GİRİŞ
USAID Qadın İştirakçılığı Proqramı (QİP) ölkədə 2011-ci ildən icra edilir və əsas vəzifələri qadınlarla bağlı mühüm məsələlər üzrə ictimai məlumatlandırılmanın artırılması və qadınların qərar qəbuletmə proseslərində iştirak imkanlarının genişləndirilməsinə töhfə verməkdən ibarətdir.
QİP-i Biznes Liderliyi üzrə təlimlərin təşkilində dəstəkləmək üçün qiymət təkliflərini təqdim edən təlimçilər qrupu eyni zamanda tələb olunan sahədə öz təcrübələrini və bacarıqlarını təsdiq edən CV-lər təqdim etməlidirlər. Təlimçilər qrupu ilə fərdi xidmət müqavilələri əsasında əməkdaşlığın aparılması nəzərdə tutulub.
GÖRÜLƏCƏK İŞİN MƏZMUNU VƏ HƏCMİ
Təlimçilər Qrupu (TQ) hər bir 4 təlimin keçirilməsi və həmin təlimlər üçün dolğun kurrikulumun hazırlanması üçün birbaşa məsuliyyət daşıyacaqlar. Təlimdən əvvəl və təlimdən sonrakı qiymətləndirmələr təklifə daxil edilməlidir.
Kurrikulum Azərbaycan hazırlanmalıdır. Gözlənilir ki, kurrikulum minimum olaraq aşağıdakı mövzuları əhatə edəcəkdir:
• Liderlik və Özünüinkişaf;
• Biznes Planlaşdırılması və İdarəçilik;
• Marketinq bacarıqlarının inkişaf etdirilməsi;
• Səmərəli Ünsiyyət Bacarıqları
Təlimlər Azərbaycanın 4 regionunda həyata keçiriləcək. Hər bi təlimdə iştirak üçün yaşı 22-27 arasında olan 25 ali təhsilli gənc xanım dəvət ediləcəkdir. TQ QİP işçiləri sıx əməkdaşlıq sayəsində təlimlərin prezentasiyasını hazırlayacaqdır.
TQ keçirdiyi təlim barədə təfsilatlı hesabat hazırlayıb QİP-ə təqdim etməlidir. Hesabata iştirakçıların mövzuları mənimsəməsi, qiymətləndirilmələrin nəticələri, təlim prosesinin hazırlanması, rastlaşan çətinliklər, əldə edilən uğurlar, foto və video materiallar və sairə daxil olacaqdır.
TQ təsdiq edilmiş büdcə üzrə aparılan xərclərə dair maliyyə hesabatları tərtib edəcək və xərcləri təsdiq edən sənədləri QİP-ə təqdim edəcəkdir.
TƏLƏB OLUNAN BACARIQ VƏ KEYFİYYƏTLƏR
Təklif təqdim edən təlimçilər aşağıdakı sahələrdə bacarıq və təcrübələrini nümayiş etdirməlidirlər:
-
Təlim kurrikulumlarının hazırlanmasında təcrübə;
-
Azərbaycanın bölgələrində silsilə təlimlərin müvəffəqiyyətlə həyata keçirmək təcrübəsi və regionlarda maraqlı tərəflərlə səmərəli əlaqələr qurmaq bacarığı;
-
Azərbaycan dilində mükəmməl danışmaq bacarığı;
-
Beynəlxalq təşkilatlara təqdim etmək üçün maliyyə və proqram hesabatlarının hazırlanması sahəsində təcrübə.
KİMLƏR MÜRACİƏT EDƏ BİLƏR
-
Azərbaycan Respublikasının vətəndaşları;
-
Vergilər Nazirliyi tərəfindən verilmiş Fiziki Şəxsin Sahibkarlıq Uçotu haqqında Şəhadətnaməyə malik şəxslər;
Gözlənilən İCRA MÜDDƏTİ
5 (beş) ay. Fəaliyyətlərin 2018-ci ilin yanvar ayında başlanması nəzərdə tutulub.
QİYMƏT TƏKLİFLƏRİ
Qiymət təkliflərinə təlimçilər üçün zəhmət haqqı, səyahət və regionlarda yaşayış xərcləri və digər aidiyyatı xərclər daxil edilə bilər. Qiymətlər AZN (Azərbaycan Manatı) ilə göstərilməlidir. Qiymətlər təklifləri təqdim olunan gündən sonrakı 30 gün müddətində qüvvədə olmalıdır. Qiymət təklifləri rəsmi məktubla müşaiyət edilməlidir.
Qiymət təkliflərilə yanaşı aşağıdakı sənədlərin də təqdim olunması xahiş edilir:
-
Fiziki Şəxsin Sahibkarlıq Uçotu haqqında Şəhadətnaməsinin surəti.
-
Şəxsiyyət vəsiqəsinin surəti.
SEÇİM PROSESİ
Bu TTD-nin tələblərinə tam uyğun şəkildə təqdim olunmuş, daha münasib və aşağı qiymət təqdim edən və təlimçilərin tələb olunan bacarıqlara malik olması seçim üçün əsas meyar olacaqdır.
Göstərilən tələblərə uyğun şəkildə təqdim olunmayan hər hansı bir qiymət təklifi və yaxud zəruri səndələrin çatışamamzlığı təklifləri nəzərə alınmaqdan kənarda qoyacaqdır.
QİP aşağıdakı hüquqları özündə saxlayır:
-
Müqavilə bağlamaqdan əvvəl QİP qiymət təklifləri üzrə danışıqlar apara, aydınlıq gətirilməsi üçün əlavə səndələri tələb edə bilər.
-
QİP istənilən vaxt bu TTD-i ləğv edə bilər.
QİYMƏT TƏKLİFİNİN TƏQDİM OLUNMASINA DAİR TƏLİMAT
Təkliflər TTD-də göstərilən vaxt və tarixdə və yaxud ondan əvvəl bu dəvət sənədində nəzərdə tutulmuş elektron poçt ünvanına təqdim olunmalıdır. TQ aşağıdakı məlumatları təqdim etməlidir:
-
TTD-nin nömrəsini özündə əks etdirən rəsmi müraciət məktubu ;
-
Müracit edən TQ (təlimçi qrupu) üzvlərinin telefonları, elektron poçt və ünvanları;
-
Azərbaycan vətəndaşlığını sübut edən sənədin surəti.
-
TQ üzvlərinin (hər birinin CV-ri. Təlimçilərlə (zərurət olduğu təqdirdə) müsahibə aparıla bilər.
-
TQ üzvlərinin (hər birinin) təcrübələrini təsdiq edə biləcək dəstək məktubları və həmin məktubları verən şəxslərin elektron poçt və telefon nömrələri.
-
Qiymət Təklifi (bax əlavə 1)
-
Müşaiyət məktubu (bax əlavə 2)
Heç bir təklifin bu TTD-i tələblərinə uyğun olmadığı təqdirdə QİP hər hansı bir TQ ilə müqavilə bağlamamaq hüququnu özündə saxlayır. TTD-də göstərilən vaxt və tarixdən sonra təqdim olunan təkliflərə baxılmayacaqdır.
SUALLARIN VERİLMƏSİ
Bu TTD-yə dair hər hansı bir sual 15 dekabr, 2017-ci il saat 06:00 PM (Bakı vaxtı) qədər göstərilən elektron poçt ünvanına recruitment.wpp@counterpart.org təqdim edilməlidir. Suallar yalnız yazılı şəkildə verilməlidir; telefon zəngləri qəbul edilmir.
Sizin tərəfinizdən yalnız yazılı şəkildə alınmış cavablar QİP-in rəsmi cavabı kimi qiymətləndirilə bilər.
SEÇİM BARƏDƏ MƏLUMATIN VERİLMƏSİ
Müqavilənin bağlanması üçün seçilmiş TQ ilə elektron poçt vasitəsilə əlaqə saxlanılacaq. Bundan əvvəl hər hansı bir aydınlaşdırılmalar aparıla bilər və qiymət təkliflərində zəruri dəyişikliklərin aparılması təklif oluna bilər.
Əlavə 1: Qiymət Təklifi Forması
Nəzərə almanız xahiş olunur ki, hər hansı bir ofis avadanlığı (kompüterlər, printer, surətçıxarıcı avadanlıq, faks, telefonlar, foto və video kamera və sairə) və mebel qiymət təklifinə daxil edilə bilməz.
#
|
Fəaliyyət/Təfsilat
|
Vahid/Ədəd
|
Vahidin/Ədədin sayı
|
Bir ədədin qiyməti
AZN
|
Ümumi Məbləğ
AZN
|
1
|
|
|
|
|
|
2
|
|
|
|
|
|
|
Qeydlər
|
|
|
|
|
Ümumi məbləğ:
|
|
|
|
Digər xərclər (Təsvir:______________________) :
|
|
GRAND TOTAL AZN:
|
|
Əlavə 2:
Bu müsaiyət məktubu TQ-nin bir nümayəndəsi tərəfindən imzalanmalıdır:
Kimə: USAID Qadın İştirakçılığı Proqramı
TTD nömrəsi: WPP/001/17
Aidiyyatı olan şəxslərə:
Biz, aşağıda imza edən şəxslər WPP/001/17 nömrəli TTD-də göstərilən fəaliyyətlərin həyata keçirilməsinə dair qiymət təklifini Sizə təqdim etmək istərdik.
Biz WPP/001/17 nömrəli TTD-də göstərilən tələb və qaydalarla razı olduğumuzu bəyan edirik.
Bundan əlavə məsuliyyətlə bildirmək istərdik ki:
-
Bizim təlimçilər qrupunun heç bir üzvünün QİP –in hər hansı bir işçisi ilə nə ailə nə də maliyyə əlaqələrimiz yoxdur;
-
Bizim təlimçilər qrupunun üzvlərinin bir biri ilə və müsabiqədə iştirak edən digər TQ-nin üzvləri ilə nə ailə nə də maliyyə əlaqələri yoxdur; və
-
Təklifdə verilən qiymətlərin hər hansı biri müsabiqədə iştirak edən digər TQ-nın üzvlərilə müzakirə edilməmiş və onlarla qiymətlərə dair hər hansı bir əlaqə yaradılmamışdır. Qiymət təklifləri müstəqil şəkildə hazırlanmışdır.
-
Əlavə sənədlərdə göstərilən məlumatların hamısı həqiqətə tam uyğundur.
-
Biz QİP-in saxta məlumatlara dair mübarizə apardığını başa düşürük və qəbul edirik.
Biz təsdiq edirik ki, təqdim olunan sənədlərdə göstərilən bütün məlumatlar doğrudur və həqiqətə uyğundur.
İmza:
Ad, Soyad :
Tarix:
Ünvan:
Telefon:
VÖEN:
TQ üzvlərinin bank hesabları mövcuddurmu (Hə/Yox)?
Dostları ilə paylaş: |