97
Həmin aylıq ödənc zərərçəkənin
xəsarət almazdan və ya-
xud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu
orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə
əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.
İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin
himayəsində olmuş və zərərə görə aylıq ödənc almaq hüququna
malik şəxslərə himayəçinin vəfat
etməmişdən əvvəlki faktiki
orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən
edilir.
2.2. Əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərər-
çəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclə-
rin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınma-
sına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort
müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa
peşəyə hazırlanmaya çəkdiyi
xərclərinin əvəzini ödəyir, bu
şərtlə ki, zərərçəkənin həmin yardım
və qulluq növlərinə
möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı
müəyyənləşdirilsin.
2.3. Zərərə görə aylıq ödəncin
məbləği müəyyənləşdiri-
lərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının baş-
qa şəkildə pozulması ilə əlaqədar
təyin edilmiş əlilliyə görə
pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də
zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavi-
nətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzi-
nin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin
əvəzinin ödənilməsi hesabına daxil edilmir).
Dostları ilə paylaş: