Təhsil Proqramı Əsas Kurs Veb əməkdaşlığına əsaslanan tədris resursları



Yüklə 66,5 Kb.
səhifə5/5
tarix10.01.2022
ölçüsü66,5 Kb.
#106275
növüTəhsil proqramı
1   2   3   4   5
Onlayn əməkdaşlıq veb saytı

İzahı

Əməkdaşlıq əsaslı veb saytlar fərdlərə vebdə sənədlər yaratmağa, vebə və vebdən sənədləri yükləməyə imkan verir. Daha sonra Internetə çıxışı olan və dəvət etdiyiniz istənilən bir kəs bunları tanış format alətlərindən istifadə etməklə redaktə edə bilər. Bəzi saytlarda həmçinin prezentasiyalar və elektron cədvəlləri redaktə etmək və yaratmaq imkanı təmin olunur.

Tədrisdə İstifadəsinə dair Nümunə

Əməkdaşlıq yazıları, yoxlamaq, redaktə, çoxsaylı yazarların rəyini almaq və rəy vermək, müəllifin töhfələrini izləmək, müxtəlif yoxlamaları müqayisə etmək və sair.

Nöqsanlar

  • Adətən onlayn hazırlanan fayllar oflayn rejimdə göstərmək üçün xüsusi proqram təminatı tələb edir.

  • Əvvəlki versiyaya qayıtdığınız təqdirdə məlumatların məzmunu itə bilər.

  • Digər müəlliflər sizin işinizə arzuolunmaz dəyişikliklər edə bilərlər.

Onlayn əməkdaşlıq veb saytı

Öz onlayn əməkdaş veb saytınızı qurmaq üçün veb saytların siyahısı Resources tab vərəqi> Collaboration linkində yerləşrir.
Hər bir onlayn resursun fərqli imkanları var. Məsələn:

  • Internetə qoşulmuş istənilən kompüterdən fayllara çıxış imkanı

  • Sənədləri göstərmək yaxud redaktə etmək üçün digərlərini dəvət etmək

  • Eyni zamanda hər hansı bir sənədi redaktə etmək və göstərmək üçün birdən çox müəllifin işləməsinə imkan yaratmaq

  • Sənədlər üzərində onlayn və ya oflayn rejimdə işləmək

  • Eyni sənədin iki versiyası arasında müqayisə aparmaq

  • Sənədin müxtəlif təkrarlarında müəlliflərin töhfələrini müəyyən etmək

  • Sənədin əvvəlki versiyalarını izləmək

  • Məzmunu veb səhifə yaxud bloqda dərc etmək

  • Sənədin mətnində dəyişiklik etmədən şərhlər yerləşdirmək

  • Microsoft Office* uyğunlaşa bilən mətn redaktə sənədləri, elektron cədvəllər və prezentasiya faylları yaratmaq və mövcud sənədləri redaktə etmək.

  • Dizayn elementləri, şəkillər, xəritələr, diaqram və cədvəllər əlavə etmək

  • İşi sistemləşdirməklə, prioritetləri müəyyən etməklə və komanda üzvlərinin tərəqqisini izləməklə layihələri idarə etmək

  • Məzmun dəyişdikdə digərlərinə xəbər vermək

Onlayn əməkdaşlıq veb saytları haqqında daha ətraflı məlumat üçün bax

Məktəb Proqram Təminatına dair Dəyişik Nümunə www.eschoolnews.com/news/showStoryts.cfm?ArticleID=6656

Onlayn tətbiqi proqramların istifadəsinə dair geniş məqalə təmin edir.


Çap və hərəkət: Veb əsaslı mətn redaktə proqramlarıhttp://reviews.cnet.com/4520-9239_7-6627472-1.html

Müqayisə cədvəlinin verildiyi onlayn mətn redaktə proqramları haqqında qısa məlumatı əks etdirir.





İstinad edilmiş sənədlər

Wikipedia contributors. (2006, September 19). Wiki. Wikipedia, The Free Encyclopedia. Retrieved from http://en.wikipedia.org/w/index.php?title=Wiki&oldid=76522722




Müəllif hüququ © 2008 Intel Korporasiyası. Bütün hüquqları qorunur.

Yüklə 66,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin