Müasir dövrdə heç bir dövlət qapalı iqtisadi sistem formasında yaşamaq iqtidarında deyil, əgər bu mümkün olsa belə iqtisadi baxımdan məqsədəuyğun sayıla bilməz.
sidiyaların tətbiqi;
- sahibkarlara dövlət yardımlarının göstərilməsi.
Daxili istehlak bazarının qorunması üçün düzgün və məqsədyönlü iş aparılması şərti, gömrük və vergi siyasəti düzgün formalaşdırılmalı, investisiya siyasəti düzgün qurulmalı və qeyri-tarif tənzimləmələrindən fəal istifadə olunmalıdır.
Əhalinin ərzaq tələbatının maksimum səviyyədə yerli məhsullarla ödənilməsi üçün kəndli fermer təsərrüfatlarının inkişafına münbit şərait yaradılmalıdır. Bu sahəyə subsidiyalar, kreditlər ayrılmaqla bərabər, istehsal texnologiyaları müasir səviyyəyə qaldırılmalıdır. Ayrılan kreditlərin faiz dərəcəsi çox aşağı olmaqla bərabər, qaytarılma müddəti uzadılmalıdır.
Daxili bazarın qorunması məqsədi ilə ölkədə istehsal olunan məhsulların xarici dövlətlərdən gətirilməsinin qar- şısı müxtəlif yollarla, kvota tətbiqi, lisenziyalaşdırma və başqa üsullarla alınmalı və ya minimuma endirilməlidir.
Ölkə iqtisadiyyatını inkişaf etdirmək məqsədi ilə xarici iqtisadi əlaqələrin əsas istiqamətləri aşağıdakı kimi təkmilləşdirilməlidir:
İdxal-ixrac əməliyyatlarının effektivliyi artırılma-
lıdır;
Daxili bazarı yerli istehsal məhsullarının hesabına
artırmaq istiqamətində fəaliyyət gücləndirilməlidir;
İstehsal prosesində yeni texnika və texnologiyala- rın tətbiqinin səviyyəsi artırılmalıdır;