Tələbə: Esmira Nagiogli Qrup: 59. 21 Tədris ILI: Fənn: Ümumi kimya-1



Yüklə 25,63 Kb.
səhifə3/5
tarix05.05.2023
ölçüsü25,63 Kb.
#126416
1   2   3   4   5
Azərbaycan Dövlət Neft və Sənaye

3.Müharibədən sonra inkişaf tarixi
Müharibə başa çatdıqdan bir il sonra - 1946-cı ilin aprelində zavodun maye xlor sexi, 1947-ci ildə isə sürtkü yağlarının donma dərəcəsinin azaldılaraq aşağı salınması üçün tətbiq olunan depressatorlar istehsal edən qurğu işə salındı. Bu, o zamanlar parafinli neftlərdən alınan sürtkü yağlarının keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynadı. İki il sonra - 1949-cu ildə zavodda xlorparafin, 1951-ci ildə isə heksaxloran istehsalına başlanıldı. Əgər 1950-ci ildə müəssisə cəmi 5 adda məhsul istehsal edirdisə, 10 il sonra məhsulların çeşidi 13-ə çatdırıldı. Daha sonralar civə üsulu ilə kaustik soda istehsalına başlanıldı. Zavodun daha sürətli inkişafı 1963-cü ildə yeni və böyük bir istehsalatın - sulfanol istehsalatının işə salınması ilə təmin edildi. 1964-cü ildə yuyucu vasitələrin tərkib hissələrindən biri olan karboksimetilsellülozun (KMS) natrium duzunu istehsal edən daha bir təcrübə-sənaye qurğusu işə salındı.

4.Sumqayıt "Sintetik kauçuk" zavodu.
O dövrün ən böyük neft-kimya müəssisəsi sayılan Sumqayıt "Sintetik kauçuk" zavodunun əsası isə 1950-ci ildə qoyulmuşdu. 1952-ci ildə SSRİ sənayesində ilk dəfə olaraq Bakı neft-qaz zavodunun xammalı əsasında sintetik etil spirti alındı. Və artıq 1957-ci ildə SSRİ-də ilk dəfə olaraq Sumqayıtda neft xammalından sintetik kauçuk istehsalına nail olundu və məhz bundan sonra - 1957-ci ildə Bakı Şin zavodunun tikintisinə başlanıldı ki, onun da ilk növbəsi 1959-cu ildə istifadəyə verildi.
Yalnız Sumqayıtın deyil, həmin dövrdə hətta avropanın ən iri neft-kimya müəssisəsi hesab olunan Sumqayıt Kimya kombinatının inşasına isə 1958-ci ilin iyulunda başlanıl¬mışdı. 1963-cü ildə orada qazayırıcı qurğu, 1964-cü ildə benzinin katalitik riforminqi qurğusu, 1967-ci ildə isə propilenin konsentrasiyası qurğusu işə salındı. 1969-cu ildən başla¬yaraq zavodun genişləndirilməsi işləri sürətlə aparıldı və 10-dan çox yeni istehsal obyekti istismara verildi. 1970-ci ildə qliserin, 1971-ci ildə benzol, izobutilen və poliizobutilen istehsal edən sexlər, 1973-cü ildə isə xlor və diafraqma üsulu ilə kaustik soda istehsalı sexi istismara verildi.

Yüklə 25,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin