Tələbə: Esmira Nagiogli Qrup: 59. 21 Tədris ILI: Fənn: Ümumi kimya-1


İlk pirogen zavodunun işə salınması



Yüklə 25,63 Kb.
səhifə2/5
tarix05.05.2023
ölçüsü25,63 Kb.
#126416
1   2   3   4   5
Azərbaycan Dövlət Neft və Sənaye

2. İlk pirogen zavodunun işə salınması
1917-ci ildə Nobel qardaşlarının ilk pirogen zavodu işə salınmışdı. Onun istehsal gücü 60 min pud benzol və 30 min pud toluol idi. Tüstüsüz barıt hazırlayan hərbi zavodlar toluolun əsas istehlakçıları kimi ona xüsusi maraq göstərirdilər. Beləliklə, aromatik karbohidrogen istehsal edən Bakı pirogen zavodları Azərbaycanda neft-kimya sənayesinin təməlini qoymuş oldu.
Ölkəmizdə bu sahənin daha geniş miqyasda inkişafı 1945-ci ildən başlayır. Əslində neft-kimya sənayesinin genişləndirilməsinə və gücləndirilməsinə hələ 1938-ci ildə cəhd göstərilmişdi. Bu məqsədlə Sumqayıtda Sintetik kauçuk və digər kimya zavodlarının tikintisinə başlanılsa da, II Dünya müharibəsi inşaat işlərinə ara vermək məcburiyyəti yaratmışdı.
1945-ci ilin mart ayında tikintisinə hələ II Dünya Müharibəsindən əvvəl başlanılan, çox da böyük olmayan "Tukzavod" deyilən kustar istehsalat əsasında genişləndirilərək inşa edilmiş ilk kimya zavodu - "Ozer" adlanan, sonralar Sumqayıt Səthi aktiv maddələr zavodu kimi tanınan müəssisə ilk məhsulunu vermişdi.
Hər şeyin böyük qələbəyə doğru getdiyi həmin çətin və məşəqqətli günlərdə Sumqayıtın ilk qurucuları sayıla biləcək arxa cəbhə əməkçiləri o dövr üçün hələ məxfi olan, 142 №-li müəssisənin tikintisini çox qısa bir vaxtda başa çatdırmaqla böyük əmək qələbəsi qazandılar. Bu, doğrudan da, keçmiş SSRİ-nin hərbi məqsədlərinə xidmət edəcək bir müəssisənin yaradılması baxımından tarixi bir hadisə sayılırdı. Onu xüsusilə qeyd etmək lazımdır ki, müharibənin ən qızğın bir vaxtında - 1943-cü ilin oktyabrında SSRİ Dövlət Müdafiə Komitəsi hərbi ehtiyacların ödənilməsi məqsədilə tamamilə boş, uzanıb gedən bir çölü xatırladan Sumqayıt rayonunda ilk kimya müəssisəsinin tikintisinin davam etdirilməsi haqqında qərar çıxarmışdı. O zaman Abşeronun bu hissəsində yalnız kustar metodla - ammonium sulfatın superfosfat, selitra və sümük tozu ilə mexaniki qarışdırılması üsulu ilə kənd təsərrüfatı üçün mineral gübrə hazırlayan, "Tukzavod" adlanan kiçik bir zavod fəaliyyət göstərirdi.
Zavodun ilk direktoru olmuş Mehdi Zeynal oğlu Mehdiyev sonralar xatirələrində yazırdı: "Mən inşaatçıların qəhrəmanlıq əzminə heyrət edirdim. Onlar necə də yüksək dözümə, iradəyə malik idilər. Çətin hava şəraitində belə iş bir dəqiqə də olsun, ara vermirdi. Bu, doğrudan da, əsl əmək qəhrəmanlığı, əsl əmək şücaəti idi. Bəlkə də heç inanmaq olmazdı ki, həmin qəhrəman oğlan və qızların əksəriyyətinin o zaman heç 17 yaşları da yox idi. Bəzən yeməyin və isti paltarın da çatışmamasına baxmayaraq, onlar bütün canlarını işə qoyur, hər şeyə böyük cavabdehlik hissi ilə yanaşırdılar".

Yüklə 25,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin