Fəaliyyətin motivləri dedikdə insanı fəaliyyətə təhrik edən amil , səbəb başa düşülür. Özünün xarakteri və fəaliyyət prosesində oynadığı rola görə motivlərin aşağıdakı növlərini qeyd etmək olar :
Situativ və geniş motivlər;
2.Fəaliyyətin nəticəsinə və onun özünə doğru yönələn motivlər ;
3.Eqoistik və ictimai əhəmiyyətli motivlər.
Psixoloji ədəbiyyatda isə motivləri dərk edilən və dərk edilməyən (həvəs ,ustanovka ) olmaqla ayırırlar.
Motivlər hər şeydən əvvəl bir-birilərindən tələbatların növlərinə görə fərqənirlər. Bununla yanaşı olaraq , motivlər tələbatların kəsb etdiyi formalara , onların genişliyinə və ya məhdudluğuna , reallaşdıqları fəaliyyətin konkret məzmununa və s. görə fərqlənirlər.
Dostları ilə paylaş: |