Dövlət büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Milli Məclisi və onun Hesablama Palatası həyata keçirir. Yəni büdcəyə nəzarətin iki formasından istifadə edilir: qanunvericilik və inzibati
Inzibati nəzarəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığı, Naxçıvan MuxtarRespublikasının Maliyyə-İqtisadiyyat Nazirliyi və bələdiyyələrin maliyyə orqanları, büdcə təşkilatlarının baş mühasibləri həyata keçirirlər. Dövlət büdcəsinin icrası prosesində büdcənin gəlirləri üzrə faktiki daxilolmalar ilin birinci yarısı üzrə nəzərdə tutulan göstəricilərdən 30% az olduqda, müdafiə olunmuş xərc maddələrinin maliyyələləşdirilməsi üçün vəsait çatmadıqda, büdcə kəsirinin nisbi göstəricisi təsdiq olunmuş səviyyəni keçdikdə və ilin sonunadək yuxarıda göstərilənləri aradan qaldırmaq barədə əsaslandırılmış təklif olmadıqda müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Milli Məclisi qarşısında oktyabr ayının 1-dən gec olmayaraq büdcə xərclərinin (müdafiə olunmuş maddələr istisna olunmaqla)ilin qalan ayları üzrə proporsional ixtisarı mexanizminin tətbiqi (
Dostları ilə paylaş: |