Unibank KB – İnsan Resurslarının İdarə edilməsi departamentində təcrübəçi (Avqust – Noyabr 2015-ci il)
Öhdəliklər
Filiallara müvafiq göndərişlərin həyata keçirilməsi (Sənədlərin, korporativ aksessuarların göndərilməsi və s.) və prosesə nəzarət edilməsi.
Əmək kitabçalarının qeydiyyatının aparılması və yerləşdirilməsi.
Əmək kitabçalarının yazılması (İşə qəbul, rotasiya və işdən azad olunma).
Təcrübəyə qəbul prossesinin həyata keçirilməsi və təcrübəçi haqqında məlumatların müvafiq departament/filiallara ötürülməsi.
Azərbaycan Respublikası Mərkəsi Bankının Mərkəzləşdirilmiş kredit reyestrindən təcrübəçi/işçi haqqında olan müvafiq məlumatların sorğu edilməsi; səlahiyyətli şəxslərə təqdim edilməsi və şəxsi işinə yerləşdirilməsi.
Bank Rəhbərliyinin müraciəti əsasında işçilərin CV-ləri, tərcümeti halları, əmək kitabçaları və s. sənədlərin əsillərinin və surətlərinin müvafiq şəxslərə təqdim edilməsi.
Əmək haqqı kartlarının sifarişi, təhvil alınması və işçilərə təhvil verilməsi.
İşçilərin tələblərinə əsasən «İş yerindən arayış, əmək haqqı hesabından çıxarış», «Xasiyyətnamə» və s. (müvafiq dövlət orqanlarına və təşkilatlara təqdim etmək üçün) sənədlərin hazırlanıb rəhbərliyə imzaladılması və təhvil verilməsi.
İR Proqram Təminatında ilkin istifadə bacarığına malik olmalı.
Hazır olan şəxsi işlərin müvafiq olaraq yerinə yerləşdirilməsi.
İşə qəbul ediləcək namizədin «İşçiyə tələb forması»nın mövcudluğuna nəzarət.