Tələbə: Esmira Nagiogli Qrup: 59. 21 Tədris ILI: Fənn: Ümumi kimya-1



Yüklə 25,63 Kb.
səhifə1/5
tarix05.05.2023
ölçüsü25,63 Kb.
#126416
  1   2   3   4   5
Azərbaycan Dövlət Neft və Sənaye


Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti


Kafedra: KTF
Fakültə: Kimya texnologiya fakültəsi
Tələbə: Esmira Nagiogli
Qrup: 359.21
Tədris ili: 1
Fənn: Ümumi kimya-1
Müəllim: Tahirə Hüseynova
Mövzu: Azerbaycanda kimya sənayesi ve inkişaf perspektivleri

Plan


1. Azərbaycanda kimya sənayesinin ilk yaranma tarixi
2. İlk pirogen zavodunun işə salınması
3. Müharibədən sonra inkişaf tarixi
4.Sumqayıt "Sintetik kauçuk" zavodu.
5. Ulu öndər Heydər Əliyev rəhbərliyindən sonrakı inkişaf tarixi.
6. Əsrin müqaviləsi
7. İlham Əliyevin rəhbərliyindən sonrakı inkişaf tarixi.


  1. Azərbaycanda kimya sənayesinin ilk yaranma tarixi.

Azərbaycanda kimya sənayesinin ilk yaranma tarixi XIX əsrin ortalarına təsadüf edir. O dövrdə Bakının neft rayonları ərazisində artıq kükürd turşusu və kaustik soda istehsal edən bir neçə kiçik sex fəaliyyət göstərirdi. Bu kimyəvi məhsullardan yanacaq və sürtgü yağlarının təmizlənməsində istifadə olunurdu. Həmin məhsulların istehsal həcmi yerli tələbatı ödəməklə yanaşı, onları Azərbaycandan kənara ixrac etməyə də imkan verirdi.


Nobel qardaşlarının, H.Z.Tağıyevin və digər neft sahibkarlarının kükürd turşusu və soda zavodlarında o dövrün ən müasir texnika və texnologiyaları tətbiq edilirdi. Həmin zavodlar artıq bütün dünyada tanınırdı. 1905-ci ildə o zavodlarda mütərəqqi kontakt üsulunun tətbiqinə başlanıldı ki, bu da kükürd turşusunun keyfiyyətinin və istehsal həcminin artmasına səbəb olmuşdu. 1916-cı ildə Bakı zavodlarında 1,5 milyon pud kükürd turşusu istehsal olunurdu ki, onun da yarıdan çoxu - 58 faizi neft emalı sənayesinin tələbatını ödəməyə sərf olunurdu.
Bakı soda zavodları istehsal gücünə və fəhlələrinin sayına görə ən iri müəssisələrdən sayılırdı və sonralar bu müəssisələrdə azot və xlorid turşuları, kənd təsərrüfatı üçün dəmir və mis kuporosu, toxuculuq fabrikləri üçün sabun surroqatı istehsal olunurdu. Həmin dövrdə Bakıda yeni müəssisələrin - xam neftdən benzol və toluol istehsal edən pirogen zavodların tikintisinə başlanıldı.

Yüklə 25,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin