TəHSİl və TƏHSİl faküLTƏSİ ÜZRƏ psixologiya fəNNİNDƏN İmtahan suallari


Şüurlu təkrarlar nəticəsində insanda fəaliyyətin icra və tənzim olunmasının bu cür qismən avtomatlaşmış ünsürləri



Yüklə 126,33 Kb.
səhifə2/14
tarix09.05.2022
ölçüsü126,33 Kb.
#115748
1   2   3   4   5   6   7   8   9   ...   14
Psixologiya sual cavab

Şüurlu təkrarlar nəticəsində insanda fəaliyyətin icra və tənzim olunmasının bu cür qismən avtomatlaşmış ünsürləri vərdiş adlanır. Fəaliyyətin mənimsənilməsi , vərdişlərin yaranması zamanı yerinə yetirilən iş və hərəkətlər şüurlu iş və hərəkətlər olaraq qalır , yalnız onların icra tərzləri avtomatlaşmış olur.

Hər bir fəaliyyət prosesində insan müxtəlif vərdişlərə yiyələnir və həmin vərdişlər onun fəaliyyətinin səmərəliliyini təmin edir. İnsanların yiyələndikləri bu vərdişlərin hamısı birdən-birə , eyni vaxtda yaranıb , eyni vaxtda da başa çatmır. İnsan ardıcıl olaraq həyatı boyu müxtəlif vərdişlərə yiyələnməli olur , hər bir vərdiş isə insanın artıq malik olduğu vərdişlər sistemində fəaliyyət göstərir və təşəkkül tapır. Bəzən əvvəl yaranmış vərdişlər yeni vərdişin yaranmasını çətinləşdirir , onun formalaşmasını ləngidir. Əvvəl yaranmış vərdişlərin yeni vərdişlərin yaranmasına bu cür müsbət və mənfi təsiri psixologiyada vərdişlərin qarşılıqlı təsiri adlanır.

Qeyd edilənlərdən göründüyü kimi , vərdişlərin qarşılıqlı təsirində 2 hal özünü göstərir. Əvvəl yaranmış vərdişlər yeni vərdişlərin yaranmasına müsbət təsir göstərirsə , bu hal psixologiyada vərdişlərin keçirilməsi adlanır. Əksinə , əvvəl yaranmış vərdişlərin yeni vərdişlərin yaranmasına mənfi təsir göstərməsi , onu ləngitməsi isə interferensjya adlanır.

Fəaliyyətin mənimsənilməsi zamanı vərdişlərlə yanaşı bacarıqlar da formalaşır. Bacarıqlar – qarşıya qoyulmuş məqsədə müvafiq olaraq iş priyomlarının seçilməsi və həyata keçirilməsi üçün mövcud bilik və vərdişlərdən istifadə olunmasıdır. Bacarıq yarandıqda insan qarşıda duran məsələnin həllində lazım olan yolları və əməliyyatları düzgün seçə bilir və onlara nəzarət etmək üçün zəruri məlumatlardan istifadə qaydalarına yiyələnmiş olur.



Adətlərə gəldikdə isə o da vərdişlər kimi işin ,hərəkətlərin icrasının avtomatlaşmasıdır. Lakin vərdişlərdən fərqli olaraq , adət yarandıqda həmin iş və ya hərəkətin icrası insanın tələbatına çevrilir və insan daima özünün həmin tələbatını ödəməyə can atır. Bundan başqa , vərdişlər şüurlu təkrarlar sayəsində yaranır , adətlər isə bu cür şüurlu təkrarlar olmadan da yarana bilir. Məsələn , şagird dərsdə yerindən danışmağı qarşısına məqsəd qoymur. Təsadüfən bir neçə dəfə yerindən danışır və nəticədə danışqanlığa adət edir.

  1. Fəaliyyət: tələbat, motiv, motivləşmə.

Cavab; Hər hansı bir fəaliyyətin başlamasının əsasında mütləq müəyyən tələbat və yaxud tələbatlar şəbəkəsi durur. Başqa sözlə , insan fəallığının əsasında tələbatlar durur , onun fəallığının mənbəyini təşkil edir. Özünün ilkin bioloji formasında tələbatlar orqanizmin ondan kənarda olan , həyat və fəaliyyəti üçün zəruri olan nəyəsə hiss etdiyi ehtiyac kimi meydana çıxır. Tələbatlar insanım ehtiyacları ilə yanaşı , onun öz ehtiyaclarına münasibətini də əks etdirir.


Yüklə 126,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin