Tələbə: Əli Əzizov Qrup: 532a Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu: Sənəd yazılı işgüzar ünsiyyətin əsas məhsulu kimi Müəllimə



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix24.12.2022
ölçüsü0,68 Mb.
#121751
növüYazı
1   2   3   4   5   6
ADİAKxx-Reduced

*Dilin maksimum mükəmməlliyi;
*Fikrin tam aydınlığı;
*Fikrin (sözlərin) birmənalılığı;
*Fikrin hüquqi cəhətdən əsaslılığı (əsaslandırılması)
*Dil yığcamlığı
Rəsmi sənədin əsas şərti (həcmindən asılı olmayaraq) dil yığcamlığıdır. Rəsmi sənədlər
millətin dövlətçilik mədəniyyətini əks etdirir. Buna görə də həmin sənədlərin mükəmməl
tərtibinə xüsusi diqqət yetirilir. İşgüzar sənədlər isə ayrı-ayrı vətəndaşlara aid olur. Ərizə, 
tərcümeyi-hal, akt, xasiyyətnamə, elan, reklam və s. işgüzar sənədlərdir. İşgüzar sənədlər
hamı üçün eyni olan standart formalarda hazırlanır. Belə sənədlər xüsusi dövlət əhəmiyyəti
daşımır.


Rəsmi işgüzar yazılı dil aşağıdakı sənədləri əhatə edir: konstitusiya; qanunlar; 
Prezidentin fərmanları; sərəncamları; Nazirlər Kabinetinin qərarları; diplomatik sənədlər;
rəsmi yazışmalar; müvafiq məcəllələr; təhsilə və tibbə aid sənədlər; məhkəmə
sənədləri; ticarət müqavilələri; rabitə sənədləri; hərbi sənədlər; sahə
nizamnamələri; əsasnamələri; qaydalar; göstəriş və təlimatlar; müxtəlif idarə və
nazirliklərin yazışmaları; tövsiyyələr; məktublar; ərizələr; əmr və protokollar;
aktlar; tərcümeyi-hal; etibarnamələr; arayışlar; təqdimatlar; iltizamnamələr;
müqavilələr və s. Qeyd oluanan bu sənədlərin hər biri müxtəlifliyi, leksik və
qrammatik xüsusiyyətləri baxımından bir-birindən fərqlənir. Beləliklə, müəyyən
yarımüslublara – qollara ayrılırlar: diplomatiya, hüquq, təhsil, rabitə, ticarət və s.
Bunların hər birinin özünəməxsus xüsusiyyətləri olsa da, ümumi cəhətləri odur ki,
işgüzar yazılı üslubun tələblərinə cavab verirlər. İşgüzar yazılı dilin özünəməxsus
leksik, morfoloji və sintaksis xüsusiyyətləri vardır. 

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin