Təhsil Proqramı Əsas Kurs Şagirdlərin qiymətləndirmə nümunələrinin uyğunlaşdırılması



Yüklə 61,83 Kb.
səhifə1/2
tarix02.01.2022
ölçüsü61,83 Kb.
#9386
növüTəhsil proqramı
  1   2

Intel® Təhsil Proqramı

Əsas Kurs

Şagirdlərin qiymətləndirmə nümunələrinin uyğunlaşdırılması.
Layihələrin qiymətləndirilməsi nümunəvi kitabxanadan götürülmüş qiymətləndirmə işinin spesifik dərs planına necə uyğunlaşdırıldığını görmək üçün aşağıdakı iki rubriki nəzərdən keçirin. Birinci rubrik nümunəvi kitabxanadakı Viki rubriklərdən biridir. İkinci rubrikdə isə uyğunlaşdırılmış versiya verilib.
Viki Rubrik—Layihələrin qiymətləndirilməsi kitabxanası, orta məktəb


4

3

2

1

Məqsəd

Viki saytımızda məqsəd aydın göstərilib. Saytın hər bir bölməsi bu məqsədi daha da gücləndirir.

Viki saytımızın müəyyən bir məqsədi var. Saytda olan hər bölmə bu məqsədlə əlaqəlidir.

Viki saytınızda müəyyən bir məqsəd təyin etmək istəyirik, ancaq Viki saytımız yalnız müəyyən bir mövzunu əhatə edir.

Bizim Viki saytımızda məlumatların xülasəsindən başqa heç bir məqsəd göstərilmir.

Məlumat

Bizim Viki saytımız məzmun üçün mühüm olan məlumatları əhatə edir. Məlumatlarımız ətraflı, proporsional və düzgündür.

Bizim Viki saytımızda lazımi məlumatlar verilib. Biz məzmunu düzgün formada təqdim edirik.

Bizim Viki saytımızda məlumat boşluqları mövcuddur.Bəzən Viki saytımızda məlumatlar bir-tərəfli təqdim olunur.

Bizim Viki saytımızda çox az məlumat var

Şərh

Biz mövzu ilə bağlı məqsədəuyğun çıxarışlar etmək və orijinal nəticə çıxarmaq üçün tədqiqat işimizdən istifadə edirik. Viki saytımızın məzmunu ilə daha geniş mövzular, hazırkı məsələlər yaxud təcrübələr arasında əlaqə qururuq

Biz öz tədqiqat işimizdən istifadə edərək mövzuya dair nəticə çıxarırıq.Viki saytımızdakı məlumatlarla digər məzmunlar arasında əlaqə qururuq.

Biz mövzuya dair nəticə çıxarmağa çalışırıq, lakin bəzi nəticələr faktlara əsaslanmır.

Biz mövzuya dair heç bir nəticə çıxarmırıq. Sadəcə istifadə etdiyimiz mənbələri təkrar verir yaxud başqa sözlə ifadə edirik.

Mənbələr

Biz Viki saytımızdakı məlumatları müxtəlif etibarlı mənbələrdən əldə edirik. Oxucular məlumatlarımızı haradan əldə etdiyimizi asanlıqla müəyyən edə bilir.

Biz məlumatlarımızı müxtəlif, etibarlı mənbələrdən əldə edirik. Oxucular məlumatlarımızı haradan əldə etdiyimizi söyləyə bilirlər.

Biz məlumatlarımızı az sayda mənbələrdən əldə edirik və onlardan bəziləri o qədər də etibarlı mənbələr olmaya bilər. Oxucular məlumatlarımızı haradan əldə etdiyimizi hər zaman söyləyə bilmirlər.

Biz məlumatlarımızı etibarlı olmayan bəzi mənbələrdən əldə edirik.Biz nadir hallarda məlumatlarımızı haradan əldə etdiyimizi söyləyirik.

Multimediya

Biz Viki saytımızda multimediya elementlərini effektiv şəkildə tətbiq edirik. Qrafik, səs və video effektləri yüksək keyfiyyətlidir, Viki səhifəmizin məzmununu dəstəkləyir və auditoriyamız üçün uyğundur.

Biz Viki saytımızda multimediya elementlərini effektiv şəkildə tətbiq edirik. Qrafik, səs və video effektləri yüksək keyfiyyətli olub mövzu ilə əlaqəlidir.

Biz Viki saytımızda multimediyadan istifadə etməyə çalışırıq amma bəzi qrafik, səs və video effektləri aşağı keyfiyyətdə olur və ya mövzu ilə tam əlaqəli deyil.

Biz Viki saytımızda multimediyadan istifadə etmirik.

Müəllif Hüququ

Viki saytımızda olan bütün məzmunlarla bağlı müəllif hüquqlarına riayət edirik.

Viki saytımızda olan bütün məzmunlarla bağlı müəllif hüquqlarına riayət edirik, lakin bəzi kiçik səhvlərə yol verə bilərik.

Viki saytımızda olan bəzi məzmunlarla bağlı müəllif hüquqlarına riayət etmirik.

Viki saytımızda olan məzmunların əksəriyyəti ilə bağlı müəllif hüquqlarına riayət etmirik.

Yaradıcılıq

Biz Viki saytımızın məqsədini dəstəkləmək üçün maraqlı və orijinal fikir və ideyalar, dil və multimediya elementlərindən istifadə edirik.

Biz Viki saytımızdakı mövzuya aid maraq doğuran və orijinal fikirləri saytımıza əlavə edirik.

Biz Viki saytımıza maraq doğuran və orijinal fikirlər əlavə etməyə çalışırıq, lakin bəzən bunlar Viki saytımızın məzmunundan kənara çıxır.

Biz Viki saytımızın məzmununu orijinal yollarla təqdim etməyə cəhd göstərmirik.

Auditoriya

Biz Viki saytımızda auditoriyanı maraqlandıran məsələləri və sualları qəbul edir və bunları ətraflı cavablandırırıq. Onların rahat başa düşəcəyi dildə yazırıq və mühüm texniki terminləri açıqlayırıq .

Biz Viki saytımızda auditoriyanın suallarını qəbul edir və bunları cavablandırırıq.

Onların başa düşəcəyi dildə yazırıq.



Biz Viki saytımızda auditoriyanın suallarını cavablandırmağa çalışırıq, lakin onların mövzu haqqında nəyi bilmək istədiklərini və ya nəyi bilməli olduqları barədə ətraflı düşünməmişik.

Biz Viki saytımıza məlumat yerləşdirərkən auditoriya barədə düşünmürük.

Əməkdaşlıq

Biz fikirlərimiz ətrafında müzakirə aparırıq və Viki saytımız üçün başlıca məsələlərə dair razılığa gəlirik. Dəstək verməklə və konstruktiv tənqidlər etməklə bir-bizimizin işinə hörmətlə yanaşırıq.

Viki səhifəmizə hər hansı dəyişiklik etməzdən əvvəl bunlar barədə razılığa gəlirik.



Viki saytımızın başlıca məsələlərinə dair razılığa gəlmək üçün birgə işləyirik.

Bir-birimizin işinə hörmətlə yanaşırıq və qrup halında müzakirəyə qoymadıqda hər hansı dəyişiklik etmirik.



Biz Viki səhifəmizə birgə işləməyə çalışırıq. Adətən bir-birimizin işinə hörmətlə yanaşırıq, lakin ara-sıra qrup üzvləri qrupla müzakirə etmədən dəyişikliklər edir.

Viki səhifəmizdəki fikirlər kiçik qrup insanlar tərəfindən irəli sürülür. Digərlərinin fikirləri nəzərə alınmır yaxud qəbul edilmir. Bəziləri qrupla müzakirə etmədən dəyişiklik edir.

Saytın quruluşu

Vikidə olan məlumatlar məntiqi olaraq ayrı-ayrı səhifələrə bölünüb. Səhifədəki keçidlər digər səhifələrə keçməyə və ana səhifəni tapmağa kömək edir.

Vikidəki məlumatlar məntiqi olaraq ayrı-ayrı səhifələrə bölünüb. Səhifədəki keçidlər oxuculara çaşqınlıq yaratmadan başqa bölməyə keçməyə kömək edir.

Vikidə olan məlumatları məntiqi şəkildə səhifələrə bölməyə çalışırıq, lakin bəzən bu cür quruluş məna kəsb etmir. Bəzi səhifələrdə oxucuların saytın ətrafında hərəkət etməsinə kömək edən keçidlər yoxdur.

Bizim Viki səhifəmiz dağınıqdır. Oxucular asanlıqla səhifədə aza bilər və ya başqa bölməyə keçmək üçün keçidlərdən istifadə edə bilmirlər.

Səhifənin quruluşu

Bizim Vikidəki hər bir səhifə mövzumuza aid bölməni ətraflı təsvir edir. Biz oxucuların axtardıqlarını effektiv şəkildə tapa bilmələri üçün başlıqlar və altbaşlıqlardan istifadə edirik.

Vikimizdəki hər bir səhifədə məqsədimizlə bağlı mövzu barədə məlumat verilir. Səhifəmizin strukturunda bəzi başlıqlardan istifadə edirik.

Hər bir səhifə üçün fərqli mövzu seçməyə çalışırıq. Səhifələrimizdə bəzi başlıqlar var, lakin bunlar bəzən çaşdırıcı olur.

Səhifəmizin müxtəlif mövzuları əhatə etdiyi görünür. Nadir hallarda başlıqlar və altbaşlıqlardan istifadə edirik.

Keçidlər

Viki saytımızda olan bütün keçidlər auditoriyamızın ehtiyaclarına uyğundur və saytımızın məqsədi ilə əlaqəlidir.

Viki saytımızda olan bütün keçidlər saytımızda olan mövzulara xidmət edir və bunlarla əlaqəlidir. Keçid təmin edilmiş bütün saytlar auditoriyamızın ehtiyaclarına uyğundur.

Viki saytımızda olan bütün keçidlər saytımızın mövzusu ilə əlaqəlidir, amma az sayda keçidlər işləmir.

Viki saytımızda heç bir keçid yoxdur və ya keçidlər lüzumsuzdur və ya mövzu ilə əlaqəli deyil.

Dil

Biz Viki saytımızda güclü, konkret və səlis məna verən sözlərdən istifadə edirik. Texniki sözlərdən minimum istifadə edirik və lazım gəldikdə izahlarını veririk.

Biz Viki saytımızda səlis sözlərdən istifadə edirik və lazımi yerlərdə texniki sözlərin izahını veririk.

Viki saytımızda olan bəzi sözlər qeyri-səlisdir və texniki sözlərdən həddən çox istifadə edirik.

Viki saytımızın dili təxmin edilə bilən və çox vaxt qeyri-səlisdir.

Uzlaşma

Orfoqrafik, böyük hərflə yazmaq, qrammatika, durğu işarələri və yaxud cümlə səhvlərinə yol vermirik.

Biz yazılarımızı orfoqrafik, böyük hərflə yazmaq, qrammatika və durğu işarələri səhvlərinə görə yoxlayırıq və oxucuları çaş-baş salacaq hər hansı səhvlərə yol vermirik.

Biz yazılarımızı orfoqrafik, böyük hərflə yazmaq, qrammatika və durğu işarələri səhvlərinə görə yoxlayırıq, lakin bəzən oxucuları çaş-baş salacaq səhvlərə yol veririk.

Biz yazılarımızı orfoqrafik, böyük hərflə yazmaq, qrammatika və durğu işarələri səhvlərinə görə yoxlayırıq, lakin oxucuları çaş-baş salacaq çoxlu səhvlərə yol veririk.


Virtual Səfir üçün Viki Şagird Qiymətləndirmə Nümunəsi



Yüklə 61,83 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin