TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ


Təhsildə informasiyalaşdırmanın elmi və tədris-metodiki təminatı



Yüklə 386,5 Kb.
səhifə9/51
tarix31.12.2021
ölçüsü386,5 Kb.
#113132
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   51
T HS LD kt (M hazir l r) G R

2.8. Təhsildə informasiyalaşdırmanın elmi və tədris-metodiki təminatı

Təhsildə informasiya texnologiyalarının tətbiqinin inkişaf tendensiyası analiz olunmalı, dünya  təcrübəsi öyrənilməlidir. Bu sahədəki tədqiqatlar infor­masiya cəmiyyətinin formalaşma istiqamətlərini və sosial-iqtisadi proseslərin qanunauyğunluqlarını öyrənməyə və müasir İKT-dən daha effektiv istifadə edil­məsinin nəzəri və metodoloji aspektlərini həll etməyə imkan yaratmalıdır.

İKT-nin təhsilin müxtəlif sahələrində tətbiqinin nəzəri-metodoloji və tətbiqi aspektlərinin hazırlanması aşağıdakıları nəzərdə tutur:

       Kompüter siniflərinin, proqram təminatının, şəbəkələrin və idarəetmə sis­temlərinin ən optimal konfiqurasiyalarının hazırlanması;

        İKT-nin təhsildə tətbiqinin yeni, daha effektiv variantlarının hazırlanması;

       Müxtəlif  informasiya sistemlərinin, məsafədən təhsil və multimedia vasitə­lərinin tətbiqi ilə bağlı meydana çıxan yeni nəzəri məsələlərin öyrənilməsi;

       Kadrların yenidən hazırlanması sahəsində İKT nəzəriyyəsinin və istifadə metodologiyasının hazırlanması;

       Təhsilin müxtəlif sahələrində yerli və qlobal şəbəkələrin effektiv tətbiqinin elmi əsaslarının hazırlanması;

       Təhsildə İKT-nin tətbiqinin gedişi ilə bağlı elmi-praktik konfransların keçirilməsi;

       Təhsil sisteminin informasiyalaşdırılması problemləri ilə məşğul olan elmi-tədqiqat mərkəzinin yaradılması;

       Təhsil sisteminin informasiyalaşdırılması üzrə elmi-pedaqoji jurnalın təsis edilməsi;

       Təhsil sisteminin informasiyalaşdırılması üzrə xarici elmi-pedaqoji və metodiki ədəbiyyatın tərcümə və çap olunması.




Yüklə 386,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin