Tələb və təklif iqtisadçıların ən çox istifadə etdiyi iki sözdür.
Tələb və təklif iqtisadçıların ən çox istifadə etdiyi iki sözdür.
Tələb və təklif bazar iqtisadiyyatlarının işləməsini təmin edən güclərdir.
Müasir mikroiqtisadiyyat tələb, təklif və bazar tarazlığından bəhs edir.
BAZARLAR VƏ RƏQABƏT
Bazar müəyyən məhsul və xidmətin alıcı və satıcılarının məcmusudur.
Təklif və tələb əhalinin davranışını əks etdirir... bazarlarda onların bir-biri ilə qarşılıqlı əlaqəsi kimi.
BAZARLAR VƏ RƏQABƏT
Alıcılar tələbi müəyyən edir.
Satıcılar təklifi müəyyən edir.
Rəqabətli bazarlar
Rəqabətli bazar elə bazardır ki, burada hər hansı birinin bazar qiyməti üzərində əhəmiyyətli təsiri olmayan çoxlu sayda alıcı və satıcı mövcuddur.
Rəqabət: Mükəmməl olan və olmayan
Mükəmməl rəqabət
Əmtəələr eynidir.
Müəyyən sayda alıcı və satıcının hər birinin qiymət üzərində elə bir təsiri yoxdur.
Alıcılar və Satıcılar qiymətlə razılaşanlardır.
İnhisar
Bir satıcı var və qiyməti satıcı müəyyən edir.
Rəqabət: Mükəmməl olan və olmayan
Oliqapoliya
Bir neçə satıcı var.
Heç də həmişə kəskin rəqabət yoxdur.
İnhisarçı Rəqabət
Çoxlu satıcılar var.
Bir-birindən çox az fərqləndirilmiş əmtəələr var.
Hər satıcı öz əmtəəsinin qiymətini formalaşdıra bilir.
TƏLƏB
Tələb həcmi alıcıların arzu etdiyi və satın ala bildiyi əmtəə miqdarıdır.
Tələb Qanunu
Tələb qanununa görə digər şərtlər sabit qaldıqda, bir əmtəənin qiyməti yüksəldiyi zaman o əmtəənin tələb həcmi aşağı düşür.
Tələb əyrisi: Qiymət və Tələb Həcmi arasında əlaqə
Tələb Cədvəli
Tələb Cədvəli əmtəənin qiyməti ilə ona olan tələb həcmi arasındakı əlaqəni göstərir.
Türkanın Tələb Cədvəli
Tələb əyrisi: Qiymətlə Tələb Həcmi arasında əlaqə
Tələb Əyrisi
Tələb Əyrisi əmtəənin qiyməti ilə onun tələb həcmi arasındakı əlaqəni əks etdirən qrafikdir.
Qrafik 1. Türkanın Tələb Cədvəli və Tələb Əyrisi
Fərdi Tələbə qarşı Bazar Tələbi
Bazar tələbi müəyyən əmtəə və xidmət üçün bütün fərdi tələblərin məcmusunu əks etdirir.
Qrafiki olaraq, bazar tələbi əyrisini əldə etmək üçün fərdi tələb əyrilərini üfüqi toplamaq tələb olunur.
Tələb Əyrisində Sürüşmələr
Tələb Həcmində Dəyişmə
Dəyişmə tələb əyrisi boyunca baş verir.
Məhsulun qiymətindəki dəyişmə buna səbəb olur.
Tələb Həcmində Dəyişmələr
Tələb Əyrisində Sürüşmələr
İstehlakçı gəliri
Əlaqəli əmtəələrin qiymətləri
Zövqlər
Gözləntilər
Alıcıların sayı
Tələb Əyrisində Sürüşmələr
Tələbdə Dəyişmə
Tələb əyrisində sürüşmə ya sağa, ya da sola doğru olur.
Buna hər qiymət səviyyəsində tələb həcminə təsir göstərəcək hər hansı bir dəyişmə səbəb olur.
Qrafik 3. Tələb Əyrisində Sürüşmələr
Tələb Əyrisində Sürüşmələr
İstehlakçı Gəliri
Gəlir artdıqda normal əmtəəyə olantələb də artacaqdır.
Gəlir artdıqda keyfiyyətsiz əmtəəyə olan tələb azalacaqdır.
İstehlakçı Gəliri Normal Əmtəə
İstehlakçı Gəliri Keyfiyyətsiz Əmtəə
Tələb Əyrisində Sürüşmələr
Əlaqəli Əmtəələrin Qiymətləri
Bir əmtəənin qiymətinin düşməsi digər bir əmtəəyə tələbi azaldırsa, onda bu iki əmtəə əvəzedicilər adlandırılır.
Bir əmtəənin qiymətinin düşməsi digər bir əmtəəyə tələbi artırırsa, onda bu iki əmtəə tamamlayıcılar adlandırılır.
Cədvəl 1. Alıcılara təsir edən dəyişənlər
TƏKLİF
Təklif həcmi satıcıların satmaq istədikləri və sata bildikləri əmtəə miqdarıdır.
Təklif Qanunu
Təklif qanuna görə digər şərtlər sabit qaldıqda, əmtəənin qiymətinin qalxması onun təklif həcmini artırır.
Təkli Əyrisi:Qiymət və Təklif Həcmi arasında Əlaqə
Təklif Cədvəli
Təklif Cədvəli əmtəənin qiyməti ilə onun təklif həcmi arasındakı əlaqəni göstərir.
Türkelin Təklif Cədvəli
Təklif Əyrisi: Qiymətlə Təklif Həcmi arasındakı Əlaqə
Təklif Əyrisi
Təklif əyrisi əmtəənin qiyməti ilə onun təklif həcmi arasındakı əlaqəni göstərən qrafikdir.
Qrafik 5 Türkelin Təklif Cədvəli və Təklif Əyrisi
Fərdi Təklifə qarşı Bazar Təklifi
Bazar təklifi müəyyən əmtəə və ya xidmətin bütün satıcılarının fərdi təkliflərinin məcmusunu əks etdirir.
Qrafiki olaraq, bazar təklifi əyrisini əldə etmək üçün fərdi təklif əyrilərini üfüqi toplamaq tələb olunur.
Təklif Əyrisində Sürüşmələr
Xammal qiymətləri
Texnologiya
Gözləntilər
Satıcıların sayı
Təklif Əyrisində Sürüşmələr
Təklif Həcmində Dəyişmə
Dəyişmə təklif əyrisi boyunca baş verir.
Məhsulun qiymətindəki dəyişmə buna səbəb olur.
Təklif Həcmində Dəyişmə
Təklif Əyrisində Sürüşmələr
Təklifdə Dəyişmə
Təklif əyrisində sürüşmə ya sağa, ya da sola doğru baş verir.
Buna qiymətdən başqa hər hansı determinantda baş verən dəyişmə səbəb olur.
Qrafik 7. Təklif Əyrisində Sürüşmələr
Cədvəl 2. Satıcılara Təsir edən Dəyişənlər
TƏKLİF VƏ TƏLƏB BİRLİKDƏ
Tarazlıq müəyyən bir qiymət səviyyəsinin tələb və təklif həcmini bərabərləşdirdiyi bir vəziyyətdir.
TƏKLİF VƏ TƏLƏB BİRLİKDƏ
Tarazlıq qiyməti
Tələb və təklif həcmini bərabərləşdirən qiymətdir.
Qrafikdə tələb və təklif əyrilərinin kəsişdiyi nöqtədəki qiymət səviyyəsidir.
Tarazlıq həcmi
Tarazlıq qiymətindəki tələb və təklif həcmidir.
Qrafikdə tələb və təklif əyrilərinin kəsişdiyi nöqtədəki həcmdir.
TƏKLİF VƏ TƏLƏB BİRLİKDƏ
Qrafik 8: Tələb və Təklifin Tarazlığı
Qrafik 9: Bazarlar tarazlıqda deyil
Tarazlıq
Artıqlıq
Nə vaxt qiymət > tarazlıq qiyməti, təklif həcmi > tələb həcmi.
Tələb artıqlığı və ya artıq mövcuddur.
Təklif edənlər (satıcılar) satışları artırmaq üçün qiyməti tarazlıq səviyyəsi əldə olunanadək aşağı salacaqlar.
Tarazlıq
Qıtlıq
Nə vaxt qiymət < tarazlıq qiyməti, tələb həcmi > təklif həcmi.
Artıq tələb və ya qıtlıq mövcuddur.
Təklif edənlər qiymətləri hədsiz çox alıcının məhdud sayda əmtəəni almaq üçün mübarizə apardığı müəddətcə yüksəldəcəkdir ki, nəticədə də tarazlıq səviyyəsi əldə olunacaqdır.
Qrafik 9. Bazarlar tarazlıqda deyil
Tarazlıq
Tələb və təklif qanunu
Əmtəənin qiymətinin özü-özünü tənzimləyərək tələb həcmi ilə təklif həcmini tarazlaşdıracağını nəzərədə tutan nəzəriyyə.
Tarazlıqdakı dəyişikliklərin təhlilində 3 addım
Tələb və təklif əyrilərində (və ya hər ikisində) sürüşmələrə səbəb olan hadisələrin olub olmadığını müəyyən etmək.
Əyri və ya əyrilərin sağa, yoxsa sola doğru sürüşüb sürüşmədiyini müəyyən etmək.
Təklif və tələb diaqramlarından istifadə edərək sürüşmənin tarazlıq qiyməti və həcminə necə təsir göstərdiyini görmək.
Qrafik 10: Tələbdə artım tarazlığa necə təsir göstərir
Tarazlıqdakı dəyişikliklərin təhlilində 3 addım
Əyrilərboyu dəyişməyə qarşı əyrilərin sürüşməsi
Təklif əyrisində sürüşmə təklifdə dəyişmə deməkdir.
Sabit təklif əyrisi boyunca dəyişmə təklif həcmində dəyişmə deməkdir.
Tələb əyrisində sürüşmə tələbdə dəyişmə deməkdir.
Tələb əyrisi boyunca dəyişmə tələb miqdarında dəyişmə deməkdir.
Qrafik 11: Təklifdə azalma tarazlığa necə təsir göstərir
Cədvəl 4: Təklif və Tələb dəyişdiyi zaman qiymət və miqdarda nə baş verir?
Xülasə
İqtisadçılar tələb və təklif modelini rəqabətli bazarları təhlil etmək üçün istifadə edir.
Rəqabətli bazarda çoxlu sayda alıcı və satıcı mövcuddur ki, onların da hər birinin bazar qiyməti üzərində ya heç bir, ya da çox az təsiri vardır.
Xülasə
Tələb əyrisi əmtəə tələb miqdarının qiymətdən necə asılı olduğunu göstərir.
Tələb Qanununa görə əmtəətinin qiyməti aşağı düşdükdə tələb miqdarı artır. Beləliklə tələb əyrisi aşağıya doğru meyl edir.
Qiymətə əlavə olaraq, istehlakçının satın almasına təsir göstərən faktorlar gəlir, əvəzedici və tamamlayıcı əmtəələrin qiyməti, zövqlər, gözləntilər və alıcı sayıdır.
Əgər bu faktorların birində dəyişmə olarsa, tələb əyrisi sürüşəcəkdir.
Xülasə
Təklif əyrisi əmtəənin təklif miqdarının qiymətdən necə asılı olduğunu göstərir.
Təklif Qanununa görə əmtəənin qiyməti yüksəldikdə təklif miqdarı da yüksələcəkdir. Beləliklə təklif əyrisi yuxarıya doğru meyl edəcəkdir.
Qiymətə əlavə olaraq, istehsalçıların təklifinə təsir göstərən digər faktorlar xammal qiymətləri, texnologiya, gözləntilər və satıcı sayıdır.
Əgər bu faktorların birində hər hansı bir dəyişmə olarsa, təklif əyrisi sürüşəcəkdir.
Xülasə
Bazar tarazlığını tələb və təklif əyrilərinin kəsişməsi müəyyən edir.
Tarzalıq qiymətində tələb həcmi təklif həcminə bərabər olur.
Alıcı və satıcıların davranışı təbii olaraq bazarları öz tarazlığına doğru sürükləyir.
Xülasə
Hər hansı bir hadisənin bazara necə təsir göstərdiyini təhlil etmək üçün biz təklif və tələb diaqramları yolu ilə bu hadisələrin tarazlıq qiyməti və həcminə necə təsir etdiyini öyrənirik.
Bazar iqtisadiyyatlarında qiymətlər iqtisadi qərar alma və beləliklə də resurs bölgüsü üçün yol göstərici siqnallardır.
TÖVSİYƏ OLUNAN ƏDƏBİYYATLAR
Nick Wilkinson, “Managerial Economics: A Problem-Solving Approach”, Cambridge University Press, 2005
Gregory Mankiw, “Principles of Microeconomics”, Cengage Learning, 2011
Luke M. Froeb, Brian McCann, “Managerial Economics: A Problem-Solving Approach”, Thomson South-Western, 2008
Michael R. Baye, “Managerial Economics and Business Strategy”, McGraw-Hill/Irwin, 2010
İbrahim Özer Ertuna, “Yönetim Ekonomisi”, Okan Üniversitesi Yayınları, 2009
Qreqory Mənkyu, “Ekonomiksin Əsasları”, Bakı, ADİU, 2010