TəBİİ VƏ SÜNİ ƏKİn sahəLƏRİNDƏn göTÜRÜLMÜŞ Şabalidyarpaq palidin oduncaq halqa nümunəLƏRİNİn radial artim xüsusiYYƏTLƏRİ Seyfullayev F. S



Yüklə 212,41 Kb.
səhifə3/5
tarix10.01.2022
ölçüsü212,41 Kb.
#108637
1   2   3   4   5
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Ölçülmüş halqa qalınlıqlarının qrafik şəklində təsviri verilmişdir (Şəkil 2). Yaşla bağlı azalma tendensiyalarını müşahidə etmək mümkündür. Bu tip qrafiklərin köməyi ilə həmçinin iqlim təsirlərini, ağacın yetişdiyi mühitdə ona təsir göstərən digər amillər haqqında ümumi fikir yürütmək mümkündür.

a) b)


Şəkil 2.Ölçülmüş halqa qalınlıqlarının illər üzrə dəyişmə qrafiki.

Xaçmaz (a) və Lənkəran (b) rayonları.


Real halqa qalınlıqları kəmiyyətlərinə əyrixətli reqresiv model tətbiq olunduqdan sonra standart xronologiya alınmışdır. Bundan sonra avtoreqresiv model tətbiq olunmaqla illik halqa indeksləri əldə olunmuş, nəticədə hər iki sahə üçün əsas xronologiya yaradılmışdır (Şəkil 3). Bütün əməliyyatlar ARSTAN proqramının köməyi ilə aparılmışdır.

Şəkil 3.İllik halqa xronologiyalarının müqayisəsi

Bizim nümunələrdə hər iki sahədə GLK əmsalı fərqli nəticələr vermişdir. Bu əsasən göstərilən ağacların fərqli yetişmə mühitlərinə sahib olmaları ilə əlaqədardır. Beləki, Lənkəran zonasından gütürülən nümunələr üçün GLK əmsalı 75-85% aralığında dəyişdiyi halda, Xaçmaz zonasından götürülən nümunələr üçün bu göstərici 40-60 % arasında dəyişmişdir. Ümumilikdə bu çox aşağı göstərici sayılır və artıma birbaşa təsir göstərən limitləndirici amilin olmadığının işarəsidir.

Lənkəran zonasından gütürülən nümunələr üçün EPS kəmiyyəti də 80-85% arasında dəyişir. Bu da onu göstəir ki, bu ərazidə artıma eyni limitləndirici iqlim amili təsir göstərir. Xaçmaz zonasından götürülən nümunələrdə də bu göstərici çox aşağıdır.

Bütün sadalanan statistik göstəricilərə əsasən iki fərqli yetişmə mühiti arasında fərqlər aydın görünür. Palıdın təbii yayıldığı Lənkəran zonasında iqlim amili limitləndirici təsirə malik olduğu halda, Xaçmaz zonasında iqlim amillərinin artıma limitləndirici təsiri müəyyən olunmamışdır. Bunu da əsasən Xaçmaz zonasında qrunt sularının səthə yaxın olması ilə əlaqələndirmək olar.

Eyni zamanda onların radial artım xüsusiyyətlərinə diqqət etsək oların yetişmə xarakterinə uyğundur. Yəni süni əkilərdə artımda ilkin olaraq yüksəlmə müşahidə olunur, ondan sonra kəskin azalma və yenidən artım davam edir. Amma təbii yayıldığı ərazidə isə artım yüksəkdən aşağı doğru tədricən azalır.



Yüklə 212,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin