Abstrakt
Bir xidmət sektoru olan turizm bütün dünya ölkələrində çox sürətli inkişafdadır. Artıq bu gün turizm sektoru, bütün dünya ticarət xidmətlərinin təxminən 30 faizini təşkil edir. Dövlətin iqtisadi fəaliyyətləri arasında turizm sektorunun payı gündən-günə artmaqdadır. Nəticədə sektorda gəlir artımı bu gəlirdən daha çox səhm əldə etmək məqsədilə turizm bölgələri arasında rəqabətin getdikcə artmasına səbəb olur. Ancaq turizm sektoru ümumiyyətlə iqtisadiyyatın artım potensialını artırır. Nəticə olaraq turizm sektoru 21-ci əsrdə, xüsusilə də 2010-cu illərdən sonra Azərbaycanın iqtisadi artımını daha yüksək səviyyəyə qaldırmışdır.
Bu yazı 86min km2 ərazisi və 10 milyon vətəndaşı olan ölkənin turizminin böyüməsinin müsbət və mənfi təsirlərindən , ölkəmizin ən vacib turizm məhsullarından və onların bazarda realizə olunmasının başlıca yolları və problemlərindən bəhs edir.
Ölkədəki turizm sənayesi canlanma prosesi yaşayır. Çox sayda xaricilər, işgüzar adamlarının axını və infrastrukturda xarici və lokal investisiya qoyuluşları artması turizm infrastrukturunun inkişafına müsbət təsir göstərən əsas səbəblərdəndir.
Ölkə buraya gələn turistlərdə yaxşı xatirələr yaradacaq təbii və maraqlı mənzərələr, tarixən zəngin dini fərqlilik, araşdırma üçün maraqlı şəhərlər, qeyri-adi yeməklər, ekzotik qoxu, satın aldıqları xatirələrin özlərilə aparmaq imkanı və hər şeydən daha vacib olan təhlükəsiz səhayət imkanı təmin etməlidir. Bu xüsusiyyətlərə malik olmağımız Azərbaycanı turizm sənayesini daha yüksək tempdəə inkişaf etdirməyə imkan verəcək.
Dostları ilə paylaş: |