TəHSİl sistemi VƏ layiHƏLƏRİN İdarə olunmasinin məQSƏDİ VƏ VƏZİFƏLƏRİ



Yüklə 17,5 Kb.
səhifə1/2
tarix25.11.2023
ölçüsü17,5 Kb.
#134296
  1   2

TƏHSİL SİSTEMİ VƏ LAYİHƏLƏRİN İDARƏ OLUNMASININ
MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ.

1. Təhsil sistemi və layihələrin idarə edilməsi anlayışı, məktəbşünaslığın əsas mövzusu.


2. Təhsil sisteminin idarə edilməsinin ümumi funksional məzmunun müəyyənləşdirilməsi.
3. Təhsil sisteminin idarə edilməsinin əsas obyekt və subyektləri, onlar arasında qarşılıqlı əlaqə.
4. Təhsil sisteminin və layihələrin idarə edilməsinin mənbələri və başqa elmlərlə əlaqəsi.

Təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.


Azərbaycan Respublikasında təhsilin əsas məqsədi Azərbaycan Respublikasının Təhsil Qanunun 4-cü maddəsi əsasən aşağıdakılardan ibarətdir:
Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
Milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktik biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis – kadrlar hazırlamaq;
Sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictiami həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
Beləliklə, yuxarıda deyilənlərdən də aydın olur ki, Azərbaycan Respublikasında təhsil sisteminin əsas vəzifəsi Azərbaycanı dünyanın ən inkişaf etmiş demokratik, yüksək elmi-texniki tərəqqiyə, iqtisadiyyata, mədəniyyətə və s. Çiçəklənən bir dövlətə çevirməyə, inkişaf etdirməyə qadir olan insan, vətəndaş, şəxsiyyət tərniyə edib formalaşdırmaqdan ibarətdir.
Buna görə də Azərbaycan Respublikasında Təhsil siyasətinin həyata keçirilməsi üçün innovasiyalardan istifadə edərək, yeni təhsil layihələrinin həyata keçirilməsi ümdə məsələ kimi ön plana çəkilməlidir.
Təhsil sisteminin idarə edilməsində yeni layihələrin tətbiqi aktual məsələlərdən biridir və təhsil layihələrinin yazılması haqqında məlumatı nəzərinizə çatdıraq:
- Təhsil layihəsi ümumiyyətlə müəllifin təhsil sistemini yaxşılaşdırmaq üçün böyük bir fikri olduqda və maliyyə alma ehtimalı olduqda yaradılır. Bu cür fikirlərin yazılma prinsiplərini bilmək vacibdir.

Yüklə 17,5 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin