TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ



Yüklə 386,5 Kb.
səhifə23/51
tarix31.12.2021
ölçüsü386,5 Kb.
#113132
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   51
T HS LD kt (M hazir l r) G R

Elektron konferensiyalar

Çox vaxt kompüter konferensiaları adlandırılan elektron konferensiyalar məsafədən aslı olmayaraq müxtəlif iştirakçıların vahid mövzu ətrafında müzakirələr aparmasına, qərarlar qəbul etməsinə və qəbul olunmuş qərarların icrasına birgə nəzarət etməsinə imkan verən internet şəbəkəsinin xidmətlərindəndir. Bu zaman elektron konferensiya iştirakçılarının eyni vaxtda kompüter arxasında onlayn rejimdə olması tələb olunur. Konkerensiya iştirakçılarının iş yerinin aparat təminatı elektron poçt istifadəçilərinin iş yerinin aparat təminatı ilə əsasən üst-üstə düşür. Lakin proyektorların tətbiqi elektron konferensiaların daha səmərəli təşkilinə gözəl imkanlar açır. Konferensiyanın təşkilində istifadə olunan aparatların proqram təminatı isə bütün istifadəçilər üçün eyni olmalıdır. Elektron konferensiya rejimini dəstəkləyən ən populyar proqramlardan biri kimi Skayp (Skype) proqramını göstərmək olar. Bu proqram istifadəçilər arasında multimedia tipli əlaqələrin qurulması üçün çox mükəmməl imkanlar açır.

Elektron konferensiyaların işində iştirak edənlər vaxt baxımından bir-birindən asılı olurlar (sinxron təhsil forması). Elektron konferensiyaların əsas xüsusiyyəti ondan ibarətdir ki, iştirakçıların 1-i üçün nəzərdə tutulan audio, video və yazılı məlumat bütün iştirakçılar tərəfindən eyni vaxtda qəbul olunur və onların verdiyi cavablar da bütün iştirakçılar tərəfindən eyni vaxtda qəbul edilir. İnternetin bu xidməti virtual tədris qruplarının yaradılmasına və onların qabaqcadan bəlli olan dərs cədvəli əsasında mühazirələrdə, seminar və təcrübə məşqələlərində iştrakının təmin olunmasına yaxşı şərait yaradır. Elektron konferensiya iştirakçılarının elektron ünvanlarının olması, yəni elektron poçt xidmətinin imkanlarından tam istifadə etmək bacarıqlarının olması vacib şərtlərdəndir.

Elektron konferensiaların lokal kompüter şəbəkəsində təşkili üçün şəbəkənin mütləq FTP serverlə təchiz olunması vacibdir. Belə server bütün konfrans iştirakçıları üçün nəzərdə tutulan məlumatları özündə saxlayır və iştirakçıların həmin məlumatlardan yararlanması üçün geniş imkanlar açır. Elektron poçt rejimindən fərqli olaraq elektron konferensiya iştirakçıları üçün nəzərdə tutulan məlumatlar bütün konfrans iştirakçıları üçün açıq olur.

Elektron konferensiya iştirakçılarının mətn, qrafik, audio və video və s. məlumatlarla, eyni zamanda bu məlumatlardan yararlanmaq üçün nəzərdə tutulan təlimatların istifadəçiyə (virtual qrup iştirakçılarına) çatdırılması imkanları bu növ xidmətlərin didaktik xüsusiyyətlərini özündə əks etdirir.


Yüklə 386,5 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin