Tələbə: Fatimə Məmmədova Fakültə: Filologiya İxtisas: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi Müəllim: Natiq Quliyev Fənn: Tahsildə İkt Qrup: FL-161 Kurs: 1 Mövzu: MS Word 2010 sənədlərin əks olunması rejimləri və kolontitullar MS Word 2010 sənədlərin əks olunması rejimləri və kolontitullar Microsoft Office Word 2010 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir. Bir baxış rejimindən digərinə keçmək üçün Word 2010 proqramı bir sıra üsullar təklif edir. İlk növbədə Görünüş (Вид) lenti üzərində olan düymələri araşdıraq. Bunun üçün siçanın göstəricisini Görünüş (Вид) lenti üzərinə yaxınlaşdıraq və bir dəfə vuraq. Beləliklə açılmış lentin sol kənarına diqqət yetirək. Burada режимы просмотра документа adlanan bir bölməni görürük. Göründüyü kimi Word 2010 proqramı sənədə baxmaq üçün beş rejim təklif edir. Bu rejimlərə həmçinin vəziyyət sətrində olan düymələrin köməyi ilə keçmək olar. Bu rejimlərin hər birini izah edək.
Word 2010 proqramında sənədə baxış rejimləri
Qaralama rejimi.Birinci rejimЧерновик-Qaralama adlanır.Bu rejim Word 2003 proqramında Adi rejim sayılırdı. Word 2010 proqramında isə bu rejimin adı Черновик-Qaralama rejimidir. Bu rejim sənədin məzmununda fikri cəm etməyə imkan verir. Sənəddə sadə redaktə işlərinin aparılması üçündür. Həmçinin sənəd bu rejimdə görsənərsə, onda sənəddə bir sıra elementlər ( məsələn, yuxarı və aşağı səhifə başlıqları) görsənməyəcək.
Struktur rejimi.İkinci rejimСтруктура-Struktur adlanır. Bu rejimdə sənədin strukturu görsənir. Bu rejim ayrı-ayrı səviyyələrin başlıqlarını qeyd edərək sənədin təşkilini göstərir. Abzaslar qalın nöqtələr şəklində görünür. Onun üzərində siçanın göstəricisini bir dəfə vurmaqla verilmiş mətnin abzasını seçmiş oluruq. Rejimdən çıxış üçün Закрыть режим структуры düyməsi vurulur. Nəticədə sənəd çap rejiminə qayıtmış olur. Mən bir daha Görünüş (Вид) lentinə müraciət edirəm.