TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ


Telekonferensiya və videotelefon xidmətləri



Yüklə 386,5 Kb.
səhifə24/51
tarix31.12.2021
ölçüsü386,5 Kb.
#113132
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   51
T HS LD kt (M hazir l r) G R

Telekonferensiya və videotelefon xidmətləri

Bu vasitələr öyrədən və öyrənənlərlə ikitərəfli əlaqənin yaradılmasını təmin edir. Bu zaman iştirakçıların sayı çox olsa da, eyni vaxtda yalnız iki istifadəçi arasında qarşılıqlı informasiya mübadiləsi aparıla bilər. Digər iştirakçılar onlar üçün imkan yaradılana qədər yalnız müşahidəçi rolunda olurlar. Bu növ xidmətin təşkili üçün nəzərdə tutulan aparat və proqram təminatı özünəməxsusluğu ilə fərqlənsə də, əsasən elektron konferensiaların aparat və proqram təminatı ilə üst-üstə düşür. Telekonferensiya və videotelefon xidmətlərini digər internet xidmətlərindən fərqləndirən ən mühüm cəhət iştirakçılar tərəfindən ötürülən və qəbul edilən informasiyanın ölçüsünə məhdudiyyətlərin qoyulması və bu məhdudiyyətlərin də materialın keyfiyyətinə təsir etməsidir.

Bu tip şəbəkə xidmətlərinin didaktik xüsusiyyətlərinə tədris məqsədli proqramlarla paralel , təsvirlərin, səsin, qrafik informasiyanın vəs. real vaxt seans ərzində istifadəçilərə çatdırılması imkanlarının geniş olmasıdır. Bu xüsusiyyətlər mühazirələrin, seminarların, məsləhət saatlarının canlı dinlənilməsi, yoxlama və imtahanların ənənəvi üsullara yaxın üsullarla keçirilməsi üçün yaxşı imkanlar açır.


Yüklə 386,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin