TəLƏBƏ: Mirəliyev Dilqəm Ziyafət oğlu. RƏHBƏR: Sadıqov Əli Adışirin oğlu



Yüklə 112,43 Kb.
tarix21.10.2017
ölçüsü112,43 Kb.
#9022

AZƏRBAYCAN RESPUBLİКASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

KURS İŞİ

QRUP: 480

TƏLƏBƏ: Mirəliyev Dilqəm Ziyafət oğlu.

RƏHBƏR: Sadıqov Əli Adışirin oğlu.

MÖVZU: «Maşın və avadanlıqların işi ilə əlaqədar olan xərclərin uçotu və onun təkminləşdirilməsi »



FAКÜLTƏ: «Uçot-iqtisad»

КAFEDRA: «Mühasibat uçotu»

İXTİSAS: «Mühasibat uçotu və audit»

BAКI – 2009

PLAN:


Giriş

  1. Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclərin iqtisadi mahiyyəti və təsnifatı.



  1. İstehsalat avadanlıqlarının istismarı üzrə xərclərin əhəmiyyəti və uçotu.



  1. Maşın və avadanlıqların işi ilə əlqədar olan xərclərin bölüşdürülməsi üsulları.

Nəticə və təkliflər.

İstifadə olunan ədəbiyyatlar.

Giriş

Sənaye maddi istehsalın ən inkişaf etmiş sahəsi olaraq həm özü üçün,həm də makroiqtisadiyyatın digər sahələri üçün maddi-texniki vasitələr istehsal edir.Sənaye,istehsal prosessində makroiqtisadiyyatın qalan sahələrinə təsir edərək,onların dəyişməsinə,inkişafına və həmin sahələrədə istehsal münasibətlərinin möhkəmləndirilməsinə kömək edir.

Sənayenin inkişaf səviyyəsi və səmərəliliyi nə qədər yüksək olarsa,mövqeləri bir qədər güclü olar.Maddi-texniki bazanın yaradılması,xalqın həyat səviyyəsinin yüksəldilməsi üçün imkanları bir o qədər çox olar.

Azərbaycan iqtisadiyyatının yüksəlişi üçün əsas istiqamətlərdən biri sənayenin emal sahələrinin üstün inkişafına nail olmaqdır.

İlk növbədə istehsal sahələrində qabaqcıl texnologiyanın tətbiqi,əmtələrin elmi tutumunun əhəmiyyətli dərəcədə artırılması vacibdir.Xammalın kompleks emalı,tullantısız texnologiyaya keçid,son məhsul ideyası makroiqtisadiyyatın istehsal və qeyri-istehsal infrastrukturunu müəyyənləşdirən və formalaşdıran başlıca istiqamət olmalıdır.Xammal emalı dərinləşdikcə yeni texnika və texnologiyaya,iş yerlərinə,peşələrə,ixtisaslara,yeni infrastrukturlara tələbat yaranır.Respublikada əhalinin işlə təmin edilməsi probleminin həlli və sosial gərginliyin aradan qaldırılması yeni modelin həyata keçirilməsindən çox şey asılıdır.

İndi vəziyyət elədir ki,işləri qismən yaxşılaşdırmaqla kifayətlənmək olmaz-əsaslı islahat lazımdır.İslahatın mənası bundan ibarətdir ki,bütün istehsalımız ictimai tələbata adamların ehtiyacının ödənməsinə tabe etdirilməli,idarəetmə səmərəliliyin və keyfiyyətin yüksəldilməsinə,elmi-texniki tərəqqinin sürətləndirilməsinə,əməyin nəticələrində işçilərin marağının, makroiqtisadiyyatın hər bir vəsiləsində və ən əvvəl əmək kollektivlərində təşəbbüsün və zirəkliyin inkişaf etdirilməsinə yönəldilməlidir.

Mühasibat uçotu, hər şeydən əvvəl ayrılıqda götürülmüş müəssisədə təssərüfat həyatının proses və hadisələrini əhatə edir.Lakin bu uçotun məlumatları sahələr və bütün makroiqtsadiyyatın miqyasında yekunlaşdırılır.Ona görə də təsərrüfaın bütün sahələrində obyektiv məlumat düzgün nəticə və yekunlaşdırmaları təmin edən vahid və elmi cəhətdən əsaslandırılmış uçot metedologiyasının tətbiqi mühasibat uçotunda ən mühüm şərtdir.

Qənaət rejimində,təsərrüfada daxili ehtiyatların səfərbərliyə alınmasına daha çox diqqət yetirilən bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu qarşısında mühüm vəzifələr qoyulmuşdur.

Məhsulun maya dəyərinin aşağı salınmasında mühüm yeri elmi-texniki tərəqqi tutur.

Qabaqcıl texnologiya metodlarının daha səmərəli materialların, istehsalın və əməyin təşkilinin səmərəli formalarının tətbiq edilməsi iş vaxtına, materiallara, enerjiyə qənaət olunmasına kömək edir, məhsul istehsalının miqyaslarını artırır və bununla da məhsul vahidinə düşən idarəetmə və xidmətetmə xərclərini azaldır, yəni məhsulun maya dəyərinin əsas maddələrinə təsir göstərir.

Bazar iqtisadiyyatına keçidin ilkin mərhələsi iqtisadi inkişafın təsərrüfat münasibətlərinin tədricən yeni keyfiyyət halına keçməsi ilə səciyyələnir.

Məhsulun maya dəyərinin onun yüksək keyfiyyəti şəraitində aşağı salınması, vəsaitlərə qənaət edilməsi və respublikanın sərvətinin artması üçün zəruri şərait yaradır.

Məsrəflər strukturunun, istehsalın elmi-texniki cəhətdən silahlandırılması səviyyəsinin, texnologiyanın vəziyyətinin, əməyin və idarəetmənin təşkilinin sistemli təhlili onlardan istifadəni təmin edən mənbə və amillərin araşdırılması üçün aparılır.

Maya dəyərinin aşağı salınması mənbələri məhsul istehsalına çəkilən xərclərin azaldilması imkanını harda axtarmağı göstərir.

Bazar iqtisadiyyatına keçməklə əlaqədar olaraq hökümətin idarəetmənin təkminlləşdirilməsi ilə qarşıya qoyduğu tələblər baxımından yazdığım bu kurs işinin mövzusunun aktuallığı daha da artır.

Maşın və avadanlıqların saxlanması üzrə xərclər əsas istehsalat məsrəfləri ilə birlikdə məhsulun maya dəyərinə daxil olmaqla müəssisənin təsərrüfat fəaliyyətində mühüm rol oynayır.Belə ki,məhsulun maya dəyərində bu məsrəfləri bu və ya digər məbləğdə azaldılması məhsulun maya dəyərinin aşağı salınmasına müsbət təsir göstərir.Ona görə də istehsal məsrəflərinin, o cümlədən avadanlıqlara xidmət üzrə məsrəflərin uçotu və məhsulun maya dəyərinin kalkulyasiya edilməsi, müəsissədə aparılan mühasibat uçotunun başlıca tərkib hissəsini təşkil edir.




  1. Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclərin iqtisadi mahiyyəti və təsnifatı.

Maşın və avadanlıqların işi ilə əlqədar olan xərclər, öz iqtisadi məzmununa görə əsas istehsalat xərcləridir.Texniki tərəqqi, istehsalın kompleks mexanikiləşdirilməsi və avtomatlaşdırılması nəticəsində, bu xərclərin rolu və əhəmiyyəti bumadan artır.Onlara istehsal avadanlıqlarının və habele sex nəqliyyat vasitələrinin saxlanmsaı və cari təmir xərcləri, əmək alətlərinin amortizasiyası, azqiymətli alət və qurğuların köhnəlməsi və.b xərclər aiddir.

Sənayedə texniki tərəqqi əsas vəsaitlərin,xüsusiylə onların aktiv hissəsinin –istehsal texniki avadanlıqların artması ilə əlaqədardır.Əsas vəsaitlərin ümumi kütləsinin artması, o cümlədən yeni, yeni daha təkminləşmiş avadanlıqların saxlanması və istismarı ilə əlaqədar olan xərclərin artmasına səbəb olur.Əmtəəlik məhsulun maya dəyərində avadanlıqların saxlanması və istismarı ilə əlaqədar olan xərclər 85%-ə yaxın təşkil edir.

İstehsalat proseslərinin gələcəkdə mexanikiləşdirilməsi ilə əlaqədar olaraq avadanlıqlar üzrə xərclərin daha çox artmasına səbəb olacaqdır.

Yuxarıda qeyd olunduğu kimi avadanlılar üzrə xərclər mahiyyətcə əsas istehsalat məsrəfləri hesab olunur.Həmin xərclərin smetasına riayət olunmasına sistematik nəzarətin təmin edilməsi üçün və onların aşağı salınmasından ötəri ehtiyatların aşkara çıxarılması üçün 1969-cu ilin yanvarın 1-dən onlar sex xərclərinin tərkibindən çıxarılaraq ayrıca uçota alınırdı.Lakin 1993-cü ildən sonra həmin xərclər 25 №-li «Ümumistehsalat xərcləri» hesabının «Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclər» adlı subhesabda uçota alınırlar.

Sənayenin bəzi sahələrinin müəsisələri nazirliyin icazəsi ilə bu xərclərə texnoloji ehtiyaclara sərf edilən yanacağın və enerjinin dəyərini, habelə köməkçi materialların dəyərini də daxil edə bilərlər.Bu əsas istehsal məsrəflərində, onların payı kiçik olduqda və onları ayrı-ayrı məlumat növlərinə müstəqim olaraq aid edə bilmədikdə baş verir.

Yetyinti sənayesində və başqalarında məhsulların maya dəyəri kalkulyasiyalarında avadanlıqların saxlanması və istismarı ilə əlaqədar olan xərclərin ayrı-ayrı növləri, yəni amortizasiya, cari təmir, azqiymətli alətlərin köhnəlməsi və.i.a xərclər müstəqil maddələrdə göstərilmir.

Nümunəvi nomenklaturada avadanlıqların işi ilə əlaqədar olan xərclərin aşağıdakı xərc maddələri müəyyən edilmişdir:

1. Avadanlıqların və nəqliyyat vasitələrinin amortizasiyası.Bu maddəyə qüvvədə olan normalarla istehsalat avdanlılarının, nəqliyyat vasitələrinin və qiymətli alətlərin amortizasiya ayırmaları aid edilir;

2. Avadanlıqların istismarı (cari təmir xərclərindən başqa).Bu madə üzrə avadanlığa xidmət eləyən sazlayıcılar, yağlayıcılar, elektrik montyorları və.s köməkçi fəhlələrin əsas və əlavə haqqının bütün növləri və sosial sğorta ayırmaları; dəzgahların, kranların, nasosların, presslərin və digər mexanizmlərin hərəkətə gətirilməsi üçün istehlak edilmiş enerjinin dəyəri, avadanlılara baxmaq və onları işçi vəziyyətində saxlamaq üçün lazım olan yağlayıcı, silgi materiallarının sərinləşdirmək üçün emulsiyanın və sair köməkçi materialların dəyəri uçota alınır.

3.Avadanlıqların və nəqliyya vasitələrinin carı təmiri.Bu maddə istehsalat avadanlıqlarının, nəqliyyat vasitələrinin və qiymətli alətlərin cari təmiri zamanı sərf edilən ehtiyyat hissələri və digər materialların dəyəri, təmir fəhlələrinin əmək haqqı, sosial sğorta ayırmaları, avadanlığın və nəqliyyat vasitələrinin dəyəri daxil edilir.

4.Yüklərin zavoddaxili yerdəyişməsi. Bu maddəyə materialların, yarımfabrikatların vəməmulatların yerdəyişməsi üzrə xərclər, xüsusi və cəlb edilmiş yük avtomobillərinin, avto və elektrokarların, qaldırıcı kranların, xammal, materiallar,detalların və i.a yerini dəyişən digər vasitələrin saxlanması və istismarı üzrə xərclər;Sexdaxili nəqliyyatın istismarı prosessində istifadə edilən yağlayıcı və sürtkü materiallarının yanacaq və ehtiyyat hissələrinin dəyəri, yüklərin yerdəyişməsi, sexlərə daşınması ilə işçi yerlərinə materialların,alətlərin və detalların boşaldılması ilə və dəzgahlardan və digər iş yerlərindən onların tənzimləməsi ilə məşğul olan avto və elektrokarların, krançıların və sürücülərin əmək haqqı və sosial sığortaya ayirmaları daxil edilir.

5.Azqiymətli və tezköhnələn alətlərin və ləvazimatların köhnəlməsi.Bu maddə dəazqiymətli və tezköhnələn alətlərin köhnəlməsi və hər vahidinin dəyəri 100 manata qədər olan alətlərin anbardan istismara verilməsi zamanı onnların dəyəri əks olunur.

6.Sair xərclər. Burada əvvəlki maddələrdə nəzərdə tutulmayan, avadanlıqların saxlanması və istismarı ilə əlaqədar olan digər xərclər uçota alınırş

Avadanlığın saxlanması üzrə xərclər dəyişən hesab olunur, çünki onların miqdarıaz və çox miqdarda istehsalat proqramının yerinə yetirilməsinin həcminə mütənasibdir.Lakin bu mütənasiblik böyük maddələr üzrə bir cür deyilir.Məsələn, cari təmir xərrcləri, avadanlığın amortizasiyası və bəzi digər xərclər istehsalın həcminə birbaşa mütənasib deyildir.Bu vəziyyət avadanlığın işi ilə əlaqədar olan xərclərin sisteminin yerinə yetirilməsini qiymətləndirən zaman nəzərə alamq lazımdır.



2.İstehsalat avadanlıqlarının istismarı üzrə xərclərin əmiyyəti və uçotu.

Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclərin bütün maddələri üzrə istehsalat avadanlıqlarının, nəqliyyat vasitələrinin və qiymətli alətlərin cari təmirinə çəkilən xərclərin maddələrindən başka faktiki məsrəflər əks olunurlar.

Xərclərin hər bir maddəsinə ayrıca kartoçka açılır ki,həmin kartoçkalarda xərcləri ilk sənədlər daxil olduqca toplayırlar. Kartoçkalarda və ya cədvəllərdə dövriyyənin yekununu hər ay yekunlaşdırırlar. Bundan başka uçota alınan xərclərin müəsissədə qəbul edilmiş bazisə mütənasib olaraq məmulatlar arasında bölüşdürmək yolu ilə bağlayırlar.

Maşın və avdanlıqların saxlanması və istismarı üzrə xərclərin ayrı-ayrı maddələri üzrə artıq məsrəf mövcud olan zaman müəsissənin muhasibatı və plan şöbəsi xərc normalarına və materialların, xammalın, yanacağın, enerjinin, alətlərin və digər sexlərin xidmətlərin istehlak limitinə necə riayət olunmasını yoxlayırlar və bundan başqa istehsalat avadanlıqlarına və nəqliyyat vasitələrinə xidmətlə məşğul olan işçilərin əmək haqqı okladları və müəyyən edilmiş vəzifə siyahılarının pozulub-pozulmamasını da yoxlayırlar. Müəsissədə avadanlıqların saxlanması və istismarı üzrə xərclərdə materiallar, fəhlələrin əmək haqqı, kənar təşkilatların, başka bölmələrin göstərdiyi xidmətlər, məsrəflər «avadanlıqların və nəqliyyat vasitələrinin istismarı» maddəsində uçota alınır. Bu maddə avadanlıqların yağlanması və silinməsi üçün lazım olan materal xərcləri uçota alınır.

İstehsalat avadanlıqlarına xidmətlə məşğul olan fəhlələrin çoxu vaxtamuzd əmək haqqı alırlar və əmək haqqı hesablamq üçün əsas sənəd iş vaxtının uçotunu qeyde alan tabeldən ibarətdir.Tabel, işlənmiş vaxt haqqında müxtəlif səbəblərdən işlənməmiş günlər və saatlar haqqında məlumat verir, habelə işə çıxmaq, işə gəlmək və işdən getmək qaydalarına riayət olunması və əmək iş vaxtının vəziyyəti üzərində cari müşahidəni təmin edir.

Müəsissədə tabellərə əsasən ay ərzində quraşdırılmış göstəricilər bütövlükdə müəsissə üzrə əmək resurslarını xarakterizə edir.Bu göstəriciləri istehsalatda işçi qüvvəsindən istifadə edilməsi, boş dayanma hallarının ləğv edilməsi, işə çıxmamaq hallarının ixtisar edilməsi və iş vaxının digər səmərəsiz sərf olunması hallarının ləğv edilməsi uzərində nəzarət aparmaq , habelə əmək üzrə hesabatları tərtib etmək üçündür.

Müəsissədə avadanlıqlara xidmətlə əlaqədar olaraq yerinə yetirilən hər bir əməliyyata , fəhlələrin əməyinin keyfiyyətini və mürəkkəbliyini xarakterizə edən ixtisası müvafiq gəlir.

Bunun üçün tarif şəbəkələri vardır, bunlar da dərəcələr üzrə ixtisaslara bölünmüşdür.

I dərəcənin maaşı vahid qəbul edilmişdir.Daha yüksək dərəcələr üzrə maaş əmsallara əsasən müəyyən edilmişdir.

Müəsissədə işləyənlər kimi məzuniyyət hüququna malikdirlər. Məzuniyyət, bir qayda olaraq işçinin işlədiyi vaxt üçün əmək haqqı verməklə təqdim edilir.

Müəsissənin mühasibatı avadanlığın işi ilə məşğul olan fəhlələrə çataı əmək haqqını müəyyənləşdirməklə bərabər, hər ay qanun üzrə həmin təsərrüfat sahəsi üçün əmək haqqı fonduna nisbətən müəyyənləşdirilmiş faiz miqdarında sosial sğortaya ayırmalar aparır. Dövlət sosial sğortasının fondunda pensiyadar, müvəqqəti əmək qabliyyətini itirənlərə maddi yardımlar , kurort-sanatoriya müalicəsi üçün zəhmətkeşlərin sağlamlığı tədbirləri üçün maddi yardımlar verilməsindən ötrü istifadə olunur.

Müəsissədə avadanlığın işi ilə məşğul olan fəhlələrə hesablanmış əmək haqqına aşağıdakı kimi mühasibat yazılışı tərtib edilir:

25 №-li «Ümumistehsalat xərcləri» hesabının

I «Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclər» subhesabının debeti.

70 №-li «Əməyin ödənilməsi üzrə işçi heyyəti ilə hesablaşmalar» hesabının krediti.

Həmin əmək haqqının məbləği zavodun kassasından ödənilməklə belə qeyd aparılır:

70 №-li «Əməyin ödənilməsi üzrə işçi heyyəti ilə hesablaşmalar» hesabının debeti.

50 №-li «Kassa» hesabının kredeti.

Əmək haqqından tutulmalara aşağıdakı kimi yazılış tərtib edilir:

a) tutlan gəlir vergisinin məbləğinə «Əməyin ödənilməsi üzrə işçi heyyəti ilə hesablaşmalar» adlı 70 №-li hesabın I subhesabının debeti.

68 №-li «Büdcə ilə hesablaşmalar» hesabının kredeti.

b) kreditə satilmiş əmtələrə görə tutlma həyata keçirildikdə «Əməyin ödənilməsi üzrə işçi heyyəti ilə hesablaşmalar» adlı 70 №-li hesabın I subhesabının debeti, «Sair əməliyyatlara görə işçi heyyət ilə hesablaşmalar» adlı 73 №-li hesabın I subhesabının kredeti.

c) icra vərəqlərinə görə tutlmalara 70 №-li «Əməyin ödənilməsi üzrə işçi heyyəti ilə hesablaşmalar» hesabının debeti.

76 №-li «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar» hesabının kredeti.

Avadanlığınişi ilə əlaqədar olan əmək haqqına görə hesablanmış sosial sğorta ayırmalarının məbləği aşağıdakı qeyd vasitəsiylə əks etdirilir:

25 №-li «Ümumistehsalat xərcləri» hesabının

I «Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclər» subhesabının debeti.

69 №-li «Sosial sğorta və təminat üzrə hesablaşmalar» hesabının kredeti.

Avadanlığın istismarı xərclərinin tərkibində avadanlıqlara baxım üçün yağlayıcı, sürtkü və digər köməkçi materialların sərf edilməsi əhəmiyyətli yer tutur. Bu materiallaın uçot qaydaları əsas materialların uçot qaydasına uyğundur. Onların anbardan buraxılmasını rəsmiləşdirən ilk sənədlər kimi birdəfəlik tələbnamələr və limit kartları xidmət edirlər. Tələbnamələr sexlər tərəfindən iki nüsxədə hər bir materialın nomenklatura nömrəsinə yazılır.Onlarda xərclərin maddələrinin şifri qoyulur. Bu sənədlər əsasında materiallar avadanlıqların saxlanması xərclərinə silinir.

Avadanlıqların saxlanmasına anbarda buraxılan köməkçi materialların dəyəri mühasibatda aşağıdakı kimi əks etdirilir:

25 №-li «Ümumistehsalat xərcləri» hesabının I «Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclər» subhesabının debeti.

10 №-li «Materiallar» hesabının kredeti.

Avadanlığın texniki baxışla əlaqədar olaraq anbardan buraxılan sürtkü materialları və yağlar aşağıdakı kimi əks etdirilir:

25 №-li «Ümumistehsalat xərcləri» hesabının I «Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclər» subhesabının debeti.

10 №-li «Materiallar» hesabının kredeti.

Müəssisənin əsas vəsaitlərini lazımi vəziyyətdə saxlamaq üçün gündəlik səliqə ilə baxmaq və dövrü olaraq təmir etmək lazımdır. Əsas vəsaitlərin arası kəsilmədən işləməsini təmin etmək üçün təkcə istehsal prosessində onların vəziyyətini sistematik olaraq gündəlik müşahidə etmək deyil, yuxarıda qeyd edilən kimi həmdə dövrü olaraq təmir aparmaq lazımdır.

Əsas vəsaitlərin planlı-ehtiyyat təmiri sistemi mütərəqqi sistemdir. Bu zaman əsas vəsaitlər onların faktiki vəziyyətindən asılı olmayaraq qabaqcadan tərtib olunmuş qrafik üzrə təmir edilir. Planlı təmir təkcə təmir işlərinin həyata keçirilməsini deyil, həmdə avadanlığın işləmə vaxtını planlaşdırmağa, təmir üçün lazım olan ehtiyat hissələrini qabaqcadan hazırlamağa, habelə sərf ediləsi pul vəsaitlərini normallaşdırmağa imkan verir.
Avadanlıqların cari təmir xərcləri, əsas məhsulların maya dəyəri kalkulyasiyasında müstəqil maddəyə ayrılmadığına ğörə 25 №-li «Ümumistehsalat xərcləri» hesabının I «Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclər» subhesabının məhsulların maya dəyərinə silinən xərclərin müvafiq maddələri üzrə əks olunur. Bu zaman maşınların, dəzgahların, avadanlıqların və sexdaxili nəqliyyatların cari təmir xərcləri son illər yuxarıda göstərildiyi kimi deyil, aşağıdakı kimi əks etdirilir:

25 №-li «Ümumistehsalat xərcləri» hesabının I «Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclər» subhesabının debeti.

10 №-li «Materiallar» hesabının kredeti.

70 №-li «Əməyin ödənilməsi üzrə işçi heyyəti ilə hesablaşmalar» hesabının kredeti.

69 №-li «Sosial sğorta və təminat üzrə hesablaşmalar» hesabının kredeti.

Azqiymətli və tezköhnələn alətlərin və qurğuların köhnəlməsinin ödənilməsi, təmir, işləmə və i.a üzrə xidmətlərin dəyəri və habelə hər vahidinin dəyəri 20 manata qədər olan alətlərin sərf edilməsi, avadanlıqların saxlanması və istismarı xərclərinin tərkibində bunun üçün ayrilmış xüsusi maddədə uçota alınırlar.

Müəsissədə alətlərə, qurğulara və digərlərinə çəkilən xərclər çox vaxt məhsulun maya dəyərinin 2-3%-ni və avadanlıqların saxlanması və istismarı üzrə xərclərin 12%-ə qədərini təşkil edir.

Müəsissədə istifadə olunan alətlər müxtəlif növ məhsul istehsalında, xüsusi alətlər isə yalnız müəyyən məmulat istehsalında istifadə edilir. Növbə avadanlığı özünəməxsus spesifik xarakter daşıyır, onun tərkibinə maşınların vaxtaşırı qaydada dəyişilən hissələri daxildir.İş paltarı qanun üzrə müəyyənləçdirilmiş qaydada müəssisənin işçilərinə verilir. Təsərrüfat inventarları qrupuna müxtəlif əşyalar, stollar, stullar, mürəkkəb qapı komplekti, lampalar, çarpayılar və digər əmlak növləri daxildir. Müəssisənin muhasibatlığında azqiymətli və tezköhnələn əşyalar əsas qiymətləndirilir.İstismarda olan əşyaların köhnəlmə məbləği balansın passivində ayrıca maddədə göstərilir.

Müəssisənin alətləri və xüsusi qurğuları mərkəzi alət anbarında, sexlərin bölüşdürücü anbarında və biləvasitə iş yerlərində saxlanılır. Azqiymətli təsərrüfat inventarları,azacıq anbar ehtiyatlarından başqa, iş yerlərində müəssisənin sahə rəhbərlərinin məsuliyyəti altında saxlanılır.

Müəssisə alətlərinin umotu sadə üsulla aparılır, bunlar fəhlələrə verilən zaman onlardan marka alınır, alətlər fəhlələr tərəfindən anbara təhvil verildikdə isə bu markalar qaytarılır. Kartoçkalarda əmək vasitələri köhnəlmə, sınma və xarab olma nəticəsində yararsız hala düşdükdə, yaxud oğurlandıqda akt tərtib olunur.

Müəssisənin mərkəzi anbarında azqiymətli və tezköhnələn əşyalar sexlərin paylaşdırıcı anbarına buraxılan zaman bu əşyalar ilk dəyəri ilə belə əks olunurlar:

12/2 №-li « Azqiymətli və tezköhnələn əşyalar» hesabının I subhesabının debeti.

12/1 №-li « Azqiymətli və tezköhnələn əşyalar» hesabının I subhesabının kredeti.

Dəyəri 20 manata qədər olan azqiymətli əşyalar istismara verilən zaman tamamiylə istehsal xərclərinə aid edilir. Onların xərcə silinməsi üçün belə mühasibat köçürməsi tərtib edilir:

25 №-li «Ümumistehsalat xərcləri» hesabının I «Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclər» subhesabının debeti.

12/1 №-li « Azqiymətli və tezköhnələn əşyalar» hesabının I « Azqiymətli və tezköhnələn əşyalar anbarda» subhesabının kredeti.

Onuda qeyd etmək lazımdır ki,müəssisədə köhnəlmə məbləği əşyalar paylaşdırıcı anbara faktiki verildiyi ayın sonrakı ayından başlayaraq qeydə alınır.

Hər ay hesablanmış köhnəlmə məbləği 13 №-li « Azqiymətli və tezköhnələn əşyalar» hesabının I « Azqiymətli və tezköhnələn əşyaların köhnəlməsi» hesabının kreditinə və istehsal məsrəflərini uçota alan müvafiq hesabların debetinə yazılır. Müəssisələrdə həmin köhnəlmə məbləğinə aşağıdakı kimi yazılış tərtib olunur:

25 №-li «Ümumistehsalat xərcləri» hesabının I «Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclər» subhesabının debeti.

13 №-li « Azqiymətli və tezköhnələn əşyaların köhnəlməsi» hesabının krediti.

Köhnəlmiş alətlərin dəyərinin silinməsi aşağıdakı kimi rəsmiyyətə salınır.

1. Xaric olunmuş normal istifadə olunan alətlərin və qurğuların dəyərindən onların silinməsindən alınan tullantıların dəyərini çıxmaqla 50 % miqdarında əlavə köhnəlmə hesablanmsına:

25 №-li «Ümumistehsalat xərcləri» hesabının I «Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclər» subhesabının debeti.

13 №-li « Azqiymətli və tezköhnələn əşyaların köhnəlməsi» hesabının krediti.

2. Yararsız vəziyyətə gəlmiş azqiymətli əşyaların silinməsinə:

13 №-li « Azqiymətli və tezköhnələn əşyaların köhnəlməsi» hesabının debeti.

10 №-li «Materiallar» hesabının debeti (qarantının dəyərinə).

12/2 №-li « Azqiymətli və tezköhnələn əşyalar» hesabının II « Azqiymətli və tezköhnələn əşyalar istismarında» subhesabının kredeti.

Sənayenin digər sahələrinin müəssisələrində olduğu kimi müəssisənin əsas vəsaitləri istehsalat prosessində uzun müddət iştirak edirlər və tədricən köhnəlirlər. Köhnəlmə nəticəsində əsas vəsaitlərin dəyərinin məhsulun üzərinə keçirilən hissəsi əsas vəsaitləri bərpa etmək üçün mənbə sayılır.Buna istifadə müddətində əsas vəsaitin əsaslı təmiri üçün lazım olan hissədə daxildir. Əsas vəsaitlərin amortizasiyası hər şeydən əvvəl sadə təkrar istehsalı, yəni əsas vəsaitin balans dəyərinin bərpasını təmin edir. Bu müəyyən dərəcədə habelə geniş təkrar istehsalın mənbəidir, çünki sıradan çıxan avadanlıq təzəsi ilə əvəz olunur, ictimai əmək məhsuldarlığı yüksəlir, sənaye və tikinti istehsalının maya dəyəri aşağı salınır və buna görə də kapital qoyuluşlarının dəyəri nisbətən azalır.

Müəssisədə amortizasiyanın hər aylıq məbləği 6 №-li «Əsas vəsaitlərinin amortizasiyasının hesablanması» formalı hazırlıq cədvəli formasına malik olan xüsusi cədvəldə hesablanır.Həmin cədvəli tərtib etmək üçün vəsaitlərinin hərəkətinin uçotu kartoçkalarının məlumatlarından istifadə edilir.

6 №-li cədvəldə hesabat ayında ayrılmış olan amortizasiya məbləği, keçən ayda hesablanmış olan amortizasiya məbləği, üstəlik daxil olan əsas vəsaitlər üzrə amortizasiyanın aylıq məbləği çıxılsın çıxan vəsaitlər üzrə amortizasiyanın aylıq məbləğinə bərabər olur.

Müəssisənin mühasibatlığında müəyyən edilmiş normalarla hesablanan amortizasiyanın hər aylıq məbləği hesablarda aşağıdakı yazılışla əks etdirilir:

25 №-li «Ümumistehsalat xərcləri» hesabının I «Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclər» subhesabının debeti.

25 №-li «Ümumistehsalat xərcləri» hesabının II subhesabının debeti.

26 №-li «Ümum təsərrüfat xərcləri» hesabının debeti.

29 №-li «Xidmətedici istehsalatlar və təsərrüfatlar» hesabının debeti.

02 №-li «Əsas vəsaitlərin köhnəlməsi» hesabının kredeti.

İstehsal xərclərinə daxil edilən amortizasiya ayırmaları əsas vəsaitlərin ilk dəyərini dəyişdirirlər, lakin onların qalıq dəyəri azalır. Əsas vəsaitlərin qalıq dəyərinin azlması 02 №-li «Əsas vəsaitlərin köhnəlməsi» adlı nizamlayıcı hesabın kredeti üzrə əks olunur.

Sənaye məhsulları maya dəyərinin planlaşdırılması və uçotu üzrə əsasnaməyə müvafiq olaraq yüklərin müəssisədaxili yerdəyişməsinə edilən xərclər,əgər onlar məhsulun maya dəyərində böyük xüsusi çəki təşkil edirlərsə ayrıca maddədə ayrıla bilər. Bura sexin qeyri-texnoloji nəqliyyatlarının, yəni avtokar və elektrokarların, avtomaşınların, avtomat yükləyicilərin, teplovozların və i.a saxlama və istismar xərclərinə aid yüklərin müəssisədaxili yerdəyişməsi materialların, yarımfabrikatların özünün və cəlb edilmiş yük avtomaşınlarının, elektrokarların, qaldırıcı kranların və xammalın, materialların, detalların və.s yerini dəyişdirən müəssisə vəsaitlərinin istismarı və saxlanması üzrə xərclər: sexdaxili nəqliyyatın saxlanması prosessində istifadə edilmiş yağlayıcı və sürtkü materiallarının dəyəri, yüklərin yerdəyişməsi və sexlərə daşınması ilə işçi yerinə materialların, alətlərin və detalların boşaldılması ilə və onlarıın dəzgahların yanından və başqa işçi yerlərindən yığılması ilə məşğul olan avto və elektrokarların, sürücülərin və krançıların əmək haqqı, əmək haqqına görə sosial sığorta ayırmaları daxil edirlər.

Müəssisədə daxili xərclərin vəziyyətinə nəzarəti gücləndirmək məqsədiylə bütün bu xərclərin, o cümlədən nəqliyyat vasitələrinin amortizasiya və cari təmir xərclərinin «Nəqliyyat istismarı və saxlanması üzrə xərclər» adı ilə bir maddədə istehsalat avadanlıqlarının istismarı üzrə xərclərə heç bir aidiyyatının olmamasını nəzərə alaraq avadanlıqların saxlanması və istismarı üzrə xərclərin tərkibindən ayırmaq məqsədə uyğundur.

Avadanlıqların cari təmir xərcləri istehsalat məsrəfləri hesabları üzrə amortizasiya ayırmalarına oxşar olaraq bölüşdürülür, yəni əsas vəsaitlərin cari təmir məsrəflərinin məhsulun maya dəyəri kalkulyasiyası ayrıca maddəyə ayrılıb-ayrılmamasından asılı olaraq bölüşdürülür.

1. Maşın və avadanlıqların işi ilə əlqədar olan xərclərin bölüşdürülməsi üsulları.

Kollektivin iqtisadi mənafeləri heç də əməyin ödənilməsi səviyyəsi ilə bitmir. Bunlar daha genişdir və istehsalın inkışafı, onun yeni texnika ilə təchiz olunması və əmək şəraitinin yaxşılaşdırılmsaı və tam bir sosila məsələlərin həlli ilə bağlı olan mənafeləri əhatə edir. Bu gün təsərrüfat hesabı vasitələri və stimulları da həmin mənafelərin fəallaşdırılmasına, cəmiyyətin mənafeləri ilə uzlaşdırılmasına, yəni yüksək son nəticələrin əldə olunmasına istiqamətləndirilir.Qarşıya bele bir vəzifə qoyulmuşdur: istehsalın inkişafı, əməyin ödənilməsi və sosial məsələlərin həlli üçün müəsissələrin aldıqları vəsaitin məbləği onların təsərrüfat fəaliyyətinin nəticələrindən asılı edilsin.

Bu baxımdan məhsulun maya dəyərini düzgün hesablamaq üçün avadanlıqların işi ilə əlaqədar olan xərclər və digər kompleks xərclərin məhsulun ayrı-ayrı növləri arasında bölüşdürülməsinə əsaslandırılmış üsulların tətbiq edilməsində böyük əhəmiyyəti vardır. Adətən təcrübədə bu xərclər aşağıdakı üsullarla bölüşdürülür:

1. İstehsalat fəhlələrinin əsas əmək haqqına.

2. İstehsalat fəhlələrinin normallaşdırılmış və ya faktiki iş vaxtı.

3. Ayrı-ayrı məhsul növlərinin istehsalında faktiki işlənmiş dəzgah, maşın və saatlara.

4. Faktiki əmtəlik məhsul buraxılışına əmsal,maşın və saatlar əsasında hesablanmış, avadanlıqların saxlanması və istismarı üzrə xərclərin normativ məbləğinə mütənasib olaraq bölüşdürülür.

Həmin üsullardan ən sadəsi və geniş yayılmış üsul istehsalat fəhlələrinin əsas əmək haqqına mütənasib olaraq bölüşdürülməsi üsuludur(mütərəqqi-mükaftlı əlavə ödəməsiz). Onu da qeyd etmək lazımdır ki, bu zaman çox hallarda məhsulun maya dəyəri təhrif olunur ki, bu da müxtəlif məmulatların istehsalat prosesslərinin mexanikiləşmə dərəcəsinin fərqli olması ilə əlaqədardır.

Onuda qeyd etmək istəyirəm ki, bu cür çatışmamazlıqlar istehsalat fəhlələrinin normallaşdırılmış və ya faktiki iş vaxtlarına mütənasin olaraq bölüşdürülməsi üsulunda da mövcuddur. Buna görə avadanlıqların saxlanması və istismarı ilə əlaqədar olan xərcləri, məmulatların maya dəyəri onların hazırlandığı şəraitdən, istifadə edilən avadanlığın mürəkkəbliyindən, avadanlığın bir saat işləməsi üçün edilən istismar məsrəflərinin həcmindən asılı olaraq aid etmək lazımdır.

Müəssisədə maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclərin plan müəyyən etmək üçün, məmulat və ya sifarişə bir sira ardıcil hesablama aparmaq lazımdır. Hər şeydən əvvəl müssisənin hər bir sexinin avadanlıqları, avadanlığın bir saat işləməsi üçün istismar məsrəflərinin təxminən eyni həcmli əlamətinə görə bircinsli qruplarda birləşdirilir. Sonra hesablama yolu ilə avadanlığın hər bir qrupu üçün avadanlığın hər bir saat işləməsindən ötəri lazım olan xərclərin normativ həcmi tapılır.

Müəssisədə maşın və avadanlıqların qruplarından biri, bir vahid kimi qəbul edilir və ona nisbətən avadanlıqların qalan qrupları üçün əmsal hesablanır. Həmin əmsalların mövcud olması əvvəlcədən hər bir qrupun maşın-saatlarını, əmsal-maşın-saatlara çevirməklə avadanlıqların müxtəlif qrupları üçün vaxt məsrəflərini toplamaq mümkündür. Tapılan bu əmsallar və habelə avadanlığın bir saat işləməsi üçün edilən məsrəflərin normativ həcmi, avadanlığın plan yükünün, enerjinin tarif stavkasını və.i.a dəuişməsindən asılı olaraq dövrü sürətdə dəqiqləşdirilməlidir.

Bütün bunlardan sonra isə sxemə hazırlanan hər bir məmulat və qovşaqlar üzrə avadanlıqların müvafiq qruplarının maşın-saat işləri lazimi miqdarda hesablanır. Daha sonra avadanlığın hər bir qrupu üçün müəyyən edilmiş əmsallara müvafiq olaraq maşın-saatların,əmsal-maşın-saatlarla hesablanır. Bu məqsəd üçün qrupun maşın-saatlarının miqdarı xərclərin əmsalına vurulur.Sex üzrə avadanlığın saxlanması və istisamrı üzrə xərclərin smetasının ümumi məbləğini istehsalat planının yerinə yetirilməsi üçün lazım olan həmin plan dövründəki əmsal-maşın saatlarının ümumi miqdarına bölmək yolu ilə, bir əmsal-maşın saatının müəyyən edilməsi növbəti mərhələdir.

Müəssisənin sexi tərəfindən hazırlanan bir məmulata və ya komplekt detala və qovşaqlarda edilən məsrəflərin smeta stavkası, bir əmsal maşın-saatın plan dəyərini, hər bir məmulat üzrə əmsal-maşın-saatların miqdarına vurmaq yolu ilə tapılır.

Müəssisədə ay ərzində avadanlıqların saxlanmasına və istismarına çəkilən xərclərin faktiki məbləği ayın axırına olan bitməmiş istehsal qalığından həmin xərclərin məbləğini nəzərə almaqla faktiki buraxılmış məhsulların bir məmulatın smeta stavkası ilə hesablanmış bu xərclərə mütənasibolaraq bölüşdürülür.Smeta stavkasını hesablayan zaman daha çox zəhmət tələb edən iş xərclərin əmsalını sonra hesablamq üçün lazım olan avadanlıqların qrupları üzrə bir maşın-saata edilən normativ zərərin həcmini müəyyən etməkdən ibarətdir.Smeta stavkalarının hesablanmasının çox zəhmət tələb etməsini bir sıra eynicinsli müəssisələr üçün mərkəzləşmiş qaydada müəyyən edilən avadanlıqların qrupları üzrə xərc əmsalının köməkliyi ilə azaltmaq mümkündür.

Məhsulların maya dəyərinin planlaşdırılması və uçotu üzrə əsasnaməyə müvafiq olaraq müəssələr tərəfindən buraxılan məmulatların nomenklaturası böyük olan zaman, avadanliqların saxlanması və istismarı üzrə xərclərin smeta stavkalarını ancaq məhsulların mühüm növlərinə və ya onun nümunəvi nümayəndəsinə adi qaydada müyyən ütmək tövsiyyə edilir.

Müəssisədə avadanlıların saxlanması və istismarı üzrə xərclərin smeta stavkalrının hesablanmsının oxşar qaydası, həmçinin alət və təmir sexləri tərəfindən yerinə yetirilən işləri də daxil etməklə müxtəlif cinsli kiçik sifarişlərdə nəzərdə tutulmuşdur. Bu cür sifarişlərə smeta stavkalrı həmin sifarişə istehsalat fəhlələrinin əsas əmək haqqı məbləğlərində və ayrı-ayrılıqda mexanikiləşdirilmiş və mexanikiləşdirlməmiş işlər üzrə avadanlıqların saxlanması və istismarına edilən xərclərin əmək haqqının bir manatına olan normativ həcmindən asılı olaraq müəyyən edilir.

Maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclərin bölüşdürülməsinin az bürəkkəb olan üsulu maşın-vaxta , yəni dəzgah-maşın-saatlara görə xərclərin mütənasib olaraq bölüşürülməsi üsuludur. Lakin bu üsulun tətbiq edilməsi ancaq;birincisi məmulatın hər bir növü üzrə hər maşın tərəfindən faktiki sərf edilən vaxt və ikincisi avadanlıqların saxlanmasına və istismarına edilən xərcləri ayrı-ayrı iş yerləri üzrə uçota alınan istehsallarda mümkündür. Bu üsul xüsusi ilə toxuculuq istehsalında, tekstil sənayesində yayılmışdır,ona görə də burda onun iş saatlarının uçotunu yüngülləşdirən eyni tipli avadanlıqlardan istifadə edilir və kütləvi miqdarda və kiçik çeşiddə eynicinsli məhsullar buraxılır.

Müəssisələrdə yuxarıda qeyd olunan üsullardan ən sadəsindən istifadə edilir.Belə ki, müəssisələrdə avadanlıqların saxlanması və istismarı üzrə xərclər istehsalat fəhlələrinin əsas əmək haqqına (mütərrəqi-mükafatlı sistemlə üzrə əlavə ödəməsiz) mütənasib olaraq əmtəlik məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür.

Maşın və avadanlıqların saxlaması və istismarı üzrə xərclərin bölüşdürülməsi 12 №-li cədvəldə belə yazılışla əks etdirilir:

20 №-li « Əsas istehsalat» hesabının debeti—29346 min manat

28 №-li « İstehsalatda olan çıxdaşlar»hesabının debeti—3478 min manat

25 №-li «Ümumistehsalat xərcləri» hesabının I subhesabının kredeti—



23824 min manat

NƏTİCƏ VƏ TƏKLİFLƏR

Müəssisədə məhsulların istehsalı zamanı müstəqim və qeyri-müstəqim xərclər həyata keçirilir. Qeyri-müstəqim məsrəflərin tərkibində avadanlığın saxlanması və istisamrı üzrə xərclər, ümumistehsalat və ümumtəsərrüfat xərcləri daxildir.Hökümətin yuxarıda qeyd olunan tədbirlərinin həyata keçirilməsi nəticəsində istehsalata xidmət və idarəetmə xərcləri üzrə aşağı salmaq mümkündür.

Qeyri-müstəqim xərclərin uçotu texnikanın, texnologiyanın, istehsalın və əməyin təşkilinin səliqəli aparılan təhlilinin materiallarına əsaslanmaqla cari dövrdə müəssisənin fəaliyyətinin qiymətləndiriliməsinə tənqidi yanaşmaq, vəziyyətin düzgün qiymətləndiriliməsinə imkan verir.

Qeyri-müstəqim xərclərin uçotu onların maya dəyərinə daxil edilməsi məqsədi aşağıdakılardan ibarətdir: bu xərclərin konkret məmulat istehsalına düzgün və dəqiq aid edilməsini yoxlamaqdan ibarətdir ki, bundan da maya dəyərinin reallığı, rentabelliyin aşkar edilməsi və planlaşdırılması, məhsulun ayrı-ayrı növlərinin buraxılış qiymətlərinin müəyyən edilməsi asılıdır:özünün əsas sexləri üçün köməkçi istehsalatın yerinə yetirdiyi işlərin maya dəyərinin düzgün hesablanmasını yoxlamaqdan:çıxdaşdan və boşdayanmalardan olan itkilərin həcminin və səbəblərinin düzgünlüyünü müəyyən etməkdən: avadanlığın saxlanması və istismarı xərclərinin, ümumistehsalat və ümumtəsərrüfat xərclərinin və istehsalat maya dəyərinin tərkibində müstəqim əks etdirilən digər qeyri-müstəqim xərclərin dəqiq müəyyən edilməsindən və b. ibarətdir.

Bir neçə növdə məmulatın hazırlanması və ya məmulatın müxtəlif mərhələlərdə emalı ilə əlaqədar olan məsrəflər, qeyri-müstəqim xərclər adlanır. Qeyri-müstəqim xərclər adətən onların baş vermə yeri üzrə uçota alınır, sonra isə onlar məhsulların ayrı-ayrı növləri arasında hər hansı şərti bazaya mütənasib olaraq bölüşdürülür. Qeyri-müstəqim xərclərin bölüşdürlməsi metodları əsas etibariylə istehsalın təşkili və texnologiyasının xüsusiyyətlərindən, habelə istehsal edilən məhsulların xarakterindən asılıdır. Bu xərclərin bölüşdürülməsi metodlarının seçilməsinə, həmçinin sənayenin həmin sahəsində kalkulyasiya maddələri nomenklaturasının qurulması müəyyən təsir göstərir.

Buraxılan məhsulların məsrəf uçotu üzrə maya dəyəri kalkulyasiyası və istehsal xərclərinin uçotu həyata keçirilir.Məsrəf maddələrinin tərkibinə görə müxtəlif cinsli xərc elementlərindən ibarət olmaqla, hər bir elementli və həm də kompleks ola bilər.Xərclərin kompleks maddəsinə misal olaraq,avadanlıqların saxlanması və istismarı üzrə xərcləri, ümumistehsalat xərcləri, ümumtəsərrüfat xərcləri, və s. aid edilir. Bu maddələrdən hər biri,xərclərin müxtəlif elementlərinin toplanmış məbləğindən ibarətdir.

Vəsaitlərin istifadə edilməsinə nəzarət faktiki məsrəfləri norma və ya smeta məsrəflərilə müqayisə etməklə həyata keçirilir. Bu yolla xərc normasına nisbətən aşkar edilmiş kənarlaşma, habelə mənfi kənarlaşmanın səbəbi və günahkarlarının aşkar edilməsi müəssisənin rəhbərliyinə müəssisənin işində olan çatışmamazlıqları aradan qaldırmağa imkan verir, müvafiq olaraq isə vəsaitlərə qənaət edilməsinin müsbət təcrübəsini möhkəmləndirməyə və genişləndirməyə imkan verir. Bununlada istehsalın idarə edilməsi üçün uçot tətbiq edilməsi yollarından biri həyata keçirilir.

Aktual problemlərdən biri məhsulun maya dəyərinin aşağı salınmasıdır. İstehsalın rentabelliyinin yüksəldilməsinə təssərüfat fəaliyyətinin qiymətləndirilməsində bu göstəricinin əhəmiyyəti bərpa edilməlidir.

İstehsalda yeni texnikanın və qabaqcıl texnologiyanın tətbiqi, müəssisənin istehsal gücünün artmasını, material və əmək ehtiyatlarına qənaət edilməsini təmin edir ki, bu da öz növbəsində məhsulun maya dəyərinin aşağı salınmasına şərait yaradır.

Müəssisədə istehsal proqrammasının yerinə yetirilməsində əldə edilən nailiyyətləri nəzərə alaraq idarəetmə üzrə qeyri-müstəqim məsrəflərin uçotunda olan çatışmamazlıqları aradan qaldırmaq və həmin xərcləri azaltmaq üçün aşağıdakı bəzi əməli təklifləri veririk:

1. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq inzibati-idarə heyyətinin saxlanması xərcləri düzgün uçota alınsın və aşağı salınsın.

2. Avadanlıqların saxlanması və istismarı üzrə xərclərin normativ stavkalara uyğun olaraq bölüşdürülməsi tətbiq edilsin.

3. Müəssisəyə məhsulun müəyyən növlərinin daimi nomenklaturasım məlum olduğu kimi, qeyd olunan qruplaşdırmada istehsalın idarə edilməsinə və xidmət edilməsinə aid xərclərin məhsulların həmin növləri üzrə hədlərə ayırmaq lazımdır.

4. Müasir şəraitdə istehsalın və kalkulyasiyanın uçotunun təkminləşdirilməsi,istehsalın idarə olunmasını yaxşılaşdırmaq üçün uçotun operativ nəzarət funksiyasını artırmaq lazımır.

5. Təhlil nəticəsində müəssisədə qeyri-məhsuldar xərclərin ləğvi üzrə tədbirlər işləyib hazırlansın.

6. Məhsulun istehsalını artırmaqla məhsul vahidinə düşən ümumistehsalat xərcini məbləği azaldılsın.

7. Müəssisənin qarşısında maya dəyərinin aşağı salınması üçün qoyulmuş vəzifələrdən biri də ümumtəssərrüfat səviyyəsi xərclərinin aşağı salınmasından ibarətdir. Ona görə də ümumtəsərrüfat xərci vaxtaşırı təhlil olunmalı və onun aşağı salınması üçün yollar axtarılmalıdır.

8. Ümumistehsalat və ümumtəsərrüfat xərcləri hazırlanan məmulatlar arasında əmək haqqına mütənasib olaraq bölüşdürülməsi daha mütərəqqi bölüşdürülməsi üsulu ilə əvəz edilsin.

9. Ümumtəsərrüfat xərclərinin düzgün uçota alınmasının və bu xərclərin smetasına və müəssiə heyyətinin sayına riayət olunması üzərində nəzarət həyata keçirilsin.

Qeyd olunan təkliflərin həyata keçirilməsi qeyri-müstəqim xərclərin azalmasına səbəb olar və bunun da nəticəsində istehsal olunan məmulatın maya dəyəri aşağı salınır.



İstifadə edilmiş ədəbiyyat siyahısı

1. E.P.Kozlova “Buxalterskiy uçot”

2. Z.Raxman,A.Şeremet “Buxalterskiy uçot v rınoçnıy ekonomike”

3. V.F.Paliy,V.V.Paliy “Finansovıy uçotnost” I və II Moskva 1998

4. Ə.A.Sadıqov “Mühasibat(maliyyə) uçotu”

I və II hissə Bakı 2003

5. Q.Abbasov və.b “Mühasibat(maliyyə) uçotu” Bakı 2003

6.Ə.Sadıqov və.b “Mühasibat uçotu” Bakı 2008






Yüklə 112,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin