TəDQİQİn predmeti


DONUZ ƏTİNİN (YEYİLMƏSİNİN) QADAĞAN OLUNMASI



Yüklə 1,65 Mb.
səhifə14/22
tarix27.07.2020
ölçüsü1,65 Mb.
#102729
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

5. DONUZ ƏTİNİN (YEYİLMƏSİNİN) QADAĞAN OLUNMASI


Donuz, cütdırnaqlılar dəstəsindən gövşəməyən məməli heyvan fəsiləsidir. Ət və südündən məişətdə istifadə olunur. İslama görə qadağan olunmuş heyvanlar sırasındadır. Allah Quranda buyurur:

إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ

O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini ...(yeməyi) qəti haram etmişdir”1.


Qan və leş haqqında olduğu kimi burada da eyni məzmunlu ayə dörd dəfə təkrar olunmuşdur (İki dəfə Məkkədə, iki dəfə Mədinədə).

Quranın bu məsələ haqqında xüsusi təkidlə çıxış etməsi nə qədər əhəmiyyət daşıdığını göstərir. Donuz ətinin orqanizmə və ruha vurduğu bənzərsiz ziyanlara baxmayaraq, bir çox dünya ölkələrində hələ də rəsmi qida məhsulu kimi istifadə olunur.

QISA TARİX


Donuz ətindən qida məhsulu kimi istifadə olunması neçə min il tarixə malikdir. Onun həzrət Musa (ə) şəriətində haram olunması dövrün yəhudiləri tərəfindən adi ərzaq məhsulu kimi istifadə olunduğundan xəbər verir. İncildə isə günahkarlar donuza bənzədilir və nəql olunan hadisələrdə donuz şeytan simvolu kimi verilir. İlahi dinlərin bu qədər təkid etməsinə (və bu növ qida məhsulunun törədə biləcəyi fəsadların aşkar olduğuna) baxmayaraq, hələ də bir çox ölkələrdə geniş yayılmışdır.

HÖKMLƏR


İslam şəriətində donuz haqqında bir neçə hökm mövcuddur:

Birinci: Donuz əti yemək haram və günahdır.

İkinci: Donuz südü içmək haramdır.

Üçüncü: Quruda yaşayan donuz heç bir şəraitdə pak olmayacaq murdardır (napak).

Dördüncü: Əgər donuz, qabdan maye halında olan bir şey içsə və ya qabı yalasa, həmin qab yeddi dəfə suya çəkilməlidir (yuyulmalıdır).

Beşinici: Donuz alqı-satqısı icazəli deyil (tam murdar olduğu üçün).

ELMİ SİRLƏR


Donuz ətinin haram və murdar olması haqqında iki baxımdan danışmaq olar.

Birinci: Psixi, mənəvi və əxlaqi təsirləri. Bəzi təfsirçilər yazırlar:

Donuz, hətta Avropada belə qeyrətsizlik simvolu və çirkin heyvandır. O, cinsi münasibətlərə laqeyiddir. Donuz ətinin bu laqeyidliyi onu yeyən insana da təsir qoyur”1.

İkinci: Gigiyenik səbəblər.

Donuz ətinin törətdiyi xəstəliklər iki yerə bölünür:

a) Törədici səbəblərindən biri donuz əti olan xəstəliklər;

1. Dizenteriya (qanlı ishal)2.

2. Tarenximatoz sarılıq3.

3. Amyöblü dizenteriya (Amyöbiaz)4.

4. Ergpeloid

5. Donuz ətinin tərkibində yağlılıq və sidik turşusu çox olduğundan bir çox xəstəliklərə yoluxmada mühüm rol oynayır. Belə xəstəliklərdən ateroskleroz (ürək-damar sistemində bərkimə xəstəliyi), oynaq ağrıları, zəhərlənmə və s.-nin adını çəkmək olar.

6. Donuz natəmiz və çirkli şeyləri, hətta öz nəcisini belə yeməkdən çəkinmir. Elə buna görə də onun mədəsi müxtəlif xəstəlik törədici mikrobların yuvasına çevrilir, oradan da onun ətinə, qanına və südünə keçir.

b) Yalnız donuz ətinin törətdiyi xəstəliklər.

1. Soliterlər (lentşəkilli qurdlar dəstəsi). Taenia solium növü insanın mədə-bağırsağında parazitlik edir. Uzunluğu 2-3 m, bəzən 8 m-ə çatır. İnsanlar yaxşı bişirilməmiş və ya qızardılmamış donuz əti yedikdə yoluxurlar1.

2. Trixin (trixinella) Trichinellidae fəsiləsindən parazit, həlqəvi qurd. Uzunluğu 3-5 mm-dir. Bişirilməmiş və ya yaxşı bişirilməmiş donuz əti yedikdə insan bədəninə daxil olur. Trixin qurdu insanda trixinellyoz (nematodozlar qrupuna daxildir) xəstəliyi törədir. 10-25 gündən sonra tempraturla keçən titrəmə, göz qapaqlarında və üzdə ödem, əzələlərdə ağrı, dəridə səpki, bağırsaq pozğunluğu və başağrısı olur. Bəzən xəstəlik ağır keçir və ölümlə nəticələnir.

Trixin qurdu mədəyə daxil olduqdan sonra heç bir antibakteriya onu məhv etməyə qadir deyil. Bir ayda 15 min bala çıxarır. 1 kq donuz ətində 400 min trixin toxumu ola bilər. Sözügedən qurdlar hətta ət ən yüksək tempraturda bişirildikdə belə məhv olmurlar2.

3. Donuz əti ağır həzm edilir və nəticədə mədə zədələnir. Donuz əti mədədə özünəməxsus zəhərlənmə əmələ gətirir3.
YEKUN

Burada bir neçə məqama diqqət yetirmək zəruridir.

1. İlahi dinlərin insanlara töhfələrindən biri də psixi və cismani xəstəliklərə qarşı profilaktik tədbirlərdir. Donuz ətinin haram və murdar edilməsi ilahi dinlərin möcüzələrindən biridir. Çünki bu hökm verildiyi zaman hələ bəşər donuz ətinin gigiyenik fəsadlarından xəbərsiz idi.

2. Donuz ətinin haram olması Qurana məxsus elmi ecazkarlıq nümunəsi deyil. Bu, Qurandan öncə digər səmavi kitablarda da mövcud olduğu üçün ilahi peyğəmbərlərin möcüzələrindən hesab olunur.

3. Öncə də qeyd olunduğu kimi donuz ətinin haram olmasının səbəbləri qeyd olunan gigiyenik səbəblərlə bitmir. Quranda bu hökmün səbəbi açıqlanmadığı üçün konkret olaraq bu və ya digər səbəbin üzərində dayanmaq doğru deyil.

4. Donuz ətinin haram olmasının səbəbi kimi göstərilən gigiyenik fəsadlara irad oluna bilər. Çünki bir çox hallarda (donuz əti müxtəlif sanitar üsullarla qaynadıldıqda və s.) sözügedən xəstəlik törədici bakteriyalar məhv edilir və bu zaman məlum hökm üçün bir səbəb qalmır. Lakin trixinlərin heç bir şəraitdə məhv olunmadığı isbat olunarsa, artıq bu irada da yer qalmaz.

5. Donuz ətinin insana psixi təsirlər (qeyrətsizlik və s.) göstərməsi hələ elmi qaynaqlar tərəfindən təsdiqlənməmiş güclü ehtimaldır. (Çünki dəqiq təcrübi yollarla isbat olunmamışdır).

Qeyd: Bütün bunlar göstərir ki, qeyd olunan əxlaqi və gigiyenik fəsadlar məlum hökmün tam səbəbi deyil. Yeni elmi kəşflər hələ çox şeylər aşkara çıxaraq.


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin