TəDQİQİn predmeti


DÖRDÜNCÜ FƏSİL QURAN VƏ BİOLOJİ ELMLƏR



Yüklə 1,43 Mb.
səhifə9/22
tarix09.06.2018
ölçüsü1,43 Mb.
#53128
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

DÖRDÜNCÜ FƏSİL

QURAN VƏ BİOLOJİ ELMLƏR

YERDƏ HƏYATIN MEYDANA GƏLMƏSİ VƏ İNKİŞAFI

(ÜZVİ ALƏMİN İNKİŞAFI)


Yerdə həyatın necə meydana gəlməsi daim bəşər övladını düşündürmüşdür. Bu haqda bir çox alimlər, ekspertlər rəy vermiş, fikir söyləmişlər. Quran da bu məsələdən yan keçməmiş, bəzi məsələlərə aydınlıq gətirmişdir. Bu, son qəti elmi nailiyyətlərlə üst-üstə düşdüyündən Quranın elmi möcüzəsi hesab olunur. Burada mövzu ilə bağlı ayələri və təfsirçilərin baxışlarını incələcəyik.

ELMİ SİRLƏR VƏ ŞƏRH


1. Ayətullah Məkarim Şirazi Ənbiya surəsinin 30 (وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ) və Nur surəsinin 45-ci (وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِن مَّاءٍ) ayələri haqqında üç ehtimal irəli sürür:

a) Ayədə “ماء[ma`] ifadəsindən məqsəd nütfədir (spermatozoid və toxum mayesindən ibarət sperma)1. Bu ehtimal bir çox rəvayətlərdə də təsdiqlənir.

b) Ayədə məqsəd yaradılan ilk varlıqdır. Çünki rəvayətlərə görə Allah ilk olaraq suyu yaratdı. İnsanları da sonradan sudan yaratdı. Son elmi araşdırmalar da göstərir ki, ilk həyat nişanələri suda (dənizlərdə) meydana gəlmişdir.

c) Ayədə məqsəd budur ki, hal-hazırda canlı varlıqları ayaqda saxlayan başlıca maddə sudur. Su olmadan heç bir canlı varlıq həyat sürə bilməz1.

O, Hud surəsinin 7-ci ayəsini (وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ) izah edərkən Ənbiya surəsinin 30-cu ayəsi haqqında dördüncü ehtimalı qeyd edərək yazır:

عرش[ərş] sözü kök etibarı ilə tavan və ya tavanlı bir şey haqqında işlənir. “عرش [ərş] sözünün digər mənası isə padşah taxtıdır. Sonradan iqtidar (qüdrət) mənasını kəsb etmişdir.

ماء[ma`] sözünün ilkin mənası sudur; lakin sonradan hər bir axıcı, maye haqqında işlənməyə başlanmışdır.

Yaradılış öncəsi obyektiv gerçəklik ərimiş vəziyyətdə (maye halında) idi. Deməli, varlıq aləmi öncə maye halında olmuşdur. Buna Ənbiya surəsinin 30-cu ayəsində də işarə vurulmuşdur”2.

2. Əllamə Təbatəbai Hud surəsinin 7-ci ayəsini izah edərkən yazır:

Gördüyümüz bütün canlı varlıqlar sudan yaranmışdır. İlkin həyat maddəsi sudur. Ayədə də məqsəd Allahın iqtidarının (yaradılış zamanı) suya hakim olmasıdır”3.

3. Ayətullah Mərifət yaradılışla bağlı bir neçə rəvayət nəql edərək yazır:

Şəri dəlillər göstərir ki, ilk yaranan varlıq su olmuşdur. Hud surəsinin 7-ci ayəsi də göstərir ki, hətta yer və səma yaranmazdan öncə su mövcud olmuşdur”. Digər ayələr də (Ənbiya, 30; Nur, 45; Furqan, 54) həyatın sudan başlanğıc aldığını bildirir”1.

O, Ənbiya surəsinin 30-cu ayəsi haqqında yazır:

Ayədə məqsəd suyun bütün canlı varlıqların inkişaf prosesində oynadığı mühüm roldur. Necə ki, digər ayədə Allah hər bir canlını sudan yaratmışdır” (Nur, 45) deyə buyurur. Bunu elm də sübut edir”2.

4. Müasir yazıçılardan biri Ənbiya surəsinin 30 və Nur surəsinin 45-ci ayələrini izah edərək yazır:

Elmi nailiyyətlərə görə bütün canlı varlıqlar sudan başlanğıc almışlar. Quran isə buna əsrlər öncə bir neçə ayədə işarə vurmuşdur. Bu, Quranın əsrlər öncə bir neçə ayədə işarə vurduğu məsələdir. Bu, Quranın elmi möcüzələrindən biridir”3.

5. Doktor Paknijad məlum ayəni izah edərkən yazır:

“Suda aminturşu molekulları və jelatin zərrəcikləri meydana gəlir və kimyəvi reaksiya yaranır. İki quru cismin biri-digərində heç bir təsir buraxmır. Başqa sözlə desək, kimyəvi reaksiya həyat mövcud olan yerdə gedir. Kimyəvi reaksiya olduqda suyun mövcudluğu zəruridir. Çünki su həyat mənbəyidir. Su canlı varlıqların ayrılmaz hissəsidir”.

O, ilk canlı maddə (aminturşu molekulları) haqqında yazır:

Yaradılışın başlanğıcında dəhşətli ildırımlar çaxır, gur yağışlar yağır, dənizlər dolur, daşır və yavaş-yavaş meydana gələn molekullar bir-birinə qovuşurdu. Bu qovuşmaya səbəb cazibə qüvvəsi deyildi. Onları qovuşduran, bir-birinə doğru çəkən elektirik yükü və kimyəvi reaksiya idi1.

Atomlar sıxlaşdı, molekullar əmələ gəldi. Dənizlər molekullarla doldu. Molekullar bir-birinə qovuşaraq yapışqan məhlula çevrildi və jelatin zərrəcikləri meydana gəldi. Zaman keçdikcə jelatin qatılaşdı (kristallaşdı), nəticədə qıtlıq yarandı və zərrəciklərin böyük əksəriyyəti funksiyasını itirərək ölgünləşdi. Onlarda yaşıl rəngli maddə (xlorofil) əmələ gəldi və günəş enerjisindən güc aldı. Bunlar ilk bitkilər idi. Araşdırmalar zamanı əldə olunan bəzi (daşlaşmış) bitki qalıqlarının yaşının 3 milyard olduğu təyin olunmuşdur.

İlk bitkilər, yəni xlorofil bir çox hallarda böyük jelatin zərrəsi tərəfindən yeyilirdi. Bu bitki yeyənlər yer üzündə ilk canlı heyvanlar hesab olunurlar”2.

6. Doktor Maurice Bucaille Ənbiya surəsinin 30 və Nur surəsinin 45-ci ayələrini qeyd edərək yazır:

“Ehtimal ki, ayədə məqsəd hər bir canlının ilkin maddə olaraq sudan yaranması və ya hər bir canlının əvvəlinin su olmasıdır. Hər iki halda elmi nailiyyətlərə tam uyğundur. Çünki həyat sudan başlanğıc almışdır”.

O, “ماء [ma`] sözünün iki mənasına (su, maye) toxunaraq digər bir versiyanı da qeyd edir (heyvan mayası). Onun fikrincə, hər üç açıqlama elmi nailiyyətlərlə üst-üstə düşür və Quranda cahillik dönəmində həyatın yaranması haqqında yayılmış miflərə yer yoxdur1.

7. Seyid Qütb Nur surəsinin 45 və Ənbiya surəsinin 30-cu ayələrini qeyd edərək onlardan iki məqamın anlaşıldığını vurğulayır. Birincisi, həyat ilk olaraq sudan (dənizlərdən) başlamışdır. İkincisi, canlıların tərkibində başlıca ünsür sudur2.

8. Bəzi yazıçılar məlum ayələri izah edərkən insan orqanizminin su ilə əlaqəsindən söhbət açır və bildirirlər ki, insan orqanizminin 70%-ni su təşkil edir.
YEKUN

İzah olunan ayələrdən (Ənbiya 30 və Nur 40) anlaşıldı ki, həyat ilk olaraq sudan (ماء) başlanğıc almışdır. “ماء[ma`] ifadəsi haqqında ümumilikdə dörd ehtimal mövcuddur.

1. “ماء
[ma`] sözündən məqsəd nütfədir (spermatozoid və toxum mayesindən ibarət sperma). Bu ehtimal Nur surəsinin 45-ci ayəsinə müvafiqdir. Çünki ayənin davamında deyilir: Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir”. Ayədən məqsədin sürünənlər, dördayaqlılar və insanlar olduğu anlaşılır (hansı ki, nütfə yolu ilə çoxalırlar). Bu ehtimalı şübhə altına alan bütün canlıların nəsil artımının nütfə yolu ilə olmamasıdır. Ənbiya surəsinin 30-cu ayəsindən də göründüyü kimi ayə bütün canlıları əhatə edir1.

2. Canlıların təşkil olunduqları başlıca maddə sudur. Bu ehtimal Ənbiya surəsinin 30-cu ayəsinə uyğun olsa da Nur surəsinin 45-ci ayəsinə uyğun deyil. Nur surəsində yaradılışın başlanğıcından söhbət açılır.

3. İlk varlığın sudan yaranması. Bu ehtimal hər iki ayəyə uyğundur. Elmi nailiyyətlər də bunu təsdiq edir.

4. Məqsəd suyabənzər mayedir ki, dünya ondan yaradılmışdır.

Bu ehtimal “ماء[ma`] sözünün hərfi mənası, eləcə də ayələrin ilkin zahiri mənası ilə uyğun gəlir. Lakin öncə də qeyd olunduğu kimi, yalnız Nur surəsinin 45-ci ayəsində ilkin zahiri məna etibarı ilə məqsədin nütfə olduğunu düşünmək olar.

Qeyd: Diqqətinizə çatdırdığımız ehtimalların hamısı ayələrin məqsədi ola bilər. Bəzi təfsirçilər də bu fikirdədirlər2.

2. Sözügedən ayələrin fərqli izahları olduğuna görə, bu və ya digər ehtimalı qəti olaraq ayəyə aid edib, digər ehtimalları isə rədd etmək olmaz. Lakin ayələrdən məqsədin dörd ehtimaldan hansı olmasından asılı olmayaraq, Quranın elmi sirlərindəndir. Bu elmi işarələr Quranın əzəmətinin sübutudur. Lakin bu fikirlər antik yunan filosofları tərəfindən də səsləndiyinə görə elmi möcüzə hesab olunmur.

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin