86
4. Müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş rəy
həmin orqan tərəfindən müəyyən edilmiş qaydada nəzərdən
keçirilir və təsdiq edilir.
5. Texniki təhlükəsizlik ekspertizası, digər ekspertizaların
həyata keçirilməsi ilə eyni vaxtda həyata keçirilə bilər.
6. Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi qay-
daları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 15. Texniki təhlükəsizlik bəyannaməsi
1. Texniki təhlükəsizlik bəyannaməsində:
qəza və onunla bağlı təhlükənin
hərtərəfli qiymətlən-
dirilməsi;
qəzanın baş verməməsi üçün görülən tədbirlərin kifa-
yətləndirici olub-olmaması barədə təhlil;
hüquqi şəxslərin təhlükə potensiallı obyektlərin istis-
marına, habelə qəzanın lokallaşdırılması
və nəticələrinin ləğv
edilməsinə hazırlığının təmin edilməsi;
qəzanın nəticələrini və dəymiş ziyanın miqyasını azalt-
mağa yönəldilmiş tədbirlərin işlənib hazırlanması öz əksini tapır.
Texniki təhlükəsizlik bəyannaməsində göstərilən məlu-
matların siyahısı və onların tərtib olunma qaydaları
müvafiq
icra hakimiyyəti orqanı tərəfindən hazırlanır.
2. Təhlükə potensiallı obyektlərə bu Qanuna Əlavə 2-də
göstərilən miqdarda maddələr və ionlaşdırıcı şüa mənbələrinin
alınması, istifadə olunması, emalı, saxlanması, nəqli, ləğvi üzrə
hər biri ayrıca olmaqla texniki təhlükəsizlik bəyannaməsinin
işlənib hazırlanması məcburidir.
3. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və
fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanına texniki təhlü-
kəsizliyin vəziyyəti barədə bəyannamə təqdim etməlidirlər.
4. Texniki təhlükəsizlik bəyannaməsi təhlükə potensiallı
obyektlərin tikintisi, genişləndirilməsi, yenidən qurulması, tex-
niki cəhətdən yeniləşdirilməsi, konservasiyası
və ləğvinə dair
layihə sənədləri əsasında hazırlanır və obyekti istismar edən
hüquqi və ya fiziki şəxs tərəfindən təsdiq olunur.
87
Təhlükə potensiallı obyekti istismar edən hüquqi və ya
fiziki şəxs bəyannamədə göstərilən məlumatların tam və dəqiq
olmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
5. Hüquqi və ya fiziki şəxs təhlükə potensiallı obyektin
istismarı ilə bağlı xüsusi razılıq
almaq üçün müraciət etdikdə,
yaxud bəyannamədə göstərilən məlumatlar və ya texniki
təhlükəsizliyə dair tələblər dəyişdikdə texniki təhlükəsizlik
bəyannaməsi dəqiqləşdirilir və ya yenidən işlənib hazırlanır.
6. Texniki təhlükəsizlik bəyannaməsi müvafiq icra haki-
miyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada müvafiq
dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim edilir.
7. Texniki təhlükəsizlik
bəyannaməsi qanunvericiliyə
uyğun olaraq texniki təhlükəsizlik ekspertizasından keçməlidir.
Dostları ilə paylaş: