Tələbə: Hüseynzadə Səid Müəllim: Hüseynov Elvin Fənn: Mikroiqtisadiyyat-2 İxtisas: Marketinq Qrup: 474 Mövzu



Yüklə 107,16 Kb.
tarix05.12.2022
ölçüsü107,16 Kb.
#120462
iqt 7







Tələbə: Hüseynzadə Səid
Müəllim: Hüseynov Elvin
Fənn: Mikroiqtisadiyyat-2
İxtisas: Marketinq
Qrup: 474
Mövzu: 7. Kapitalın funksional formaları.

Kapitalın funksional formaları


Maliyyənin funksiyalarını araşdırmazdan öncə «funksiya» anlayışını nəzərdən keçirək. Funksiya sözü latınca «functio» sözündən əmələ gəlib, mənası «icra etmək», «gerçəkləşdirmək» deməkdir.
Maliyyənin əsasən iki funksiyası vardır: bölgü və nəzarət. Eyni zamanda bəzi iqtisadi ədəbiyyatlarda maliyyənin istehsaledici, stimullaşdırıcı, tənzimləyici, idarəedici funksiyalarının da olduğu göstərilir.
Buna görə də maliyyətin funksiyalarını toplu şəkildə nəzərə almaq lazımdır. Funksiya iqtisadi anlayışların mahiyyətinin özünüifadə vasitəsidir. Maliyyə bir kateqoriya olaraq pul fondlarının yaradılması və istifadəsi ilə, gəlirlərin meydana çıxması ilə bağlı olan bölgü münasibətləridir. Eyni zamanda maliyyənin fəaliyyət göstərməsi istehsal fondlarından səmərəli istifadəni, istehsalın qiymət strukturunu tənzimləyir, yönəldiyi obyektləri stimullaşdırır, nizamlayır və möhkəmləndirir.
Bəzi iqtisadçılar isə hesab edirlər ki, maliyyə, əsasən, üç funksiya yerinə yetirir: pul fondlarını (gəlirlərini) formalaşdırır, onlardan istifadəni gerçəkləşdirir və nəzarətdə saxlayır. İlk iki funksiya maliyyənin müstəqil funksiyaları kimi deyil, daha çox onun bölgü funksiyasını reallaşdıran mexanizm kimi fəaliyyət göstərir.
Maliyyənin funksiyaları ilə bağlı müxtəlif mülahizələr mövcuddur. Ona görə də bu anlayışlarla bağlı olan problemlərin nəzəri cəhətdən daha dərin tədqiqinə ehtiyac duyulur. Maliyyənin iqtisadi təbiətinə dair zəngin biliyin olması imkan verir ki, ondan təsərrüfat həyatında ən yaxşı vasitələrlə istifadə olunsun. İqtisadi münasibətlər sistemində maliyyənin yerinin və rolunun tam aydınlaşdırılması xeyli dərəcədə qoyulan problemin müsbət həllindən asılıdır.
İqtisadiyyatda «funksiya» dedikdə «fəaliyyət», «vəzifə», hər hansı iqtisadi kateqoriyanın mahiyyətinin təzahürü başa düşülür.
İqtisadi kateqoriya müəyyən funksiya ilə ifadə olunmursa, deməli, o, fəaliyyət göstərmir. Onun mahiyyəti təzahür formaları ilə səciyyələnir.
Maliyyənin mahiyyətini xarakterizə edərək müəyyənləşdiril­mişdir ki, maliyyə dəyər xarakteri və imperativ xarakter daşıyır, ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü, pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədardır. Funksiya kateqoriyanın mahiyyətini təzahür etdirirsə, deməli, maliyyənin funksiyaları da onun yuxarıda sadalanmış əlamətləri ilə əlaqədar olmalıdır. Lakin göstərmək lazımdır ki, maliyyənin nəzəriyyəsi ilə məşğul olan iqtisadçıların heç də hamısı bu ardıcıllığa əməl etmir və buna görə də onun funksiyalarının müəyyən olunması zamanı iqtisadçıların fikirləri haçalanır.
Maliyyəni bölgü kateqoriyası kimi səciyyələndirənlər göstərirlər ki, maliyyə yalnız ümumi milli məhsulun bölgüsündə iştirak edir. Onlardan bir qismi bölgü və nəzarət funksiyalarını, başqa bir qismi isə pul fondlarının və yığımlarının yaradılması, onlardan istifadə və onlara nəzarət funksiyalarını maliyyəyə aid edir.
İstehsal konsepsiyası müəlliflərinin fikrincə, maliyyə geniş təkrar istehsal, bölgü və nəzarət funksiyalarını yerinə yetirir, yəni təkrar istehsalın bütün mərhələlərinin iştirakçısı olur.
Təsərrüfat hesabı konsepsiyası maliyyənin funksiyalarını təsərrüfat hesabı, bölgü və nəzarət kimi təsnifləşdirir.
Hər hansı kateqoriyanın funksiyaları onun mahiyyətini əməli şəkildə əks etdirir. Maliyyə bölgü kateqoriyası olduğundan onun bölgüdə iştirakı şəksizdir. Hamı bilir ki, bölgü qanuna müvafiq şəkildə aparılmalıdır. Yəni biz maliyyə vasitəsilə ümumi milli məhsulun dəyərini bölüşdürərkən onu haraya, necəgəldi paylamırıq. Dəqiq hesabatını səmərəli və zəruri sahələrə təyinatı üzrə yönəldirik və deməli, bu prosesdə istər-istəməz nəzarət meydana gəlir. Belə nəticə çıxır ki, maliyyənin bölgü funksiyası nəzarət olmadan fəaliyyət göstərə bilməz. Bu iki funksiya maliyyənin mahiyyətini daha dolğun və düzgün əks etdirir.
Göründüyü kimi, bölgü funksiyası ümumi milli məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü prosesini əhatə edir. Bölgü obyekti kimi məhz bu sadalananlar, bölgü subyekti kimi isə dövlət, müəssisələr, təşkilatlar, əhali və s. çıxış edir. Bölgü prosesi ilkin bölgü və təkrar bölgü mərhələlərindən ibarətdir. İlkin bölgü müəssisələr səviyyəsində həyata keçirilir. Məhsul istehsal olunur və satılır. Satışdan daxil olan gəlir müəssisə səviyyəsində müxtəlif istiqamətlərdə bölüşdürülür. Milli məhsul ilk bölgü prosesində iki yerə ayrılır. Birinci növbədə, milli məhsulun dəyərindən onun istehsalına sərf olunmuş material xərclərinin dəyəri çıxılır. Əks halda istehsalı davam etdirmək mümkün olmaz. Milli məhsulun bir hissəsi amortizasiyanın bərpasına xərclənir. Amortizasiya ayırmaları məhsul istehsalına sərf olunmuş əsas fondların dəyərindən ibarətdir. Hazırda amortizasiya ayırmaları müəssisəsinin sərəncamında saxlanılır və bütövlükdə əsas fondların bərpasına, yəni istehsala yönəldilir. Material xərclərinin dəyəri də bütövlükdə müəssisənin sərəncamında qalır, xammal, material, yanacaq və s. alınmasına sərf olunur. Bu yerdə maliyyə münasibətləri dayanır.
Yüklə 107,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin