TəHLÜKƏLƏr və bu təHLÜKƏLƏRƏ qarġi döVLƏt təDBĠRLƏRĠ



Yüklə 32,96 Kb.
səhifə5/5
tarix08.01.2023
ölçüsü32,96 Kb.
#122069
1   2   3   4   5
rəqabətdən yaranan təhlükə

Daxili bazarın qorunması.


Müasir dövrdə heç bir dövlət qapalı iqtisadi sistem formasında yaşamaq iqtidarında deyil, əgər bu mümkün olsa belə iqtisadi baxımdan məqsədəuyğun sayıla bilməz.


Vahid sistem halında formalaşan beynəlxalq iqtisa- diyyata uyğunlaşmaq və birgə inkişafdan bəhrələnmək məqsədi ilə Azərbaycan Respublikası da özünün milli iqtisadiyyatını aşağıdakı prinsiplər üzrə inkişaf etdirməlidir:

  • açıq iqtisadi sistemə uyğunlaşma;

  • iqtisadi tənzimləmə mexanizmini beynəlxalq təcrübəyə və hüquq normalarına uyğunlaşdırma;

  • iqtisadiyyatı və xarici ticarət əlaqələrini beynəlxalq əmək bölgüsünün malik olduğu üstünlüklərə uyğun formalaşdırmaq;

  • ölkənin mənafelərini təmin edən beynəlxalq təşki- latlara və birliklərə üzv olmaq;

  • ölkənin iqtisadi və ərzaq təhlükəsizliyini təmin edən strategiyasının işlənməsi və həyata keçirilməsi.

Azərbaycan Respublikasının daxili bazarının tənzim- lənməsi aşağıda qeyd olunanların icra olunmasının təmin edilməsini nəzərdə tutur:

  • ərzaq təhlükəsizliyinin təmin olunması;

  • bazarda qiymətlərin kəskin dəyişməsinin qarşısının alınması;

  • yerli istehsalçıların xarici rəqabətdən mühafizə olunması.

İstehlak bazarına nəzarət edilməsi məqsədi ilə isə aşağıdakı məsələlərə diqqət yetirilməlidir:



məsi;

  • tələbə təsir etmək məqsədi ilə qiymətin tənzimlən-




  • təklifə təsir etmək məqsədi ilə kredit, vergi və sub-

sidiyaların tətbiqi;
- sahibkarlara dövlət yardımlarının göstərilməsi.
Daxili istehlak bazarının qorunması üçün düzgün və məqsədyönlü iş aparılması şərti, gömrük və vergi siyasəti düzgün formalaşdırılmalı, investisiya siyasəti düzgün qurulmalı və qeyri-tarif tənzimləmələrindən fəal istifadə olunmalıdır.
Əhalinin ərzaq tələbatının maksimum səviyyədə yerli məhsullarla ödənilməsi üçün kəndli fermer təsərrüfatlarının inkişafına münbit şərait yaradılmalıdır. Bu sahəyə subsidiyalar, kreditlər ayrılmaqla bərabər, istehsal texnologiyaları müasir səviyyəyə qaldırılmalıdır. Ayrılan kreditlərin faiz dərəcəsi çox aşağı olmaqla bərabər, qaytarılma müddəti uzadılmalıdır.
Daxili bazarın qorunması məqsədi ilə ölkədə istehsal olunan məhsulların xarici dövlətlərdən gətirilməsinin qar- şısı müxtəlif yollarla, kvota tətbiqi, lisenziyalaşdırma və başqa üsullarla alınmalı və ya minimuma endirilməlidir.
Ölkə iqtisadiyyatını inkişaf etdirmək məqsədi ilə xarici iqtisadi əlaqələrin əsas istiqamətləri aşağıdakı kimi təkmilləşdirilməlidir:

  1. İdxal-ixrac əməliyyatlarının effektivliyi artırılma-

lıdır;

  1. Daxili bazarı yerli istehsal məhsullarının hesabına

artırmaq istiqamətində fəaliyyət gücləndirilməlidir;

  1. İstehsal prosesində yeni texnika və texnologiyala- rın tətbiqinin səviyyəsi artırılmalıdır;

  1. Xarici investisiyalar hesabına ölkə iqtisadiyyatına vəsait qoyuluşu artırılmalıdır;

  2. Ölkənin mükəmməl iqtisadi təhlükəsizlik sistemi yaradılmalıdır;

  3. Xarici iqtisadi əlaqələr mükəmməl təşkilati-idarə- etmə sisteminə əsaslanmalıdır.

Bütün yuxarıda qeyd olunanlar həm ölkənin daxili ba- zarının qorunmasına, həm də ölkənin iqtisadi təhlükəsizli- yinin, eyni zamanda ölkə ərazisində biznes fəaliyyətinin təhlükəsizliyinin təmin olunmasına xidmət edir
Yüklə 32,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin