TəDQİQİn predmeti


QANIN (YEYİLMƏSİNİN) HARAM OLMASI



Yüklə 1,65 Mb.
səhifə15/22
tarix27.07.2020
ölçüsü1,65 Mb.
#102729
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

6. QANIN (YEYİLMƏSİNİN) HARAM OLMASI


Allah-taala Quranda buyurur:

إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ

O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini ...(yeməyi) qəti haram etmişdir”1.


Qanın yeyilməsinin haram olması Quranda dörd surədə müxtəlif ibarələrlə öz əksini tapmışdır. Üç surədə (Nəhl, Bəqərə və Maidə) tam oxşar ibarələrlə verilmişdir. Ənam surəsində isə oxuyuruq:

إِلاَّ أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُ رِجْسٌ قُل لاَّ أَجِدُ فِي مَا أُوْحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَى طَاعِمٍ يَطْعَمُهُ

(Ya Rəsulum!) De: "Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”2.

Ayədə “دمامسحوفا(axar qan) ifadəsi qeyd olunmuşdur. Bu, qanın kapillyarlarda qalan hissəsini istisna edir. “فانه رجسibarəsindəki “هəvəzliyi üçüncü şəxsin təkinə məxsus olmasına baxmayaraq, hər üçünə (yəni yalnız donuza deyil, ölü heyvan və qana da) aid olur. Bir çox təfsirçilərə görə bu ayənin ilkin mənasına uyğundur. Belə ki, ayədən hər üçünün natəmiz, insan təbiətinə zidd olduğu anlaşılır.

Nəhl və Ən`am surələri Məkkədə, Bəqərə və Maidə surələri isə Mədinədə nazil olmuşdur. Qanın haram olduğunu bildirən ayələrin dəfələrlə təkrar olunması onun insan orqanizmi üçün təhlükəli olduğunu və cahillik dönəmində qanın yeyilməsinin geniş yayıldığını göstərir1.

QISA TARİX


Qanın yeyilməsi dünya xalqları arasında çox qədim tarixə malikdir. Belə ki, bəzi antik qaynaqlarda ləzzətbəxş qida məhsulu kimi göstərilir. Qədimdə Şimali Amerikada qanla qidalanırmışar2. Cahillik dönəmində də insanlar qanla qidalanır və onu rəsmi qida məhsulu kimi qiymətləndirirdilər3.

Yəhudilikdə də qandan qida məhsulu kimi yararlanmaq haram edilmişdir.

HÖKMLƏR


İslam şəriətində qanla bağlı bir neçə hökm mövcuddur.

Birinci: Qan qadağan edilmiş qida məhsulları sırasındandır. Onu yemək (içmək) haramdır və günah hesab olunur.

İkinci: İnsan və atıcı qanı olan hər bir heyvanın qanı murdardır.

Üçüncü: Tam murdarların alqı-satqısı yalnız onlardan faydalı istifadə mümkün olduğu zaman icazəlidir. Qan tam murdardır; lakin buna baxmayaraq alqı-satqısı icazəlidir. Çünki ondan halal, faydalı və ağıla müvafiq istifadə (xəstələrə, yaralılara qan köçürülməsi və s.) mümkündür.

ELMİ SİRLƏR


Qanın haram və murdar olması haqqında tibb elmləri mütəxəssisləri tərəfindən müxtəlif ehtimallar irəli sürülmüşdür. Mövzu ilə bağlı çoxsaylı rəvayətlər də nəql olunmuşdur.

1. Rəvayətlər.

Bir kişi İmam Sadiqdən (ə) soruşdu: Nə üçün Allah-taala qanı yeməyi haram etmişdir? İmam (ə) buyurdu: “Çünki qan yemək qəlbi daşlaşdırır, sevgini, mərhəməti aradan aparır. Qan yemək bədəndə pis iy yaradır, rəngini dəyişir”1.

Digər rəvayətdə oxuyuruq: “Qan yeyənlər öz valideynlərini, övladlarını öldürə biləcək dərəcədə daşürəkli olurlar”1.

2. Doktor Əbd əl-Həmid və başqaları yazırlar:

Qan insan üçün faydalı qida məhsulu deyil. Çünki plazma tərkibindəki zülallar (albumin, qlobulin, fibrinogen) olduqca azdır (təqr. 6-8 mq). Qanın tərkibi gec həzm olur və ya bağırsağa böyük çətinliklə sovrulur.

Qanın əsas vəzifələrindən biri maddələr mübadiləsinin lazımsız (aralıq və son) məhsullarını (sidik cövhəri, sidik turşusu, kreatin və kreatinin, purin əsasları və s.) toxumalardan çıxarmaqdır. Qan yedikdə həmin lazımsız maddələr insan orqanizminə daxil olur. Qan mikrobların inkişafı üçün əlverişli vasitədir. Mikroblar kəsici alətlər, əllər, hava, milçək və qan tökülən qab vasitəsilə yayılır. Xüsusilə xəstəliyə yoluxmuş heyvanın qanı daha təhlükəlidir (yoluxucu xəstəliklər xüsusi qeyd olunmalıdır).

Qan yedikdə zülalların (protein) parçalanması nəticəsində sidik cövhərinin miqdarı artır və insanın komaya düşməsi ehtimalı çoxalır.

Bəzilərinin fikrincə qan, tərkibində dəmir olduğu üçün yeyilməsi faydalıdır. Lakin bu yanlış fikirdir. Çünki qanın tərkibində olan dəmir üzvi dəmirdir və qeyri-üzvi dəmirə nisbətdə çox böyük çətinliklə həzm olunur.

Şəriətə görə halal heyvanların qaraciyər və dalağını yemək icazəlidir2. Çünki insan orqanizminə lazımi dəmir ötürə bilər. Tibbi baxımdan da bu iki hissənin yeyilməsi maneəsizdir. Elmdə sübut olunmuşdur ki, bu iki üzv bir çox qida maddələri ehtiva etdiyindən olduqca faydalıdır (xüsusi qlikogen, protein və vitaminlər).

Bütün bunlar tibb elmlərinin şəriət hökmlərini tam təsdiq etdiyini aşkara çıxarır”1.

3. Doktor Paknijad yazır:

Qan yeməyin cisimdən çox ruha ziyanı var. Çobanlar daim itlərinin quduzlaşması, şiddət göstərməsi üçün ona qan içirdirlər”2.

Bəzi təfsirçilər yazırlar:

Bu gün artıq elm sübut etmişdir ki, qida məhsulları vəzilərə (endokrin, yaxud sekresiya vəzilərinə) təsir göstərir, nəticədə hormonlar (inkretlər) hasil olur və bu özünü insanın davranışında göstərir”3.
YEKUN

Burada bir neçə məqama diqqət yetirməyi zəruri hesab edirik.

1. İlahi dinlərin vəhyə dayanaraq xəstəliklərin qaynağı olan bu hökmü verməsi fəxr ediləsi bir faktdır. İlahi dinlərin qan yeməyi insanaməxsus qida məhsulları cərgəsindən çıxarması peyğəmbərlərin bəşər sivilizasiyasına göstərdiyi ən böyük xidmətlərdəndir.

2. Qan yeməyin haram olması ilahi peyğəmbərlərin (ə) möcüzələri sırasındadır.

3. Qan yeməyin haram olmasının səbəbi kimi göstərilən gigiyenik fəsadlar həmin səbəblərin yalnız bir hissəsidir.

4. Qanla bağlı bir çox məsələlər qaranlıq olaraq qalır və gələcək tədqiqatlar üçün gözəl mövzudur. Misal üçün, axar qanın (دماء مسحوفا
) haram və murdar, orqanizmdə qalan qanın isə pak olmasının səbəbləri, qan yeməyin psixi təsirləri (daşürəklilik və s.) aydın deyil. Sırf ehtimal və ya çobanların itləri quduzlaşdırma metodu elmi əsas ola bilməz.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin