Fonetik norma Dilin fonetik norması həm orfoepik normanı, həm də orfoqrafik normanı özündə bildəşdirir. Fonetik norma iki şəkildə özünü göstərir: sözlərin düzgün tələffüz şəkli (orfoepiya) və düzgün yazı şəkli (orfoqrafiya). Sözlər ədəbi düdə düzgün tələffuz edilmədikdə və ya düzgün yazılmadıqda fonetik norma pozulur. Məsələn: «məktəb» sözünün [məx’təb]şəklində deyil, yazıldığı kimi deyilməsi, eləcə də [maraxlı] şəklində tələffüz olunan sözün bu cür də yazılmast fonetik normamn pozulması dəraokdir.
.
Ədəbi dilin bu norması yazıh dildə və ya şifahi nitqdə hər bir sözün mənasına yaxşı bələd olmağı, onu düzgün və yerində işlətməyitələb edir. Leksik normamn əsas şərti sözlərin dəqiq seçilməsi, ifadəli şəkildə və məna incəlikləri nəzərə ahnmaqla işlədilməsidir. Yazıda və ya nitqdə hər hansı bir söz düzgün və yerində işlədilmədikdə ədəbi dilin leksik norması pozulur. Məsələn, avtobusda yazılmış «Xahiş edirik, qapını yavaş bağlayın» cümləsindəki sonuncu söz yerində işlədilməmişdir. Bu sözün əvəzinə "örtün " sözünün işlədilməsi düzgündür
Leksik norma Ədəbi dildə işlənməyən, öz dövrünü keçirmiş nitq vahidləri bu və ya digər üzlubda özünü göstərir.
Yeni yaranmış nitq vahidləri norma halına düşmür — normativləşə bilmir
Nitq istisnaları iki halda ortaya çıxır:
Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqələrin istər şifahi, istərsə də yazdı nitqdə düzgün qurulmasını tələb edir. Bu əlaqələr düzgün qurulmadıqda qrammatik səhvlərə yol verilir.
Ədəbi dilin bu normaları müəyyən bir tarixi dövrdə bütövlükdə bir sistem şəklində fəaliyyət göstərir. Ədəbi dilin normaları uzun müddət dəyişməz, sabit qalır. Lakin leksik normada zaman keçdikcə müəyyən dəyişiklik baş verir. Fonetik və qrammatik normalarda isə dəyişmə nisbətən gec olur.
Ədəbi dilin müəyyən inkişaf mərhaləsində norma ilə yanaşı, nitq istisnaları — qeyri — normativ hallar da olur
Natiqlik sənəti Natiqlik — nitq sahəsində müəyyən peşəkarlıq tələb edən sənətdir. Nitqi ədəbi normalara uyğun, dəqiq və gözəl (ifadəli) olan adamlar natiq adlanırlar. Natiqlik sənətinin əsas tələbləri bunlardır:
Düzgün, dəqiq və gözəl (ifadəli) danışıq;
Dinləyicilərin səviyyəsini nəzərə almaq, onlar üçün anlaşıqlı bir dildə danışmaq;
Nitqin intonasiyasına fıkir vermək və ona uyğun əl-qol, bədən hərəkətləri etmək;
Mövzu haqqında yığcam danışmaq, mətləbdən kənara çıxmamaq;
Nitqə əvvəlcədən hazırlaşmaq və müəyyən nəticələr çıxarmaq.
Natiqlik elminə ritorika da deyilir. Bu sənətin bir neçə sahəsi var: bədii natiqlik, akademik natiqlik, siyasi natiqlik, inzibati -idarə natiqliyi, işgüzar natiqlik. Sinifdə, auditoriyada müəllimin söhbəti və ya mühəzirəsi akadəmik natiqlik sayılır.