hər bir nüsxəsinin üzərinə “surəti” sözü əlavə olunmalıdır. Məsələn,
“Azərbaycan Respublikası Təhsil Nazirliyinə”. Surəti: “Bakı şəhər
icra hakimiyyətinə”. Belə olan hallarda işgüzar məktubun göndərildiyi
birinci şəxs və ya təşkilat həmin məktuba cavab verməlidir. Məktubun
surəti göndərildiyi şəxsin və ya təşkilatın cavabı məcburi deyildir;
* Hər bir işgüzar məktubun konkret mövzusu olmalıdır. Bu, qarşı tərəfin
vaxtına qənaət deməkdir. Belə ki, digər yazışmalar arasında
göndərilən məktublar içərisində konkret mövzulu məktub asanlıqla
tapılır və ona cavab verilməsinə kömək edir;
* İşgüzar məktub salamlaşma ilə başlayır, sonra onun ünvanlandığı
şəxsə və təşkilata müraciətlə davam etdirilir. Bu hal qarşı tərəfin vacib
bir şəxs olması qənaətinə gəlməsinə səbəb olur.
Yazılı işgüzar üsluba aid nümunələr
ARAYIŞ
İdarənin ştampı
Həqiqətən Kamran Rahib oğlu Rəsulzadə 15 noyabr 1985-ci ildə anadan olmuş və
hal-hazırda Bakı şəhəri, Şərifzadə küçəsində yerləşən 15 evin nömrəli 14 nömrəli
mənzilində yaşayır. Arayış 95 nömrəli bağçaya təqdimolunmaq üçün verilir.
Mənzil istismar səhəsinin rəisi:
İmza:
(N. Kerimov)
Nümunə 2
Əmr
Bakı şəhəri 16 aprel 2018-ci il
Gənc alimlərin Respublika elmi-nəzəri konfransında mükafata layiq
yerlər tutduguna görə universitetin aşagıda adları göstərilən aspirantlarına
təşəkkür elan edilsin.
1.Vüsal Hətəm oglu Əzimov- Avtomatika və idarəetmə kafedrasının
aspirantı
2. Aysun Dilqəm qızı Rəcəbli-İqtisadiyyat və statistika kafedrasının
Aspirantı
Rektor: R.Vəliyev
Diqqətiniz
üçün
təşəkkürlər.
Dostları ilə paylaş: |