Tələbə: Mustafayeva Naidə Fakültə: İbtidai Təhsil İxtisas


Qan tərkibinin və funksiyalarının yaş xüsusiyyətləri



Yüklə 223,01 Kb.
səhifə5/7
tarix26.11.2023
ölçüsü223,01 Kb.
#136253
1   2   3   4   5   6   7
anatomiya

4.Qan tərkibinin və funksiyalarının yaş xüsusiyyətləri
Qanın tərkibi. Böyük adamın orqanizmində 5 l-ə qədər qan olur. Qanın əsas hissəsini plazma təşkil edir. Sağlam və yetkin adamın qanının 55%-i plazma, 45%-ni isə hüceyrəvi elementlər təşkil edir. Uşaqlarda isə qanın hüceyrəvi elementləri plazmaya nisbətən çoxluq təşkil edir. Plazmada qan hüceyrələri - eritrositlər, leykositlər və qan lövhəcikləri-trombositlərdir. Bunlar qırmızı sümük iliyi hüceyrələrindən əmələ gəlir. Plazmanın əsas hissəsi sudan ibarətdir. Plazmanın 90%-i su, 10%-i isə zülallar, yağlar, qlükoza, mineral duzlar və başqa maddələrdir. Qan orqanizmdə ehtiyat halında toplanır. Dalaqda 300 q-a qədər ehtiyyat qan saxlanılır. Qanın tərkibində qan hüceyrələri vardır. Onlar eritrositlər, leykositlər və trombositlərdir.
Hər birinin mühüm əhəmiyyəti vardır.
Eritrositlər
Eritrositlər qırmızı qan hüceyrələri olub, hər iki tərəfdən basılmış disk formasında olub, nüvəsizdir. Insan eritrositinin diametri 7-8 mkm, qalınlığı isə 2-2,5 mkm-dir, çox elastikdir, kapilyar damarlarda çox incə hərəkət edir. Eritrositin nüvəsinin olmaması və iki qat çökük linza formasında olması onların oksigen qəbuletmə səthini xeyli artırır. Qanda eritrositin miqdarı daimi deyil, 1mm3 qanda 4-5m/n eritrosit olur. (qadınlarda 4-4,5m/n, kişilərdə isə 4-5m/n). Lakin dağ ərazilərində yaşayan insanlarda dəniz sahillərində yaşayan insanlara nisbətən eritrosit 30% çox olur. Bu da onunla əlaqədardır ki, dağ ərazilərində oksigen çatışmamazlığından güclü əzələ hərəkəti zamanı eritrositlərin miqdarı artır.
Yeni doğulmuş körpənin qanında eritrositlərin miqdarının çox olması hamiləliyin son günlərində və doğum vaxtı dölün kifayət qədər oksigenlə tənzim olunmasını göstərir. Yeni doğulmuş körpənin qanında yetişməmiş (nüvəli) eritrositlərin-retikulositlərin miqdarı çoxdur. Bu zaman qanyaradıcı orqanlarda külli miqdarda eritrositlər əmələ gəlir. Bu eritrositlər 3,25-10,25 mkm ölçüsündə olur. Doğumdan bir ay sonra nüvəli eritrositlərin sayı kəskin azalır. Eritrositlərin yaşama müddəti 100-200 gündür, dağılmalar dalaq və az hallarda qaraciyərdə gedir. Eritrositlərin əsas funksiyası qazlar mübadiləsində iştirak etməkdir. Daha doğrusu ağciyərlərdə oksigeni hüceyrələrə, oradan isə karbon qazını ağciyərlərə daşıyır. Eritrositlər orqanizmdə qazların nisbi sabitliyini təmin edir. Eritrositlərin tərkibi zülal mənşəli hemoqlabindən ibarətdir. Hemoqlabin iki hissədən ibarətdir: zülallı hissə -qlobin və tərkibində dəmir olan hissə - hemdir. Hemoqlabinin tərkibində 4 molekul hemin molekulu var, o da xaricdən a və b zülal zənciri ilə əhatə olunmuşdur. Hemoqlabin ağciyərlərdə oksigenlə çox asanlıqla birləşir. Hemoqlabinin oksigenlə birləşməsi al-qırmızı rəngdə olur. Oksigenlə zəngin qan - arterial qan adlanır. Hemoqlabinin oksigenlə birləşməsi davamsız olur. O, parçalandıqda təzəldən oksigen və hemoqlabinə parçalanır.
Sərbəst hemoqlabin maddələr mübadiləsi nəticəsində əmələ gəlmiş karbon qazı ilə birləşib karbohemoqlabin əmələ gətirir. Hemoqlabinin karbonla birləşməsi daha dözümlüdür. Ona görə də havada 0,1% karbon qazı olarsa, onun yarıdan çoxu hemoqlabinlə birləşir, nəticədə toxuma və hüceyrələr oksigenlə lazımi səviyyədə təmin olunmur. Yeni doğulmuş körpənin qanında hemoqlobinin (100%-dən çoxu) və eritrositlərin miqdarı çox olur. 5-6 günlüyündə bu göstərici aşağı düşür. O da sümük iliyinin qan yaradıcı funksiyası ilə əlaqədardır. 3-4 yaşında hemoqlabin və eritrositlərin miqdarı artır. 6-7 yaşında azalma baş verir, 8 yaşında isə yenidən artma müşahidə olunur. Eritrositlərin miqdarı 3 m/n-dan, hemoqlabinin miqdarı isə 60%-dən aşağı düşməsi anemik vəziyyətə (qan azlığı) gətirib çıxarar. Eritrositlər qanyaranmadan orqanda - qırmızı sümük iliyində əmələ gəlir, sümük iliyi isə sümüklərin süngər maddəsində olur.
Eritrositlərin çökmə sürəti. Əgər qanı bir neçə saatlıq sınaq şüşəsinə qoysaq, onda eritrositlərin özünün ağırlıq qüvvəsinin təsiri altında çökülür. Bu çökmə müəyyən sürətlə olur. Məsələn: qadınlarda eritrositlərin çökmə sürəti 1 saatda 7-12mm, kişilərdə isə 3-9mm olur. Yeni doğulmuş uşaqlarda çökmə sürəti çox aşağıdır. Yəni 1 saatda 1-2mm, 3 yaşadək uşaqlarda 2-17mm, 7-12 yaşlarında isə EÇS 12mm olur.

Yüklə 223,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin