Tələbə: Əlizadə Günel Qrup: 27/01 Kurs: LL Müəllim: Novruzova Zöhrə



Yüklə 58,32 Kb.
səhifə3/3
tarix11.06.2023
ölçüsü58,32 Kb.
#128042
1   2   3
Sənəd (4) (2)

Sosial xidmətin məqsədi vətəndaşların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısını almaqdan, çətin həyat şəraitinin əmələ gəldiyi hallarda ehtiyacı olan şəxslərə sosial xidmətin göstərilməsini təmin etməkdən ibarətdir.
Sosial xidmətin əsas vəzifəsi yardıma ehtiyacı olan şəxsə kömək göstərmək, onların hüquq və
Maraqlarını müdafiə etmək, son nəticədə şəxsin müstəqil fəaliyyət göstərmək qabiliyyətini təmin
Etməkdir. Odur ki, sosial işçilər sifarişçinin fərdi psixologiyasına yaxından bələd olmalıdırlar.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi dövrdən başlayaraq əlillərin sosial vəziyyətinin yaxşılaşdırılmasıistiqa mətində ardıcıl və məqsədyönlü iş aparılaraq onların tibbi, sosial və peşə reabilitasiyası, məşğulluğunun təmin olunması, mənzil məişət problemlərinin həlli üçün bir sıra tədbirlər həyata keçirilmiş. Bu məqsədlə çoxsaylı Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları qəbul Əlillərin reabilitasiyasını, onların cəmiyyətə inteqrasiyasını və digər tədbirlərin kompleks şəkildə yerinə yetirilməsini təmin etmək və “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələlərin həlli məqsədilə 1999-cu il mayın 14-də Azərbaycan Respublikası Prezidentinin 155 nömrəli sərəncamı ilə “Əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası üzrə 1999 2000-ci illər üçün Dövlət Proqramı” təsdiq edildi. Proqramda əlillərin tibbi, sosial, məişət və digər problemlərinin həlli sahəsində əməli tədbirlərin hay keçirilməsi məqsədilə onların reabilitasiyasının elmi-metodiki və hüquqi təminatı, tibbi-sosial ekspertiza xidmətinin müasir tələblərə uyğun təşkili və onun normativ hüquqi bazasının təkmilləşdirilməsi, ixtisaslı tibbi xidmət sistemi ilə təmin olunması. əlilliyin profilaktikası, əlillərə münasib əmək və mənzil məişət şəraitinin yaradılması. Yeni iş yerlərinin açılması üçün təşkilati tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.Azərbaycan Respublikasının Qanununa asasan şəxsin sosial müavinət almaq hüququ şəxsin “amak qabiliyyati olmayan şəxslar” anlayışı ilə əlaqələndirilmişdir. Həmin qanununa əsasən 62 Yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər. 3 və daha çox uşaq dogub 8 yaşınadək tərbiy etmiş,yaxud sağlamlıq imkanları mahdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlarlar, ana vəfat etdiyina, yaxud analıq hüququndan mahrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbati nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər əmak qabiliyyəti olmayan şaxslər” kimi xarakterizə olunmuşdur.BMT-nin Baş Assambleyası tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilmiş qətnaməyə əsasən hər il oktyabr ayının 1-i bütün dünyada beynəlxalq ahıllar günü kimi qeyd Olunur. Azərbaycan Respublikasında ahıl vatandaşların sosial vaziyyatinin yaxşılaşdırılması və onlara dövlət qayğısının artıniması maqsədilə BMT Baş Assambleyasının əhalinin qocalması Problemləri üzrə Beynalxalq Fəaliyyət Planından (Madrid, 2002-ci il 12 aprel) gəlan vazifələrə əsaslanaraq 2006-cı il 17 aprel tarixdə AR Prezidenti tərəfindən “Ahıl vətəndaşlann sosial müdafiasinin gücləndirilmasi üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramı ölkənin mövcud iqtisadi, sosial və demografik proseslərinin inkişaf xüsusiyyətlərini nazərə alaraq, ahıl vatandaşların sosial taminatının sosial-mədəni təlabatlarının ödənilmasi, saglamligin qorunması sahəsində tədbirlərin gücləndirilmasini nazardaə tutur. Artıq Dövlət proqramına uygun olaraq əmak pensiyalarının baza hissasinin məbləginin yaşayış minimumu saviyyəsinə çatdınlmasına nail olunmuşdur. Programa uygun olaraq qarşıda icrası vacib masalalar aşağıdakılardır:
-Tanhava başqasının köməyinə ehtiyacı olan ahıllar üzrə arazi informasiya bazasının
Yaradılması:
-Ahıl və tənha vətəndaşların sosial mūdafiasinin yaxşılaş- dırılması üçün tanha, harakat
Qabiliyyəti məhdudlaşmış ahıllara sosial xidmətlarin, o cümlədən evda xidmət işinin
Təkmillasdirilmasi:
-İnternat evlarind,ə pansionatlarda yaşayan ahil vətəndaşlar üçün tibbi xidmət səviyyəsinin
Yüksəldilməsi:
-Dövlet təminatında, internat evlərində, pansionatlarda yaşayan ahılların ayrı-ayrı imkanlı hüquqi
Va fiziki şaxslar tarafindan himayayə götürülmasi tacrübasinin genişlandirilmasi;
-Ahil vətandaşlar üçün sosial müdafiə məsalalarinə dair hüquqi məsləhat xidmətinin inkişafı
-Tanha ahıl vətandaşların mənzillarinin yangın və s. Təhlükəsizliyinin tamin edilmasi:

Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (25 avqust 1992-ci il)


Ölkəmizin müstəqilliyini *Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaq ların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə əlil anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Anlayışdan göründüyü kimi, əlil əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşmış şəxsdir ki, onun da sosial yardıma və
Müdafiəyə ehtiyacı vardır. Burada əlillik əsasən üç səbəblə əlaqələndirilmişdir. Bu səbəblər anadan gəlmə qüsurlar, sonradan yaranmış xəstəliklər (travmalar, yara lanmalar). Xəsarətlərdir. Onun nəticəsi isə insanın həyat fəaliyyətinin məhdudlaşması, əmək qabiliyyətinin bu və ya digər
Də- rəcədəitirilməsidir. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 15-də qəbul edilmiş
“Əlillərin hüquqları haqqında” Konvensiyaya (Azərbaycan Respublikası 2008-ci il 2 oktyabr tarixli 687-IIIQ nömrəli qanunla bu Konvensiyaya qoşulmuşdur) əsasən əlillərə müxtəlif manealərlə qarşılıqlı təsir zamanı onların digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan insanlar aiddir. Konvensiyada əlilliyə bir qədər fərqli prizmadan anlayış verilir və əlilin həyat fəaliyyətininməhdudlaşmasının meyarı kimi müxtəlif maneələrlə qarşılıqlı təsir əsas götürülür. Əlillik dərəcələrini (qrupunu). Müddətini və səbəbini tibbi sosial ekspert komissiyaları müəyyən edir. Şəxsin həyat fəaliyyə tinin məhdudlaşması dərəcəsindən asılı olaraq *Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında 1, II və III qrup əlillik təyin edilir və “Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının
Məhdudluğu müəyyən edilir. Təhlillər göstərir ki. Azərbaycan Respublikasında əlilliyin dinamikasına bir sıra amillər öz
Təsirini göstərmişdir. Ermənistanın Əlillik səbəbləri əsasən aşağıdakılardır: ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-da qəzanın ləğvi ilə bağlı əlillik, Çernobıl AES-də
Hərbi xidmətlə əlaqədar əlillik, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar əlillik, hərbi xidmət dövrü ilə əlaqədar əlillik, hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqa dar əlillik, hərbi
əməliyyatlar keçirilən zonada olmaqla alillik. Müharibə əlilliyi, Azərbaycan Respublikasının ərazi bütövlüyü nün müdafiəsi ilə əlaqədar əlillik. Əlilliyin başvermə səbəblərinə görə əlilləri əsasən aşağıdakı kimi təsnifləşdirmək olar: Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslər (müharibə əlilləri);
- müharibə əlillərinə bərabər tutulan əlillər;
- 20 Yanvar əlilləri;
Çernobil qəzası zamanı əlil olmuş şəxslər;
İstehsalat qəzası və peşə xəstəliyi nəticəsində əlil olanlar:

  • Ümumi səbəbdən (yuxarıda qeyd olunan kateqoriyalara daxil

Əlillərin sosial müdafiəsi tədbirləri çox geniş əhatə dairəsinə malikdir. Bu tədbirlər əsasən
Onların itirilmiş əmək qabiliyyət lərinin kompensasiyasını, sağlamlıqlarının bərpasını, maddi və
s. Tələbatlarının ödənilməsini əhatə edir.Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək və sanatoriya-kurort müalicəsi ilə ilk
növbədə təmin olunmaq hüququ vardır. Əlillər tibbi xidmətlə, tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriyakurort müalicəsi ilə, həmçinin protez-ortopediya məmulatı, diş protezləri (qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla), əlil kreslo və veloarabalari, bərpa vasitələri ilə təmin edilirlər. “İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilmə sində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli, 103 nömrəli qərarı ilə əlillərin kreslo-veloaraba ları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi məsələləri tənzimlənmişdir. Hazırda əlillər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli, 128 nömrəli qərarı ilə müəyyən olunmuş qaydada sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər. Əlillərə mənzil-məişət xidməti. Qanuna əsasən “əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. 1 qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailə lərinə mənzillər növbədənkənar verilir. Eyni zamanda, qanunda əlillərin yaşayış sahəsini seçmək hüququ, onların mənafelərinə uyğun yerdə və mərtəbələrdə verilməsi məsələləri təsbit olun muşdur. Lakin hazırda boş dövlət mənzil fondunun olmaması bu müddəaların həyata keçməməsinə səbəb olur. Lakin ölkə baş çısının tapşırıqlarına əsasən hazırda
müharibə əlilləri üçün dövlət büdcəsinin vəsaitləri hesabına yaşayış binalarının tikintisi həyata keçirilir. Son illərdə Qarabağ müharibəsi və 20 Yanvar əlilləri dövlət vəsaiti hesabına mənzillərlə təmin olunurlar. Ölkəmizdə məcburi köçkün və qaçqın problemlərinin həlli daim aktual olmuş və dövlət
siyasətinin prioritet istiqamət lərindən birini təşkil etmişdir. Bu sahədə görülən tədbirlər o qədər geniş və çoxsaylıdır ki, onları tam əhatə etmək mümkün deyildir. Burada əsasən hüquqi məsələlər, yəni qaçqın və məcburi köçkün statusu və bu statusun verilməsi qaydası, onların sosial müdafiəsinin hüquqi tənzimlənməsi məsələləri şərh ediləcəkdir. Qaçqınlar və məcburi köçkünlər əhalinin xüsusi həssas qrupu hesab edilir.
Qaçqın anlayışı və qaçqın statusunun verilməsi qaydası, qaçqın statusu almaq istəyən şəxsin Azərbaycan Respublikasının ərazisinə buraxılması qaydası, qaçqın statusunun verilmədiyi hallar. Qaçqınların hüquqları və vəzifələri Azərbaycan Respublikasının da tərəfdar çıxdığı Birləşmiş
Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” Konvensiyası (1951-ci il), “Qaçqınların
Statusu haqqında 1967-ci il Protokolu və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilindəköçürülmüş şəxslərin) statusu çox genişdir. Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan
Respublikasına gəlmiş və daimi məskunlaşmamış etnik azərbaycanlıların sosial müdafiəsini daha səmərəli təşkil etmək üçün onlar digər qaçqın statuslu şəxslərdən ayrılaraq məcburi köçkünlərə bərabər tutulurlar və məcburi köçkünlərin güzəştlərindən istifadə edirlər. Statusu çox genişdir.
Ermənistan Respublikasında və başqa dövlətlərdə aparılan etnik təmizləmə nəticəsində daimi yaşayış yerlərini tərk edib Azərbaycan Respublikasına gəlmiş və daimi məskunlaşmamış etnik azərbaycanlıların sosial müdafiəsini daha səmərəli təşkil etmək üçün onlar digər qaçqın statuslu şəxslərdən ayrılaraq məcburi köçkünlərə bərabər tutulurlar və məcburi köçkünlərin
Güzəştlərindən istifadə edirlər. Qanunvericilikdə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosialmüdafiə tədbirləri nəzərdə tutulmuşdur:
Müvəqqəti yaşayış sahəsi ayırmaq;
Maşğulluğa kömək;
Sosial və maddi təminat;
Məhsil hüququna dəstək:
Nəqliyyat və mənzil-kommunal güşətləri, habelə digər güzəştlər.
Azərbaycan Respublikasının qanunvericiliyi ilə məcburi köç künlərə digər sosial müdafiə tədbirləri də müəyyən edilə bilər.

Nəticə
Sosial xidmət bir anlayış və sahə kimi formalaşdığı zamandan bəri hər zaman sıravi insanlar və dövlətlərlə yanaşı beynəlxalq təşkilatların və şirkətlərin də diqqətini də özünə çəkmişdir. Təsadüfi deyil ki böyük şirkətlər bəzən sərmayə yatırmaq istədikləri ölkəyə gəlməzdən öncə oradakı sosial siyasəti, xidmət səviyyəsini və bu sahədə olan məhkəmə-hüquq sistemini araşdırılar. Ötən əsrin 2-ci yarısından başlayaraq bu günə qədər geniş elmi və praktik araşdırmalar aparılıb və bunlara əsasən, belə nəticəyə gəlmək olar ki hər bir ölkənin ümumi inkişaf, dayanıqlılıq səviyyəsi o ölkədəki sosial xidmətlərin təşkilindən və çatdırılmasından asılıdır. Çünki bu elə bir sahədir ki hər birimizin həyatını məşğul edir və tez-tez bu sahəyə müraciət etməli oluruq. Sosial xidmətlər yayılma miqyasından asılı olmayaraq, fərd və qrupları birləşdirici amil kimi çıxış etməklə həm də sosiallaşmada önəmli çəkiyə malikdir. Bunun formalaşma sxemi, şəbəkəsi qruplarla, təşkilatlarla dövləti yaxınlaşdırır, birgə əməkdaşlığa şərait yaradır və eyni zamanda bu ikisi arasında da müəyyən hallarda konfliktlərin qarşısını alır. Avropa modelində görülən sosial xidmətlərin dövlətin bir institutuna çevrilməsi də bu zəmində baş verir. Rifah dövləti və sosial xidmət tiplərinin məhz cəmiyyət-dövlət kontekstində araşdırılması, bunun yardım və xeyriyyə yolundan daha çox ölkədə sosial-iqtisadi möhkəmliyi təmin edən faktora çevrilməsi baxımından əhəmiyyətlidir. Sosial hüquqlarının eyni zamanda universal haqq olması və bunun beynəlxalq sənədlərdə əksini tapması bu sahənin inkişafının həm də ölkədə hüquqi irəliləyişlərə, sosial demokratik islahatlara yol açması prizmasından da əhəmiyyətlidir. Bütün bunlar isə son nəticədə cəmiyyətin və dövlətin həmahəng inkişafı və sosial harmoniyanın təmin olunmasına yol açır.

Ədəbiyyat siyahısı
https://www.au.edu.az/upload-files/menu/fenlerin_tesviri/AU_Sosial_ish_fenlerin_tesviri.pdf
https://www.researchgate.net/publication/362482101_SOSIAL_XIDMT_SAHSININ_INKISAF_TARIXI
https://ikisahil.az/post/131791-dovletimiz-bir-chox-sosial-proqramlar-reallashdirir
https://e-qanun.az/framework/23195
https://khanahmadli.wordpress.com/2019/01/26/sosial-xidm%C9%99t-n%C9%99dir/



Yüklə 58,32 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin