin tənəffüs yolunu başı arxaya çəkib-çənəni qaldırma üsulu ilə açıq saxlayın
|
2
|
Baş barmaq və şəhadət barmaqla burnunu sıxın, dəliklər bağlansın (alındakı əlin köməyi ilə).
|
3
|
Adi (dərin yox) nəfəs alın və dodaqlarınızı zərərçəkənin ağızı ətrafına sıx yapışdırın ki, hermetik izolyasiya olunsun.
|
4
|
1 nəfəs verin (1 saniyəyə qədər üfürün). Nəfəsi verincə döş qəfəsinin qalxmasını izləyin.
|
5
|
Əgər döş qəfəsi qalxmırsa, başın arxaya çəkilməsi-çənənin qaldırılmasını təkrarlayın.
|
6
|
İkinci nəfəsi verin (1 saniyəyə qədər üfürün). Döş qəfəsinin qalxmasını izləyin.
|
7
|
2 təşəbbüsdən sonra zərərçəkəni havalandırmaq alınmadısa, tez ürək massajına qayıdın.
|
Dostları ilə paylaş: |